Cəlilabad rayonunda faciəli hadisə baş verib.
Bizim.Media xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb.
İlkin məlumata görə, kənd sakini Zamanov Onur Amil oğlu su anbarına düşərək boğulub. 5 yaşlı uşağın meyiti sudan çıxarılaraq aidiyyəti qurumlara təhvil verilib.
Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.
Faktla bağlı müvafiq orqanlar tərəfindən araşdırma aparılır.
Bizim.Media