Bakı Zooloji Parkında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri keçirilib - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Bakı Zooloji Parkında "Gələcək uşaqlara məxsusdur" adlı ənənəvi bayram şənliyi keçirilib.

Bizim.Media xəbər verir ki, Bakı Abadlıq Xidmətinin dəstəyi ilə təşkil olunan şənlikdə 1, 2 və 3 saylı uşaq evlərindən, eləcə də müxtəlif uşaq inkişaf mərkəzləri və bağçalardan ümumilikdə 250-dən çox uşaq iştirak edib.
 

Tədbir çərçivəsində uşaqlar üçün əyləncəli və maarifləndirici proqram təqdim olunub. Zooloji Parkın müxtəlif guşələrində təşkil edilən müsabiqələr və oyunlar balacaların böyük marağına səbəb olub. Sehrbazların çıxışları və cizgi film qəhrəmanlarının iştirakı isə şənliyə xüsusi rəng qatıb.


Bayram tədbirində uşaqların yaradıcılıq bacarıqlarını nümayiş etdirməsi üçün də şərait yaradılıb. Balacalar rəsm çəkmə, ekoçantaların bəzədilməsi,  gips fiqurların rənglənməsi kimi müxtəlif ustad dərslərində fəal iştirak ediblər.

Tədbirin əsas istiqamətlərindən biri də ekoloji maarifləndirmə olub. Bakı Zooloji Parkının lektoriyasında uşaqlara heyvanların həyat tərzini əks etdirən animasiyalar nümayiş etdirilib, onların biologiyası və davranış xüsusiyyətləri barədə maraqlı təqdimatlar keçirilib. Açıq hava ekskursiyası zamanı isə uşaqlar heyvanların xarici quruluşu, yaşayış mühiti və həyat şəraiti haqqında əyani məlumatlar əldə ediblər.
 

Təbiətə məsuliyyətli münasibətin formalaşdırılması və heyvanlara qarşı mərhəmət hissinin aşılanması məqsədilə uşaqlara bəzi heyvanlarla birbaşa təmasda olmaq, onları bəsləmək və qulluq etmək imkanı yaradılıb.


Tədbir çərçivəsində IDEA Heyvanlara Qayğı Mərkəzinin təşkilatçılığı ilə himayə guşəsi də fəaliyyət göstərib. Burada uşaqlara küçə heyvanlarına qayğı göstərməyin əhəmiyyəti barədə məlumat verilib, onlarda canlılara sevgi və məsuliyyət hissinin gücləndirilməsi təşviq olunub.

Bayram şənliyi uşaqların sevinc dolu anları, əyləncəli fəaliyyətləri və maarifləndirici proqramı ilə yadda qalıb.



















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

2027-ci ildə gözlənilən dəyişiklik: Əmək pensiyalarında artım olacaq? - VİDEO

2027-ci ildə gözlənilən dəyişiklik: Əmək pensiyalarında artım olacaq? - VİDEO

Tailandda daşqınlardan nə qədər insan zərər görüb?

Tailandda daşqınlardan nə qədər insan zərər görüb?

Bu ay Rusiya və ABŞ ilə üçtərəfli görüş ola bilər - Zelenski açıqladı

Bu ay Rusiya və ABŞ ilə üçtərəfli görüş ola bilər - Zelenski açıqladı

İsveçrənin 200 ilə yaxın davam edən bitərəflik statusu dəyişir?

İsveçrənin 200 ilə yaxın davam edən bitərəflik statusu dəyişir?

İranın neft naziri istefa verdi

İranın neft naziri istefa verdi

Ayağı yaralansa da, çıxışını dayandırmadı - VİDEO

Ayağı yaralansa da, çıxışını dayandırmadı - VİDEO

Serdal Adalı yenidən "Beşiktaş"ın prezidenti seçildi

Serdal Adalı yenidən "Beşiktaş"ın prezidenti seçildi

İllər əvvəl həbs edilən polkovnik vəfat etdi - FOTO

İllər əvvəl həbs edilən polkovnik vəfat etdi - FOTO

Şəhanəni amansızlıqla qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş

Şəhanəni amansızlıqla qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş

Braziliyada seçkilər: Hazırkı prezidentlə senator arasında fərq minimuma endi

Braziliyada seçkilər: Hazırkı prezidentlə senator arasında fərq minimuma endi

Lamin Yamal unikal nəticəyə imza atdı

Lamin Yamal unikal nəticəyə imza atdı

Cəbrayılda Şəhər Günü hansı tədbirlərlə yadda qaldı? - VİDEO

Cəbrayılda Şəhər Günü hansı tədbirlərlə yadda qaldı? - VİDEO

315 min il əvvəl insanlar belə görünürdü: Üzləri bərpa edildi - FOTO

315 min il əvvəl insanlar belə görünürdü: Üzləri bərpa edildi - FOTO

Sabah Ər-Riyadda Məkkə sazişi üzrə strateji komitənin toplantısı keçiriləcək

Sabah Ər-Riyadda Məkkə sazişi üzrə strateji komitənin toplantısı keçiriləcək

Biləsuvarda avtomobil yolun kənarına aşdı: Qadın sərnişin xəsarət aldı

Biləsuvarda avtomobil yolun kənarına aşdı: Qadın sərnişin xəsarət aldı

Əhməd Yusifov: “Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm” - VİDEO

Əhməd Yusifov: “Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm” - VİDEO

Rusiya klubunun qapıçısı İslam İmamov Azərbaycan millisində oynayacaq?

Rusiya klubunun qapıçısı İslam İmamov Azərbaycan millisində oynayacaq?

Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçdü

Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçdü

Ayxan Abbasov: "Rəqib baş məşqçinin narazılığını başa düşürəm, o da nəsə deməlidir”

Ayxan Abbasov: "Rəqib baş məşqçinin narazılığını başa düşürəm, o da nəsə deməlidir”

Norveç sahillərində üç gəmi toqquşdu

Norveç sahillərində üç gəmi toqquşdu

Litva yığmasının baş məşqçisi: "Azərbaycan millisi yaxşı oyun göstərdi"

Litva yığmasının baş məşqçisi: "Azərbaycan millisi yaxşı oyun göstərdi"

Dostlarından Samirəyə ad günü sürprizi - VİDEO

Dostlarından Samirəyə ad günü sürprizi - VİDEO

Şimali Kiprdə gəmi qəzasında ölənlərin sayı 20-yə yüksəldi

Şimali Kiprdə gəmi qəzasında ölənlərin sayı 20-yə yüksəldi

“Səssiz tələ” sənədli filmi təqdim olundu - FOTO

“Səssiz tələ” sənədli filmi təqdim olundu - FOTO

End of content

No more pages to load

RADİO