Həkimlər qəti qadağan etdi: Milyonların etdiyi SƏHV

Çiy əti mətbəxdə yumaq ciddi risklərlə nəticələnə bilər.

Bizim.Media xəbər verir ki, bir çox insan çiy əti bişirməzdən əvvəl yumağa vərdiş edib və bunun məhsulun təmizliyi ilə təhlükəsizliyi üçün mütləq olduğunu düşünür. Lakin həkimlərin və beynəlxalq qida təhlükəsizliyi təşkilatlarının müasir tövsiyələri göstərir ki, bu vərdiş nəinki gərəksizdir, həm də olduqca təhlükəli ola bilər.
 

"Dobrobut" tibb şəbəkəsinin infeksionist həkimi Aleksandra Pleşakova UNİAN-a verdiyi açıqlamada əti bişirməzdən əvvəl yumağın fəsadlarını və müasir təbabətin niyə bu təcrübədən imtina etməyi məsləhət gördüyünü izah edib.


Həkimin sözlərinə görə, Qərb ölkələrinin qida hazırlama qaydalarına nəzər saldıqda aydın olur ki, mal, donuz, quş və ya ov əti olmasından asılı olmayaraq, bişirməzdən əvvəl onu yumağa heç bir ehtiyac yoxdur.

Gigiyenik baxımdan aşpazların əti yumamasının səbəbi "çarpaz çirklənmə" (cross-contamination) riskidir. Yəni, yuma zamanı ətdəki bakteriyalar digər səthlərə və məhsullara yayıla bilir.

Mütəxəssis qeyd edib ki, ət yuyularkən su damcıları mikroorqanizmlərlə birlikdə lavabonun (çanağın) ətrafına təxminən bir metr məsafəyə qədər sıçrayır, bıçaqlara, lövhələrə, qablara və ya hazır yeməklərə hopur. Hətta adi təmizlikdən sonra belə bu çirklənməni tamamilə aradan qaldırmaq həmişə mümkün olmur.
 

Bununla belə, həkim bu qaydadan yeganə istisnanın yalnız marinad olunmuş (basdırma edilmiş) ət ola biləcəyini dəqiqləşdirib: "Amerika təlimatlarında qeyd olunur ki, əti marinad etməzdən əvvəl yumuruq, lakin marinaddan çıxardıqdan sonra onu yaxalamaq və yalnız bundan sonra bişirmək lazımdır".


Pleşakova vurğulayıb ki, bu qayda eyni dərəcədə mal, donuz və quş ətinə də şamil edilir. Ekspertin fikrincə, toyuq ətini yumağın əleyhinə olan digər bir fakt isə yuma prosedurunun məhsulu ümumiyyətlə daha təhlükəsiz etməməsidir. Çünki ətin səthindəki bakteriyalar kifayət qədər termik emal (bişirilmə) zamanı onsuz da məhv olur:

"Araşdırmalar göstərir ki, ətin səthində olan bütün bakteriyalar yüksək temperaturda bişirilərkən tələf olur və insan üçün heç bir təhlükə yaratmır".

Məhz buna görə də ekspertlər əti az bişmiş və ya çiy halda yeməyi tövsiyə etmirlər. Əgər məhsulun özü potensial risk daşıyırsa, onun çiy istehlakını təhlükəsiz edəcək hər hansı bir yuma təlimatı mövcud deyil.
 

Həkim həmçinin ətin düzgün saxlanmasının da vacibliyini vurğulayıb. O, çiy ət və ya balığın hazır məhsullarla təmasından qaçınmağı, onlar üçün ayrıca kəsmə lövhələri və bıçaqlardan istifadə etməyi, ətin paketini isə dərhal zibil qutusuna atmağı məsləhət görüb.


Eyni zamanda, infeksionist çiy əti suda və ya duzlu məhlullarda saxlamağı (islatmağı) da tövsiyə etmir, çünki bu da bakteriyaların yayılma riskini azaltmır:

"Bu üsul məsləhət görülmür, çünki xeyrindən çox ziyanı var", - deyə Pleşakova fikrini yekunlaşdırıb. (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Braziliyada seçkilər: Hazırkı prezidentlə senator arasında fərq minimuma endi

Braziliyada seçkilər: Hazırkı prezidentlə senator arasında fərq minimuma endi

Lamin Yamal unikal nəticəyə imza atdı

Lamin Yamal unikal nəticəyə imza atdı

Cəbrayılda Şəhər Günü hansı tədbirlərlə yadda qaldı? - VİDEO

Cəbrayılda Şəhər Günü hansı tədbirlərlə yadda qaldı? - VİDEO

315 min il əvvəl insanlar belə görünürdü: Üzləri bərpa edildi - FOTO

315 min il əvvəl insanlar belə görünürdü: Üzləri bərpa edildi - FOTO

Sabah Ər-Riyadda Məkkə sazişi üzrə strateji komitənin toplantısı keçiriləcək

Sabah Ər-Riyadda Məkkə sazişi üzrə strateji komitənin toplantısı keçiriləcək

Biləsuvarda avtomobil yolun kənarına aşdı: Qadın sərnişin xəsarət aldı

Biləsuvarda avtomobil yolun kənarına aşdı: Qadın sərnişin xəsarət aldı

Əhməd Yusifov: “Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm” - VİDEO

Əhməd Yusifov: “Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm” - VİDEO

Rusiya klubunun qapıçısı İslam İmamov Azərbaycan millisində oynayacaq?

Rusiya klubunun qapıçısı İslam İmamov Azərbaycan millisində oynayacaq?

Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçdü

Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçdü

Ayxan Abbasov: "Rəqib baş məşqçinin narazılığını başa düşürəm, o da nəsə deməlidir”

Ayxan Abbasov: "Rəqib baş məşqçinin narazılığını başa düşürəm, o da nəsə deməlidir”

Norveç sahillərində üç gəmi toqquşdu

Norveç sahillərində üç gəmi toqquşdu

Litva yığmasının baş məşqçisi: "Azərbaycan millisi yaxşı oyun göstərdi"

Litva yığmasının baş məşqçisi: "Azərbaycan millisi yaxşı oyun göstərdi"

Dostlarından Samirəyə ad günü sürprizi - VİDEO

Dostlarından Samirəyə ad günü sürprizi - VİDEO

Şimali Kiprdə gəmi qəzasında ölənlərin sayı 20-yə yüksəldi

Şimali Kiprdə gəmi qəzasında ölənlərin sayı 20-yə yüksəldi

“Səssiz tələ” sənədli filmi təqdim olundu - FOTO

“Səssiz tələ” sənədli filmi təqdim olundu - FOTO

Millimiz Litvanı məğlub etdi - VİDEO

Millimiz Litvanı məğlub etdi - VİDEO

Əhməd Yusifov dünya çempionu oldu! - VİDEO

Əhməd Yusifov dünya çempionu oldu! - VİDEO

Türkiyəli jurnalist: “Qazaxıstan və Özbəkistanda da məktəblilər baş örtüyü geyinmir” - VİDEO

Türkiyəli jurnalist: “Qazaxıstan və Özbəkistanda da məktəblilər baş örtüyü geyinmir” - VİDEO

Gəncədə dönərdən iki nəfər ZƏHƏRLƏNDİ

Gəncədə dönərdən iki nəfər ZƏHƏRLƏNDİ

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı - VİDEO

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı - VİDEO

Ardan Zentürk: “Azərbaycanda hicab qadağası yox, millilik tətbiq edilib” - VİDEO

Ardan Zentürk: “Azərbaycanda hicab qadağası yox, millilik tətbiq edilib” - VİDEO

Lionel Messi Argentina millisində vida oyununa çıxacaq

Lionel Messi Argentina millisində vida oyununa çıxacaq

Yəməndə husilərə qarşı hərbi əməliyyat başladı

Yəməndə husilərə qarşı hərbi əməliyyat başladı

Husilər "Saudi Aramco"nun obyektlərinə zərbələr endirdi

Husilər "Saudi Aramco"nun obyektlərinə zərbələr endirdi

End of content

No more pages to load

RADİO