Naxçıvanda Novruz Şəhərciyi həyəcanı yaşanır - VİDEO

 

Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə Naxçıvan Muxtar Respublikasında “Novruz Şəhərciyi” çərçivəsində bayram tədbirləri baş tutacaq.

Şəhərcikdə tədbirlər 19-26 mart tarixlərində “Əcəmi Seyrəngahı” Mədəniyyət və İstirahət Kompleksində, saat 10:00-dan 22:00-a qədər davam edəcək.

Hər gün xüsusi bayram proqramı ilə əyləncəli tədbirlər, böyüklər və uşaqlar üçün günün müxtəlif saatlarında açıq hava sineması, tanınmış sənətçilərlə möhtəşəm konsertlər planlaşdırılır. Sevilən mahnıları ilə 22 mart tarixində İlqar Muradov, 23 mart tarixində Ceyhun Ares, 24 mart tarixində  Eldar Qasımov, 25 mart tarixində Tofiq Hacıyev və 26 mart tarixində Hiss Novruz Şəhərciyində səhnə alacaqlar.

Tədbir planı çərçivəsində hər gün Naxçıvan MR rayonlarından Novruz şəhərciyinə bir saatdan bir pulsuz nəqliyyat xidməti fəaliyyət göstərir.

Onu da qeyd edək ki, Şəhərcik Novruz Küçəsi və Novruz bazarından ibarətdir.  Mədəniyyət və incəsənət nümunələri, xalq folklorları, konsertlər, uşaqlar və böyüklər üçün açıq hava sineması və bu kimi tədbirlər Novruz küçəsində yer alır. Novruz bazarı isə Novruz şirniyyatlarından milli təamlara, milli süvenirlərdən Naxçıvan istehsalı məhsullara, kənd təsərrüfatı məhsullarından  “fast food”lara və muxtar respublikada fəaliyyət göstərən brendlərin məhsullarının satışına, ümumi yarmarkaya qədər alış-verişə aid hər şeyi özündə birləşdirir.

Festival ab-havasında gerçəkləşən tədbirin təşkilatçısı Element şirkətidir. Şirkətin rəhbəri Adam Yunisov əhalinin bayramı, özəl günləri, asudə vaxtlarını əyləncəli, səmərəli şəkildə keçirməsi  üçün bu cür tədbirlərin və festivalların Naxçıvanda daha çox təşkil olunacağı müjdəsini verib.

Tədbirin keçirilməsində Naxçıvan Muxtar Respublikası nazirlikləri - Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi, Naxçıvan Şəhər İcra Hakimiyyəti və digər dövlət qurumları, eyni zamanda yerli holdinq və müəssisələri də fəal iştirak etdilər. Novruz Şəhərciyinin təşkilati sponsorları Arkoz Holdinq, Cahan Holdinq, Nəqşicahan Holdinq, Ləzzət Qida Sənaye MMC oldu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Trampdan ETİRAF: “İranla müharibə ABŞ-ın sursat ehtiyatlarını azaldıb”

Trampdan ETİRAF: “İranla müharibə ABŞ-ın sursat ehtiyatlarını azaldıb”

Azərbaycan-Yaponiya münasibətləri müzakirə edildi - FOTO

Azərbaycan-Yaponiya münasibətləri müzakirə edildi - FOTO

AFFA bu klubları CƏZALANDIRDI

AFFA bu klubları CƏZALANDIRDI

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Toyuq filesi bahalaşdı - VİDEO

Toyuq filesi bahalaşdı - VİDEO

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Messi İspaniyada klub ALDI

Messi İspaniyada klub ALDI

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Millimiz Lixtenşteynə UDUZDU

Millimiz Lixtenşteynə UDUZDU

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

End of content

No more pages to load

RADİO