Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində yeni kadr təyinatı olub.
Bizim.Media “manset.az”a istinadən xəbər verir ki, Zara İbrahimzadə qurumun İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri vəzifəsi təyin edilib.
O, bu təyinata qədər ABB-də Marketinq departamentinin direktoru, “PAŞA Bank” ASC-də Baş İcraçı Direktorun müşaviri vəzifələrində çalışıb.
Xatırladaq ki, bu vaxta qədər TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri vəzifəsi müvəqqəti olaraq Elnur Hidayətoğluna həvalə edilmişdi.
Bizim.Media