BTQ dəmir yolu xəttinin modernləşdirilmədən sonra istifadəyə verilməsi tədbiri keçiriləcək – FOTO

İyunun 2-də Gürcüstanın Axalkalaki dəmir yolu və logistika kompleksində regionun mühüm yükdaşıma marşrutlarından biri olan Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xəttinin modernləşdirilmədən sonra istifadəyə verilməsi ilə bağlı tədbir keçiriləcək.

Bizim.Media xəbər verir ki, tədbirdə Azərbaycan, Gürcüstan və Türkiyənin rəsmi şəxsləri, dəmir yolu və liman administrasiyalarının rəhbərləri iştirak edəcəklər.

Qeyd edək ki, mayın 18-də Bakıda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin iştirakı ilə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili tərəfindən Bakı–Tbilisi–Qars yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Marabda–Türkiyə Respublikası sərhədinə qədər (Kartsaxi) dəmir yolu sahəsinin reabilitasiyası, rekonstruksiyası, inşası üzrə Koordinasiya Şurasının 41-ci iclasının Protokolu imzalanıb.

Bu sənədlə BTQ dəmir yolu layihəsi üzrə modernləşdirmə işlərinin tamamlanması və yekun qəbulu təsdiq edilib.

2024-cü ildə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) tərəfindən Orta Dəhlizin mühüm seqmentlərindən olan BTQ-nin imkanlarının artırılması məqsədilə xəttin Gürcüstan ərazisindən keçən 184 kilometrlik hissəsində modernləşdirmə işləri aparılıb.
 

5 mərhələdən ibarət layihə 13 dəmir yolu stansiyası, 55 körpü, 8 dartı yarımstansiyası, 320 bina və süni mühəndis qurğularını (körpü, yolötürücü, keçid və s.) əhatə edib.


Layihə çərçivəsində 30,3 km uzunluğunda yeni dəmir yolu xətti, təkər cütlərinin dəyişdirilməsi stansiyası, 153,1 km uzunluğunda mövcud dəmir yolunun reabilitasiya və rekonstruksiyası üzrə işlər həyata keçirilib.

Görülmüş işlər nəticəsində BTQ-nin illik yük ötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb, bu xətt Çin və Mərkəzi Asiyadan Avropaya doğru daha funksional quru marşrutlardan birinə çevrilib.


















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

2027-ci ildə gözlənilən dəyişiklik: Əmək pensiyalarında artım olacaq? - VİDEO

2027-ci ildə gözlənilən dəyişiklik: Əmək pensiyalarında artım olacaq? - VİDEO

Tailandda daşqınlardan nə qədər insan zərər görüb?

Tailandda daşqınlardan nə qədər insan zərər görüb?

Bu ay Rusiya və ABŞ ilə üçtərəfli görüş ola bilər - Zelenski açıqladı

Bu ay Rusiya və ABŞ ilə üçtərəfli görüş ola bilər - Zelenski açıqladı

İsveçrənin 200 ilə yaxın davam edən bitərəflik statusu dəyişir?

İsveçrənin 200 ilə yaxın davam edən bitərəflik statusu dəyişir?

İranın neft naziri istefa verdi

İranın neft naziri istefa verdi

Ayağı yaralansa da, çıxışını dayandırmadı - VİDEO

Ayağı yaralansa da, çıxışını dayandırmadı - VİDEO

Serdal Adalı yenidən "Beşiktaş"ın prezidenti seçildi

Serdal Adalı yenidən "Beşiktaş"ın prezidenti seçildi

İllər əvvəl həbs edilən polkovnik vəfat etdi - FOTO

İllər əvvəl həbs edilən polkovnik vəfat etdi - FOTO

Şəhanəni amansızlıqla qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş

Şəhanəni amansızlıqla qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş

Braziliyada seçkilər: Hazırkı prezidentlə senator arasında fərq minimuma endi

Braziliyada seçkilər: Hazırkı prezidentlə senator arasında fərq minimuma endi

Lamin Yamal unikal nəticəyə imza atdı

Lamin Yamal unikal nəticəyə imza atdı

Cəbrayılda Şəhər Günü hansı tədbirlərlə yadda qaldı? - VİDEO

Cəbrayılda Şəhər Günü hansı tədbirlərlə yadda qaldı? - VİDEO

315 min il əvvəl insanlar belə görünürdü: Üzləri bərpa edildi - FOTO

315 min il əvvəl insanlar belə görünürdü: Üzləri bərpa edildi - FOTO

Sabah Ər-Riyadda Məkkə sazişi üzrə strateji komitənin toplantısı keçiriləcək

Sabah Ər-Riyadda Məkkə sazişi üzrə strateji komitənin toplantısı keçiriləcək

Biləsuvarda avtomobil yolun kənarına aşdı: Qadın sərnişin xəsarət aldı

Biləsuvarda avtomobil yolun kənarına aşdı: Qadın sərnişin xəsarət aldı

Əhməd Yusifov: “Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm” - VİDEO

Əhməd Yusifov: “Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm” - VİDEO

Rusiya klubunun qapıçısı İslam İmamov Azərbaycan millisində oynayacaq?

Rusiya klubunun qapıçısı İslam İmamov Azərbaycan millisində oynayacaq?

Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçdü

Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçdü

Ayxan Abbasov: "Rəqib baş məşqçinin narazılığını başa düşürəm, o da nəsə deməlidir”

Ayxan Abbasov: "Rəqib baş məşqçinin narazılığını başa düşürəm, o da nəsə deməlidir”

Norveç sahillərində üç gəmi toqquşdu

Norveç sahillərində üç gəmi toqquşdu

Litva yığmasının baş məşqçisi: "Azərbaycan millisi yaxşı oyun göstərdi"

Litva yığmasının baş məşqçisi: "Azərbaycan millisi yaxşı oyun göstərdi"

Dostlarından Samirəyə ad günü sürprizi - VİDEO

Dostlarından Samirəyə ad günü sürprizi - VİDEO

Şimali Kiprdə gəmi qəzasında ölənlərin sayı 20-yə yüksəldi

Şimali Kiprdə gəmi qəzasında ölənlərin sayı 20-yə yüksəldi

“Səssiz tələ” sənədli filmi təqdim olundu - FOTO

“Səssiz tələ” sənədli filmi təqdim olundu - FOTO

End of content

No more pages to load

RADİO