Bakı–Tbilisi–Qars dəmir yolunun istifadəyə verilməsi tədbirindən FOTOLAR

İyunun 2-də Gürcüstanın Axalkalaki dəmir yolu və logistika kompleksində regionun mühüm yükdaşıma marşrutlarından olan Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xəttinin modernləşdirilmədən sonra istifadəyə verilməsi ilə bağlı tədbir keçirilib.
 

MÖVZU İLƏ BAĞLI: 

Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə verildi - VİDEO


Bizim.Media xəbər verir ki, tədbirdə Gürcüstanın Baş naziri İrakli Kobaxidze və iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrişivili, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, həmçinin üç ölkənin dəmir yolu administrasiyalarının rəhbərləri iştirak ediblər.

Tədbirdə çıxış edən İrakli Kobaxidze BTQ-nin modernizasiya layihəsini Azərbaycan, Gürcüstan və Türkiyə arasında əməkdaşlığın uğurlu nəticəsi adlandırıb. Nazir qeyd edib ki, görülmüş işlər müasir standartlara uyğun icra olunub, nəticədə BTQ üzərindən regional yükdaşımaların əhəmiyyəti və regionun tranzit imkanları artıb.
 

Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili BTQ-nin Çin, Mərkəzi Asiya və Avropanı birləşdirərək iqtisadi inteqrasiyanı gücləndirdiyini bildirib. Onun sözlərinə görə, yenilənmiş BTQ Azərbaycan və Gürcüstanın regional daşımalardakı əhəmiyyətini artıracaq. Eyni zamanda, Orta Dəhlizlə yükdaşımaların artması fonunda BTQ-nin rolu güclənəcək.


Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev tədbirdə çıxışı zamanı BTQ-nin hələ 2017-ci ildə istifadəyə verilməsini Avrasiya bağlantıları tarixində yeni bir səhifə adlandırıb. Nazir qeyd edib ki, BTQ-nin modernləşdirilməsi Azərbaycanın davamlı investisiya öhdəliyinə sadiqliyini və bu dəmir yolu xəttini Orta Dəhlizin mühüm dayağına çevirmək üçün strateji fəaliyyətini nümayiş etdirir.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu isə BTQ-ni üç ölkənin etibarlı tərəfdaşlığının bariz nümunəsi adlandırıb. Nazirin sözlərinə görə, uğurla tamamlanmış layihə birgə məqsədyönlü fəaliyyətin məntiqi sonluğudur və artıq BTQ Avrasiya nəqliyyat xəritəsində həm Qafqaz regionunu, həm də Türkiyəni daha strateji şəkildə mövqeləndirir.

Çıxışların ardınca BTQ-nin modernləşdirilmədən sonra istifadəyə verilməsini rəsmiləşdirən rəmzi düymənin sıxılması mərasimi keçirilib və görülmüş işlərlə bağlı videoçarx nümayiş etdirilib.
 

Qeyd edək ki, 2024-cü ildə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) tərəfindən Orta Dəhlizin mühüm seqmentlərindən olan BTQ-nin imkanlarının artırılması məqsədilə xəttin Gürcüstan ərazisindən keçən 184 kilometrlik hissəsində modernləşdirmə işləri aparılıb.


5 mərhələdən ibarət layihə 13 dəmir yolu stansiyası, 55 körpü, 8 dartı yarımstansiyası, 320 bina və süni mühəndis qurğularını (körpü, yolötürücü, keçid və s.) əhatə edib. Layihə çərçivəsində 30,3 km uzunluğunda yeni dəmir yolu xətti, təkər cütlərinin dəyişdirilməsi stansiyası, 153,1 km uzunluğunda mövcud dəmir yolunun reabilitasiya və rekonstruksiyası üzrə işlər həyata keçirilib.

Görülmüş işlər nəticəsində BTQ-nin illik yük ötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb, bu xətt Çin və Mərkəzi Asiyadan Avropaya doğru daha funksional quru marşrutlardan birinə çevrilib.











Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Braziliyada seçkilər: Hazırkı prezidentlə senator arasında fərq minimuma endi

Braziliyada seçkilər: Hazırkı prezidentlə senator arasında fərq minimuma endi

Lamin Yamal unikal nəticəyə imza atdı

Lamin Yamal unikal nəticəyə imza atdı

Cəbrayılda Şəhər Günü hansı tədbirlərlə yadda qaldı? - VİDEO

Cəbrayılda Şəhər Günü hansı tədbirlərlə yadda qaldı? - VİDEO

315 min il əvvəl insanlar belə görünürdü: Üzləri bərpa edildi - FOTO

315 min il əvvəl insanlar belə görünürdü: Üzləri bərpa edildi - FOTO

Sabah Ər-Riyadda Məkkə sazişi üzrə strateji komitənin toplantısı keçiriləcək

Sabah Ər-Riyadda Məkkə sazişi üzrə strateji komitənin toplantısı keçiriləcək

Biləsuvarda avtomobil yolun kənarına aşdı: Qadın sərnişin xəsarət aldı

Biləsuvarda avtomobil yolun kənarına aşdı: Qadın sərnişin xəsarət aldı

Əhməd Yusifov: “Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm” - VİDEO

Əhməd Yusifov: “Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm” - VİDEO

Rusiya klubunun qapıçısı İslam İmamov Azərbaycan millisində oynayacaq?

Rusiya klubunun qapıçısı İslam İmamov Azərbaycan millisində oynayacaq?

Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçdü

Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçdü

Ayxan Abbasov: "Rəqib baş məşqçinin narazılığını başa düşürəm, o da nəsə deməlidir”

Ayxan Abbasov: "Rəqib baş məşqçinin narazılığını başa düşürəm, o da nəsə deməlidir”

Norveç sahillərində üç gəmi toqquşdu

Norveç sahillərində üç gəmi toqquşdu

Litva yığmasının baş məşqçisi: "Azərbaycan millisi yaxşı oyun göstərdi"

Litva yığmasının baş məşqçisi: "Azərbaycan millisi yaxşı oyun göstərdi"

Dostlarından Samirəyə ad günü sürprizi - VİDEO

Dostlarından Samirəyə ad günü sürprizi - VİDEO

Şimali Kiprdə gəmi qəzasında ölənlərin sayı 20-yə yüksəldi

Şimali Kiprdə gəmi qəzasında ölənlərin sayı 20-yə yüksəldi

“Səssiz tələ” sənədli filmi təqdim olundu - FOTO

“Səssiz tələ” sənədli filmi təqdim olundu - FOTO

Millimiz Litvanı məğlub etdi - VİDEO

Millimiz Litvanı məğlub etdi - VİDEO

Əhməd Yusifov dünya çempionu oldu! - VİDEO

Əhməd Yusifov dünya çempionu oldu! - VİDEO

Türkiyəli jurnalist: “Qazaxıstan və Özbəkistanda da məktəblilər baş örtüyü geyinmir” - VİDEO

Türkiyəli jurnalist: “Qazaxıstan və Özbəkistanda da məktəblilər baş örtüyü geyinmir” - VİDEO

Gəncədə dönərdən iki nəfər ZƏHƏRLƏNDİ

Gəncədə dönərdən iki nəfər ZƏHƏRLƏNDİ

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı - VİDEO

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı - VİDEO

Ardan Zentürk: “Azərbaycanda hicab qadağası yox, millilik tətbiq edilib” - VİDEO

Ardan Zentürk: “Azərbaycanda hicab qadağası yox, millilik tətbiq edilib” - VİDEO

Lionel Messi Argentina millisində vida oyununa çıxacaq

Lionel Messi Argentina millisində vida oyununa çıxacaq

Yəməndə husilərə qarşı hərbi əməliyyat başladı

Yəməndə husilərə qarşı hərbi əməliyyat başladı

Husilər "Saudi Aramco"nun obyektlərinə zərbələr endirdi

Husilər "Saudi Aramco"nun obyektlərinə zərbələr endirdi

End of content

No more pages to load

RADİO