Əmlaklarına həbs qoyulan şəxslərlə bağlı YENİLİK – Qanun DƏYİŞİR

Əmlakı üzərinə həbs qoyulan, lakin təqsirləndirilən şəxs olmayan şəxslərin cinayət prosesində iştirak edən şəxslər kateqoriyasına daxil edilməsi təklif edilir.

Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin iyun ayının 5-də keçiriləcək növbədənkənar sessiyası çərçivəsində ilk iclasında müzakirəyə çıxarılacaq Cinayət-Prosessual Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Qanun layihəsinə görə, cinayət prosesində iştirak edən digər şəxslər – hal şahidi, şahid, mütəxəssis, ekspert, məhkəmə iclasının katibi, tərcüməçi, habelə təqsirləndirilən şəxs olmayan, lakin əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan şəxs hesab ediləcəklər.
 

Həmçinin, təqsirləndirilən şəxs olmayan, lakin əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan fiziki şəxs məlum olan sonuncu yaşayış yeri, hüquqi şəxs isə yerləşdiyi ünvan üzrə cinayət prosesini həyata keçirən orqan tərəfindən bildiriş göndərilməklə məlumatlandırılacaqlar.


Cinayət prosesini həyata keçirən orqan bu Məcəllənin 99-1.1-ci maddəsində şəxsin göstərilən müraciətinə əsasən 3 (üç) gündən gec olmayaraq onun əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan şəxs qismində cinayət prosesinə cəlb edilməsi barədə qərar qəbul edəcək.

Əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan şəxs bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqları həyata keçirəcək:

- cinayət işinə əlavə edilməsi və məhkəmə iclasında tədqiq olunması üçün sübutlar və digər materiallar təqdim etmək;

- etirazlar etmək və vəsatətlər vermək;

- birinci ve apellyasiya instansiyası məhkəmələrinin iclaslarında və işin materiallarının tədqiqində iştirak etmək;
 

- qanuni mənafeyinə toxunan şikayəti ilə cinayət işinə kassasiya, əlavə kassasiya qaydasında və ya hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar və yeni açılmış hallar üzrə baxılmasında və cinayət işi materiallarının tədqiqində iştirak etmək, yaxud cinayət prosesinin digər iştirakçısının şikayətinə öz etirazını bildirmək;


- məhkəmə iclasında cinayət prosesinin digər iştirakçıları tərəfindən verilmiş vəsatət və təkliflər, habelə məhkəmə tərəfindən həll edilən məsələlər üzrə öz fikrini bildirmək;

- nümayəndəyə malik olmaq və onun səlahiyyətlərinə xitam vermək;

- ana dilində və ya bildiyi başqa dildə ifadə (izahat) vermək;

- cinayət prosesini həyata keçirən orqan tərəfindən qəbul edilmiş, onun hüquq və qanuni mənafeyinə toxunan qərarlar haqqında həmin orqan tərəfindən məlumatlanmaq və öz xahişi ilə həmin qərarların surətlərini almaq;

- əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan şəxs qismində cəlb edilməsi barədə qərarın çıxarılıb- çıxarılmamasından asılı olmayaraq, xüsusi müsadirəni və ya mülki iddianı təmin etmək məqsədilə əmlak üzərinə həbs qoyulmasından məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında, habelə xüsusi müsadirənin tətbiq olunması, mülki iddianı təmin etmək məqsədilə əmlak üzərinə həbs qoyulması hissəsində məhkəmənin hökmü və ya digər yekun qərarından apellyasiya, kassasiya və ya əlavə kassasiya qaydasında şikayət vermək;

-bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.

Əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan şəxs bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı vəzifələri yerinə yetirməlidir:

- cinayət prosesini həyata keçirən orqanın çağırışı ilə gəlmək;

- təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmə iclasında sədrlik edənin göstərişlərinə tabe olmaq;

- məhkəmə iclasında sədrlik edənin icazəsi olmadan fasilə elan edilənədək məhkəmənin iclas zalını tərk etməmək;

- məhkəmə iclasında qaydaya riayət etmək;

- şəxsi həyatın toxunulmazlığına, ailə, dövlət, peşə, kommersiya və ya qanunla qorunan digər sirlərə toxunan hallar barədə məlumatları yaymamaq.
 

Məhkəmə cinayət işlərinə, habelə əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan şəxsin məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında verdiyi şikayətə, apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətlərinə baxılması üzrə məhkəmə iclaslarında iştirak etmək hüququndan istifadə etməsi üçün onun müvafiq məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş tədbirləri görməlidir.


Əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan şəxs cinayət prosesini həyata keçirən orqan tərəfindən şahid qismində dindirilə bilər.

Əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan şəxs şəxsən, qanuni nümayəndəsi və ya nümayəndəsi vasitəsilə öz hüquqlarından istifadə edib və vəzifələrini yerinə yetirəcək.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Braziliyada seçkilər: Hazırkı prezidentlə senator arasında fərq minimuma endi

Braziliyada seçkilər: Hazırkı prezidentlə senator arasında fərq minimuma endi

Lamin Yamal unikal nəticəyə imza atdı

Lamin Yamal unikal nəticəyə imza atdı

Cəbrayılda Şəhər Günü hansı tədbirlərlə yadda qaldı? - VİDEO

Cəbrayılda Şəhər Günü hansı tədbirlərlə yadda qaldı? - VİDEO

315 min il əvvəl insanlar belə görünürdü: Üzləri bərpa edildi - FOTO

315 min il əvvəl insanlar belə görünürdü: Üzləri bərpa edildi - FOTO

Sabah Ər-Riyadda Məkkə sazişi üzrə strateji komitənin toplantısı keçiriləcək

Sabah Ər-Riyadda Məkkə sazişi üzrə strateji komitənin toplantısı keçiriləcək

Biləsuvarda avtomobil yolun kənarına aşdı: Qadın sərnişin xəsarət aldı

Biləsuvarda avtomobil yolun kənarına aşdı: Qadın sərnişin xəsarət aldı

Əhməd Yusifov: “Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm” - VİDEO

Əhməd Yusifov: “Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm” - VİDEO

Rusiya klubunun qapıçısı İslam İmamov Azərbaycan millisində oynayacaq?

Rusiya klubunun qapıçısı İslam İmamov Azərbaycan millisində oynayacaq?

Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçdü

Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçdü

Ayxan Abbasov: "Rəqib baş məşqçinin narazılığını başa düşürəm, o da nəsə deməlidir”

Ayxan Abbasov: "Rəqib baş məşqçinin narazılığını başa düşürəm, o da nəsə deməlidir”

Norveç sahillərində üç gəmi toqquşdu

Norveç sahillərində üç gəmi toqquşdu

Litva yığmasının baş məşqçisi: "Azərbaycan millisi yaxşı oyun göstərdi"

Litva yığmasının baş məşqçisi: "Azərbaycan millisi yaxşı oyun göstərdi"

Dostlarından Samirəyə ad günü sürprizi - VİDEO

Dostlarından Samirəyə ad günü sürprizi - VİDEO

Şimali Kiprdə gəmi qəzasında ölənlərin sayı 20-yə yüksəldi

Şimali Kiprdə gəmi qəzasında ölənlərin sayı 20-yə yüksəldi

“Səssiz tələ” sənədli filmi təqdim olundu - FOTO

“Səssiz tələ” sənədli filmi təqdim olundu - FOTO

Millimiz Litvanı məğlub etdi - VİDEO

Millimiz Litvanı məğlub etdi - VİDEO

Əhməd Yusifov dünya çempionu oldu! - VİDEO

Əhməd Yusifov dünya çempionu oldu! - VİDEO

Türkiyəli jurnalist: “Qazaxıstan və Özbəkistanda da məktəblilər baş örtüyü geyinmir” - VİDEO

Türkiyəli jurnalist: “Qazaxıstan və Özbəkistanda da məktəblilər baş örtüyü geyinmir” - VİDEO

Gəncədə dönərdən iki nəfər ZƏHƏRLƏNDİ

Gəncədə dönərdən iki nəfər ZƏHƏRLƏNDİ

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı - VİDEO

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı - VİDEO

Ardan Zentürk: “Azərbaycanda hicab qadağası yox, millilik tətbiq edilib” - VİDEO

Ardan Zentürk: “Azərbaycanda hicab qadağası yox, millilik tətbiq edilib” - VİDEO

Lionel Messi Argentina millisində vida oyununa çıxacaq

Lionel Messi Argentina millisində vida oyununa çıxacaq

Yəməndə husilərə qarşı hərbi əməliyyat başladı

Yəməndə husilərə qarşı hərbi əməliyyat başladı

Husilər "Saudi Aramco"nun obyektlərinə zərbələr endirdi

Husilər "Saudi Aramco"nun obyektlərinə zərbələr endirdi

End of content

No more pages to load

RADİO