Kafelərdə saatlarla vaxt keçirmək qadağan edilə bilər - AÇIQLAMA

Türkiyədə kafelərdə və xüsusilə kofeşoplarında içki alıb uzun müddət oturan və işləyən şəxslərlə bağlı yeni məhdudiyyətlər gündəmə gəlib. Bu yanaşma xidmət sektorunda yeni müzakirələr yaradıb.

Bizdə də oxşar qaydaların tətbiqi mümkündürmü sualı aktuallaşır. Məsələ həm müştəri məmnuniyyəti, həm də biznes maraqları baxımından diqqət çəkir.

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı hüquqşünas Rəhim Xoyski “demokrat.az”a bildirib ki, Azərbaycan qanunvericiliyində müştərilərin kafelərdə və ya kofeşoplarda konkret oturma müddəti ilə bağlı hər hansı ümumi dövlət qadağası və ya limit mövcud deyil:

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları"na əsasən, ictimai iaşə obyektləri (kafelər, restoranlar) öz iş rejimini və xidmət formalarını müəyyən etməkdə sərbəstdirlər.
 

Bu o deməkdir ki, sahibkar öz obyektində "daxili qaydalar" tətbiq edə bilər (məsələn: pik saatlarda masadan istifadə müddəti, "no laptop" (noutbuk qadağası) zonaları və s.). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 408-ci maddəsinə görə, iaşə xidməti "ictimai müqavilə" hesab olunur.


Sahibkar xidmət göstərməkdən əsassız imtina edə bilməz. Lakin, əgər müəssisə öncədən (məsələn, masanın üzərindəki məlumat lövhəsində və ya girişdə) müəyyən zaman limitini və ya xüsusi qaydanı (məsələn, "noutbukla işləmək üçün masadan istifadə müddəti 1 saatdır") qeyd edibsə, istehlakçı həmin obyektdən xidmət almaqla bu şərtləri qəbul etmiş sayılır".

O bildirib ki, qanun istehlakçıların bərabər xidmət almasını tələb edir:

"Əgər bir müştərinin uzun müddət (məsələn, 5-6 saat) masanı məşğul etməsi digər istehlakçıların xidmət almasına mane olursa, sahibkar kommersiya maraqlarını və xidmət dövriyyəsini qorumaq üçün ağlabatan məhdudiyyətlər tətbiq edə bilər.

Xülasə, dövlət tərəfindən qoyulmuş rəsmi qadağa yoxdur, sahibkarların özəl mülkiyyəti olan iaşə obyektlərində masadan istifadə ilə bağlı daxili qaydalar və vaxt limiti tətbiq etmək hüququ var, bir şərtlə ki, bu barədə müştəri əvvəlcədən (xidməti sifariş etməzdən əvvəl) məlumatlandırılsın", - deyə hüquqşünas qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

2027-ci ildə gözlənilən dəyişiklik: Əmək pensiyalarında artım olacaq? - VİDEO

2027-ci ildə gözlənilən dəyişiklik: Əmək pensiyalarında artım olacaq? - VİDEO

Tailandda daşqınlardan nə qədər insan zərər görüb?

Tailandda daşqınlardan nə qədər insan zərər görüb?

Bu ay Rusiya və ABŞ ilə üçtərəfli görüş ola bilər - Zelenski açıqladı

Bu ay Rusiya və ABŞ ilə üçtərəfli görüş ola bilər - Zelenski açıqladı

İsveçrənin 200 ilə yaxın davam edən bitərəflik statusu dəyişir?

İsveçrənin 200 ilə yaxın davam edən bitərəflik statusu dəyişir?

İranın neft naziri istefa verdi

İranın neft naziri istefa verdi

Ayağı yaralansa da, çıxışını dayandırmadı - VİDEO

Ayağı yaralansa da, çıxışını dayandırmadı - VİDEO

Serdal Adalı yenidən "Beşiktaş"ın prezidenti seçildi

Serdal Adalı yenidən "Beşiktaş"ın prezidenti seçildi

İllər əvvəl həbs edilən polkovnik vəfat etdi - FOTO

İllər əvvəl həbs edilən polkovnik vəfat etdi - FOTO

Şəhanəni amansızlıqla qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş

Şəhanəni amansızlıqla qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş

Braziliyada seçkilər: Hazırkı prezidentlə senator arasında fərq minimuma endi

Braziliyada seçkilər: Hazırkı prezidentlə senator arasında fərq minimuma endi

Lamin Yamal unikal nəticəyə imza atdı

Lamin Yamal unikal nəticəyə imza atdı

Cəbrayılda Şəhər Günü hansı tədbirlərlə yadda qaldı? - VİDEO

Cəbrayılda Şəhər Günü hansı tədbirlərlə yadda qaldı? - VİDEO

315 min il əvvəl insanlar belə görünürdü: Üzləri bərpa edildi - FOTO

315 min il əvvəl insanlar belə görünürdü: Üzləri bərpa edildi - FOTO

Sabah Ər-Riyadda Məkkə sazişi üzrə strateji komitənin toplantısı keçiriləcək

Sabah Ər-Riyadda Məkkə sazişi üzrə strateji komitənin toplantısı keçiriləcək

Biləsuvarda avtomobil yolun kənarına aşdı: Qadın sərnişin xəsarət aldı

Biləsuvarda avtomobil yolun kənarına aşdı: Qadın sərnişin xəsarət aldı

Əhməd Yusifov: “Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm” - VİDEO

Əhməd Yusifov: “Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm” - VİDEO

Rusiya klubunun qapıçısı İslam İmamov Azərbaycan millisində oynayacaq?

Rusiya klubunun qapıçısı İslam İmamov Azərbaycan millisində oynayacaq?

Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçdü

Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçdü

Ayxan Abbasov: "Rəqib baş məşqçinin narazılığını başa düşürəm, o da nəsə deməlidir”

Ayxan Abbasov: "Rəqib baş məşqçinin narazılığını başa düşürəm, o da nəsə deməlidir”

Norveç sahillərində üç gəmi toqquşdu

Norveç sahillərində üç gəmi toqquşdu

Litva yığmasının baş məşqçisi: "Azərbaycan millisi yaxşı oyun göstərdi"

Litva yığmasının baş məşqçisi: "Azərbaycan millisi yaxşı oyun göstərdi"

Dostlarından Samirəyə ad günü sürprizi - VİDEO

Dostlarından Samirəyə ad günü sürprizi - VİDEO

Şimali Kiprdə gəmi qəzasında ölənlərin sayı 20-yə yüksəldi

Şimali Kiprdə gəmi qəzasında ölənlərin sayı 20-yə yüksəldi

“Səssiz tələ” sənədli filmi təqdim olundu - FOTO

“Səssiz tələ” sənədli filmi təqdim olundu - FOTO

End of content

No more pages to load

RADİO