ADNSU “WUF13”də gələcəyin texnologiyalarını təqdim edir - FOTO

World Urban Forum 13 çərçivəsində təşkil olunan beynəlxalq sərgidə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) innovasiya, texnologiya və dayanıqlı inkişaf istiqamətində həyata keçirdiyi təşəbbüslərlə təmsil olunur.

Dünyanın 180 ölkəsindən dövlət rəsmilərini, beynəlxalq təşkilat nümayəndələrini, ekspertləri, investorları, akademik dairələri və minlərlə iştirakçını bir araya gətirən forum şəhərsalma, dayanıqlı inkişaf və gələcəyin şəhərləri mövzusunda dünyanın ən nüfuzlu beynəlxalq platformalarından biri hesab edilir.
 

Bakı şəhərinin ev sahibliyi etdiyi forum çərçivəsində ADNSU da öz stendi ilə iştirak edərək universitetin innovasiya potensialını, tələbə təşəbbüslərini və texnoloji həllərini beynəlxalq auditoriyaya təqdim edir.


Universitetin stendində ziyarətçilərə məlumat verilməsi məqsədilə ADNSU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Xülya Sabirli, şöbənin baş mütəxəssisi Günel Tağıyeva və tələbə-startapçı İsmayıl Hacıyev iştirak edib.

Stenddə universitetin təhsil imkanları, beynəlxalq əməkdaşlıqları, innovasiya ekosistemi, tələbə layihələri və startap təşəbbüsləri barədə ətraflı məlumat təqdim olunur.

Forum çərçivəsində ADNSU tələbələrinin hazırladığı innovativ startap layihələri də sərgilənir. Təqdim olunan layihələr dayanıqlı texnologiyalar, təhlükəsizlik və ağıllı həllər istiqamətində gənclərin innovativ yanaşmalarını nümayiş etdirir.

Sərgidə nümayiş olunan layihələrdən biri ADNSU-nun Biznes Administrasiyası proqramının 2-ci kurs tələbəsi İsmayıl Hacıyevin təsis etdiyi “AIRT” (Azerbaijan Intelligent Robotics Technologies) startapıdır. Hazırda prototip mərhələsində olan layihə neft və qaz sənayesində avtonom inspeksiya proseslərinin həyata keçirilməsi üçün robot texnologiyalarının tətbiqini nəzərdə tutur.

Startapın əsas məqsədi təhlükəli istehsalat sahələrində insan faktorunun minimuma endirilməsi, risklərin azaldılması və əməliyyat təhlükəsizliyinin artırılmasıdır.

Layihə çətin və riskli mühitlərdə insanların yerinə robotların fəaliyyət göstərməsini təmin etməyə yönəlib.

Qeyd edək ki, “AIRT” startapı ADNSU və IDEA İctimai Birliyinin birgə həyata keçirdiyi “IDEALIZE” inkubasiya proqramının qaliblərindən biri olub. Layihə innovativ texnologiyaların sənayedə tətbiqi və gələcəkdə real istehsalat mühitinə inteqrasiya potensialı ilə diqqət çəkir.

Forumda təqdim olunan digər layihə isə ADNSU-nun İnformasiya Təhlükəsizliyi fakültəsinin I kurs tələbəsi Arzu Balakişiyevanın müəllifi olduğu “Green Ozone” layihəsidir. Layihə smart ozonator cihazı vasitəsilə suyun təmizlənməsini təmin edən innovativ və ekoloji yönümlü texnologiya təqdim edir.
 

Layihənin işləmə prinsipi günəş enerjisindən istifadə əsasında qurulub. Günəş paneli vasitəsilə əldə olunan enerji batareyada toplanır, invertor vasitəsilə sabit cərəyandan dəyişən cərəyana çevrilir və mikrokontrollerin köməyi ilə ozonatorun müəyyən edilmiş zaman intervalında avtomatik fəaliyyəti təmin olunur.


Geri sayım düyməsinə basıldıqdan sonra cihaz avtomatik şəkildə işə düşür, rele modulu isə dövrəni ayıraraq ozonatorun istifadəçi müdaxiləsi olmadan fəaliyyətini dayandırır. Layihə həm enerji səmərəliliyi, həm də ekoloji dayanıqlılıq baxımından diqqət çəkən həll modeli kimi təqdim olunur.

Forum çərçivəsində ADNSU-nun bir sıra əməkdaşları və universitetdə təhsil alan əcnəbi tələbələr də sərgi ilə tanış olublar.

Eyni zamanda universitetin müxtəlif fakültələrində təhsil alan tələbələr beynəlxalq tədbirdə könüllü qismində iştirak edərək təşkilati proseslərə dəstək göstərirlər.

Qeyd edək ki, mayın 22-dək davam edəcək forum çərçivəsində müxtəlif görüşlər, assambleya sessiyaları, sərgilər və urbanizasiya, dayanıqlı inkişaf, iqlim çağırışları və gələcəyin şəhərləri ilə bağlı müzakirələr keçirilir.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Siyəzəndə ƏMƏLİYYAT: 14 nəfər saxlanıldı – FOTO/VİDEO

Siyəzəndə ƏMƏLİYYAT: 14 nəfər saxlanıldı – FOTO/VİDEO

Pul köçürmələri ilə bağlı YENİLİK – Məbləğ kəskin ARTIRILDI

Pul köçürmələri ilə bağlı YENİLİK – Məbləğ kəskin ARTIRILDI

Qara dənizdə Türkiyə gəmisinə DRON HÜCUMU – Yaralılar var – VİDEO

Qara dənizdə Türkiyə gəmisinə DRON HÜCUMU – Yaralılar var – VİDEO

Elgiz bağ evini nümayiş etdirdi - (Video)

Elgiz bağ evini nümayiş etdirdi - (Video)

Liya Bayramovaya yeni vəzifə verildi

Liya Bayramovaya yeni vəzifə verildi

Bu şəxslər magistraturada dövlət hesabına TƏHSİL ALACAQLAR

Bu şəxslər magistraturada dövlət hesabına TƏHSİL ALACAQLAR

Bakı metrosunun qatar yolundakı su görün nə imiş

Bakı metrosunun qatar yolundakı su görün nə imiş

Azərbaycanda əlavə iş yerləri yaradılacaq

Azərbaycanda əlavə iş yerləri yaradılacaq

Hacıqabulda əməliyyat – Saxlanılan var - FOTO

Hacıqabulda əməliyyat – Saxlanılan var - FOTO

Daşkəsəndə AİLƏ DRAMI – Qayınata kürəkənini qətlə yetirdi - VİDEO

Daşkəsəndə AİLƏ DRAMI – Qayınata kürəkənini qətlə yetirdi - VİDEO

Azərbaycanlıların da olduğu gəmidə batan daha bir nəfərin meyiti tapıldı

Azərbaycanlıların da olduğu gəmidə batan daha bir nəfərin meyiti tapıldı

Təkərlərdə “2 atmosfer” standartı doğru deyilmiş – Sürücülərin diqqət etməli olduğu MƏQAMLAR

Təkərlərdə “2 atmosfer” standartı doğru deyilmiş – Sürücülərin diqqət etməli olduğu MƏQAMLAR

Bakıda kişi arvadını dişlədi – 1 il 8 ay həbsdə yatacaq

Bakıda kişi arvadını dişlədi – 1 il 8 ay həbsdə yatacaq

Rusiyada taun xəstəliyi yayılır? - FOTO

Rusiyada taun xəstəliyi yayılır? - FOTO

BDU-da tələbələrdən pul yığılır? – Təhsil ocağından REAKSİYA

BDU-da tələbələrdən pul yığılır? – Təhsil ocağından REAKSİYA

Pakistanda təcavüzə uğrayan 23 yaşlı Diana Azərbaycana GÖNDƏRİLDİ

Pakistanda təcavüzə uğrayan 23 yaşlı Diana Azərbaycana GÖNDƏRİLDİ

Nazirdən şad xəbər: Bu şəxslərə 20 min manatadək pul verilə bilər

Nazirdən şad xəbər: Bu şəxslərə 20 min manatadək pul verilə bilər

Bakıda tanınmış restoranda biabırçılıq

Bakıda tanınmış restoranda biabırçılıq

Quba-Xınalıq yolu niyə tez-tez sürüşür? – Səbəbi MƏLUM oldu

Quba-Xınalıq yolu niyə tez-tez sürüşür? – Səbəbi MƏLUM oldu

İbrahim Borçalının evində toy olacaq

İbrahim Borçalının evində toy olacaq

Soçinin sabiq meri 15 il müddətinə azadlıqdan məhrum edildi – FOTO

Soçinin sabiq meri 15 il müddətinə azadlıqdan məhrum edildi – FOTO

Turist öz çadırında yandı - FOTO

Turist öz çadırında yandı - FOTO

Quru bəyanatlar, “unudulan” hüquqi öhdəlik... – Paşinyanın “SÜLH” PARADOKSU

Quru bəyanatlar, “unudulan” hüquqi öhdəlik... – Paşinyanın “SÜLH” PARADOKSU

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının ADLARI

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının ADLARI

End of content

No more pages to load

RADİO