Azərbaycanda əsgərlər həftəsonu evə buraxıla bilər? - AÇIQLAMA

Bir sıra ölkələrdə müddətli həqiqi hərbi xidmət keçən əsgərlərin müəyyən qaydalar çərçivəsində həftə sonları ailələrinin yanına buraxılması təcrübəsi tətbiq olunur. Bu yanaşmanın əsgərlərin psixoloji durumuna, sosial adaptasiyasına və xidmət motivasiyasına müsbət təsir etdiyi bildirilir. Azərbaycanda da gələcəkdə belə bir modelin tətbiqi mümkün hesab edilə bilərmi və bunun üçün hansı şərtlər nəzərə alınmalıdır?

Bizim.Media xəbər verir ki, hərbi ekspert Heydər Mirzə mövzu barədə “demokrat.az”a açıqlamasında deyib ki, bu bəzi ölkələrdə tətbiq olunur:

"Lakin bu sistemin tətbiqi hər ölkənin özünəməxsus şərtlərindən asılıdır. Burada əsas məsələ təkcə hərbi xidmət müddəti deyil, ordunun təşkilati strukturu və konseptual yanaşmasıdır. Naxçıvanda belə bir təcrübənin tətbiq olunması müsbət qiymətləndirilə bilər. Amma bu o demək deyil ki, həmin sistem mütləq şəkildə bütün ölkə üzrə tətbiq edilməlidir. Sadəcə olaraq bu, əlavə bir təcrübədir və gələcəkdə onun nəticələri əsasında müəyyən praktik çıxarışlar edilə bilər.
 

Ümumiyyətlə, bu sistemin hər yerdə tətbiqi olduqca spesifik və unikal şərtlərlə bağlıdır. Azərbaycan elə böyük coğrafiyaya malik ölkə deyil ki, məsələn, ölkənin qərbi ilə şərqi arasında ciddi zaman və ya iqlim fərqləri olsun. Biz Rusiya, Çin və ya ABŞ kimi geniş ərazilərə malik ölkələr deyilik ki, çağırışçı tamamilə fərqli və sərt mühitə düşsün”.


O bildirib ki, doğrudur, işğaldan azad olunmuş ərazilər var, Ermənistanla yekun sülh sazişi imzalanmayıb və sərhəd bölgələrində müəyyən risklər mövcuddur:

"Amma buna baxmayaraq, Azərbaycan o qədər böyük ölkə deyil ki, hərbi xidmətə gedən şəxs həyatında ilk dəfə qarşılaşdığı ağır bir mühitə düşərək ciddi psixoloji sarsıntı yaşasın və hər həftəsonu evə qayıdaraq stressdən uzaqlaşmağa ehtiyac duysun. Bu məsələ daha çox konkret qoşun növü, xidmət xüsusiyyətləri və tədris prosesi ilə əlaqəlidir. Məsələn, internat tipli sistemlərdə insanlar həm təhsil alır, həm də yaşayışlarını həmin müəssisədə davam etdirirlər.

Daha sonra həftəsonları ailələrinin yanına gedirlər. Bu səbəbdən belə bir modelin bütün sahələrdə və hərbi hissələrdə tətbiqi mümkün deyil. Amma təcrübə baxımından bunun müəyyən müsbət tərəflərinin olduğu düşünülür”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Braziliyada seçkilər: Hazırkı prezidentlə senator arasında fərq minimuma endi

Braziliyada seçkilər: Hazırkı prezidentlə senator arasında fərq minimuma endi

Lamin Yamal unikal nəticəyə imza atdı

Lamin Yamal unikal nəticəyə imza atdı

Cəbrayılda Şəhər Günü hansı tədbirlərlə yadda qaldı? - VİDEO

Cəbrayılda Şəhər Günü hansı tədbirlərlə yadda qaldı? - VİDEO

315 min il əvvəl insanlar belə görünürdü: Üzləri bərpa edildi - FOTO

315 min il əvvəl insanlar belə görünürdü: Üzləri bərpa edildi - FOTO

Sabah Ər-Riyadda Məkkə sazişi üzrə strateji komitənin toplantısı keçiriləcək

Sabah Ər-Riyadda Məkkə sazişi üzrə strateji komitənin toplantısı keçiriləcək

Biləsuvarda avtomobil yolun kənarına aşdı: Qadın sərnişin xəsarət aldı

Biləsuvarda avtomobil yolun kənarına aşdı: Qadın sərnişin xəsarət aldı

Əhməd Yusifov: “Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm” - VİDEO

Əhməd Yusifov: “Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm” - VİDEO

Rusiya klubunun qapıçısı İslam İmamov Azərbaycan millisində oynayacaq?

Rusiya klubunun qapıçısı İslam İmamov Azərbaycan millisində oynayacaq?

Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçdü

Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçdü

Ayxan Abbasov: "Rəqib baş məşqçinin narazılığını başa düşürəm, o da nəsə deməlidir”

Ayxan Abbasov: "Rəqib baş məşqçinin narazılığını başa düşürəm, o da nəsə deməlidir”

Norveç sahillərində üç gəmi toqquşdu

Norveç sahillərində üç gəmi toqquşdu

Litva yığmasının baş məşqçisi: "Azərbaycan millisi yaxşı oyun göstərdi"

Litva yığmasının baş məşqçisi: "Azərbaycan millisi yaxşı oyun göstərdi"

Dostlarından Samirəyə ad günü sürprizi - VİDEO

Dostlarından Samirəyə ad günü sürprizi - VİDEO

Şimali Kiprdə gəmi qəzasında ölənlərin sayı 20-yə yüksəldi

Şimali Kiprdə gəmi qəzasında ölənlərin sayı 20-yə yüksəldi

“Səssiz tələ” sənədli filmi təqdim olundu - FOTO

“Səssiz tələ” sənədli filmi təqdim olundu - FOTO

Millimiz Litvanı məğlub etdi - VİDEO

Millimiz Litvanı məğlub etdi - VİDEO

Əhməd Yusifov dünya çempionu oldu! - VİDEO

Əhməd Yusifov dünya çempionu oldu! - VİDEO

Türkiyəli jurnalist: “Qazaxıstan və Özbəkistanda da məktəblilər baş örtüyü geyinmir” - VİDEO

Türkiyəli jurnalist: “Qazaxıstan və Özbəkistanda da məktəblilər baş örtüyü geyinmir” - VİDEO

Gəncədə dönərdən iki nəfər ZƏHƏRLƏNDİ

Gəncədə dönərdən iki nəfər ZƏHƏRLƏNDİ

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı - VİDEO

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı - VİDEO

Ardan Zentürk: “Azərbaycanda hicab qadağası yox, millilik tətbiq edilib” - VİDEO

Ardan Zentürk: “Azərbaycanda hicab qadağası yox, millilik tətbiq edilib” - VİDEO

Lionel Messi Argentina millisində vida oyununa çıxacaq

Lionel Messi Argentina millisində vida oyununa çıxacaq

Yəməndə husilərə qarşı hərbi əməliyyat başladı

Yəməndə husilərə qarşı hərbi əməliyyat başladı

Husilər "Saudi Aramco"nun obyektlərinə zərbələr endirdi

Husilər "Saudi Aramco"nun obyektlərinə zərbələr endirdi

End of content

No more pages to load

RADİO