Eyni sertifikat, fərqli qiymət - Azərbaycanda IELTS imtahanları niyə DAHA BAHADIR?

Müasir dövrdə beynəlxalq təhsil və karyera imkanlarından yararlanmaq istəyən şəxslər üçün IELTS imtahanı çox vacibdir. Bu imtahan ingilis dili biliklərinin beynəlxalq səviyyədə qiymətləndirilməsi üçün əsas sistemlərdən hesab olunduğu üçün dünyanın bir çox universitetləri, şirkətləri yüksək IELTS nəticələri göstərmiş şəxsləri qəbul edir.

Son illərdə isə IELTS imtahanının əhəmiyyəti daha da artıb. Beynəlxalq təhsil proqramlarının genişlənməsi və miqrasiya imkanlarının artması, bununla da xaricdə iş fürsətlərinin yaranması bu imtahanın dəyərini daha da artırıb. Bəlkə də bu səbəbdəndir ki, budəfəki IELTS imtahanının qiymətində nəzərəçarpacaq artım müşahidə olunub - 530 manat. Sözügedən imtahanın qonşu ölkələrlə daha ucuz olması suallar doğurur:

Niyə Rusiya, Türkiyə kimi böyük ölkələrdə 400-450 civarında (Qazaxıstanda hətta 350 manata!) Amma bizdə 530 manata?

Qiymət fərqinin Azrbaycanda yüksək olmasını imtahana artan tələblə əlaqələndirirlər. Dil üzrə mütəxəssis, İELTS təlimçisi Kamal Vəliyevin Bizim.Media-ya açıqlamasına görə, bu fərqin səbəbləri iqtisadi amillər, imtahan mərkəzlərinin idarə olunma xərcləri, valyuta məzənnələri və yerli təhsil bazarının tələbi ilə bağlıdır.
 

“IELTS imtahanının qiyməti yalnız beynəlxalq standartlarla deyil, həm də hər ölkənin daxili vəziyyəti ilə formalaşır. Qiymət artımı son zamanlar tələbatın çoxalması və imtahanın keçirilməsi üçün lazımi xərclərin qlobal inflansiyaya görə artması ilə əlaqələndirilir. Amma IELTS qiymətlərinin bu qədər artması həqiqətən bir çox tələbə üçün ciddi problem yaradır. Xüsusilə tələbələrin həm kurs, həm də imtahan xərclərini qarşılamağa çalışdığı dövrdə bu qiymətlər motivasiyanı azaldır”


Mütəxəssis vurğuladı ki, indiki məqamda ən doğru addım imtahana xüsusi ciddiyyətlə hazırlaşmaq və tam hazır olmadan imtahana tələsməməkdir.

“Son dövrlərdə Qərb ali təhsil müəssisələri, xüsusilə Böyük Britaniya universitetlərindən qəbul sayı çox artıb. Reytinqi yuxarı olan universitetlərdə tələb əksər hallarda 7 baldan başlayır. Ona görə də həmin universitetlərə müraciət edənlər nəyin bahasına olursa olsun, dəfələrlə İELTS imtahanı verməyə hazırdırlar. Ona görə də ən real yanaşma imtahana tam hazır olmadan qatılmamaqdır.Çünki ikinci dəfə imtahan vermək həm maddi, həm də psixoloji olaraq daha çətin olur.”

Qeyd edək ki, İELTS imtahanında ən yüksək bal 9-dur. İki növ – akademik  və general IELTS var. Akademik İELTS xaricdə universitetə qəbul olmaq, ingilis dili tələb olunan məktəblərdə təhsil almaq üçündür. General IELTS isə daha çox iş vizası və immiqrasiya məqsədləri üçün istifadə olunur.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

2027-ci ildə gözlənilən dəyişiklik: Əmək pensiyalarında artım olacaq? - VİDEO

2027-ci ildə gözlənilən dəyişiklik: Əmək pensiyalarında artım olacaq? - VİDEO

Tailandda daşqınlardan nə qədər insan zərər görüb?

Tailandda daşqınlardan nə qədər insan zərər görüb?

Bu ay Rusiya və ABŞ ilə üçtərəfli görüş ola bilər - Zelenski açıqladı

Bu ay Rusiya və ABŞ ilə üçtərəfli görüş ola bilər - Zelenski açıqladı

İsveçrənin 200 ilə yaxın davam edən bitərəflik statusu dəyişir?

İsveçrənin 200 ilə yaxın davam edən bitərəflik statusu dəyişir?

İranın neft naziri istefa verdi

İranın neft naziri istefa verdi

Ayağı yaralansa da, çıxışını dayandırmadı - VİDEO

Ayağı yaralansa da, çıxışını dayandırmadı - VİDEO

Serdal Adalı yenidən "Beşiktaş"ın prezidenti seçildi

Serdal Adalı yenidən "Beşiktaş"ın prezidenti seçildi

İllər əvvəl həbs edilən polkovnik vəfat etdi - FOTO

İllər əvvəl həbs edilən polkovnik vəfat etdi - FOTO

Şəhanəni amansızlıqla qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş

Şəhanəni amansızlıqla qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş

Braziliyada seçkilər: Hazırkı prezidentlə senator arasında fərq minimuma endi

Braziliyada seçkilər: Hazırkı prezidentlə senator arasında fərq minimuma endi

Lamin Yamal unikal nəticəyə imza atdı

Lamin Yamal unikal nəticəyə imza atdı

Cəbrayılda Şəhər Günü hansı tədbirlərlə yadda qaldı? - VİDEO

Cəbrayılda Şəhər Günü hansı tədbirlərlə yadda qaldı? - VİDEO

315 min il əvvəl insanlar belə görünürdü: Üzləri bərpa edildi - FOTO

315 min il əvvəl insanlar belə görünürdü: Üzləri bərpa edildi - FOTO

Sabah Ər-Riyadda Məkkə sazişi üzrə strateji komitənin toplantısı keçiriləcək

Sabah Ər-Riyadda Məkkə sazişi üzrə strateji komitənin toplantısı keçiriləcək

Biləsuvarda avtomobil yolun kənarına aşdı: Qadın sərnişin xəsarət aldı

Biləsuvarda avtomobil yolun kənarına aşdı: Qadın sərnişin xəsarət aldı

Əhməd Yusifov: “Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm” - VİDEO

Əhməd Yusifov: “Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm” - VİDEO

Rusiya klubunun qapıçısı İslam İmamov Azərbaycan millisində oynayacaq?

Rusiya klubunun qapıçısı İslam İmamov Azərbaycan millisində oynayacaq?

Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçdü

Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçdü

Ayxan Abbasov: "Rəqib baş məşqçinin narazılığını başa düşürəm, o da nəsə deməlidir”

Ayxan Abbasov: "Rəqib baş məşqçinin narazılığını başa düşürəm, o da nəsə deməlidir”

Norveç sahillərində üç gəmi toqquşdu

Norveç sahillərində üç gəmi toqquşdu

Litva yığmasının baş məşqçisi: "Azərbaycan millisi yaxşı oyun göstərdi"

Litva yığmasının baş məşqçisi: "Azərbaycan millisi yaxşı oyun göstərdi"

Dostlarından Samirəyə ad günü sürprizi - VİDEO

Dostlarından Samirəyə ad günü sürprizi - VİDEO

Şimali Kiprdə gəmi qəzasında ölənlərin sayı 20-yə yüksəldi

Şimali Kiprdə gəmi qəzasında ölənlərin sayı 20-yə yüksəldi

“Səssiz tələ” sənədli filmi təqdim olundu - FOTO

“Səssiz tələ” sənədli filmi təqdim olundu - FOTO

End of content

No more pages to load

RADİO