Bankomatdan zədəli pul çıxarsa... - Vətəndaş hara müraciət etsin?

Bankomatlardan pul çıxaran vətəndaşlar zaman-zaman cırıq, zədəli əsginaslarla qarşılaşırlar. Dövriyyədə olan pul nişanlarının müəyyən hissəsinin köhnəlməsi normal hal sayılsa da, bankomatlara yerləşdirilən əsginasların yararlı vəziyyətdə olması vacibdir.

Cırılmış, üzərində yazılar olan, kənarları zədələnmiş və ya ciddi şəkildə köhnəlmiş pullar həm istifadə zamanı narahatlıq yaradır, həm də maliyyə əməliyyatlarında problemlərə səbəb olur.

Belə hallarda insanlar çox vaxt həmin pulu yalnız bankın öz filialında dəyişməyin mümkün olduğunu düşünürlər. Bu isə xüsusilə bölgələrdə yaşayan vətəndaşlar üçün əlavə vaxt itkisi və çətinlik yaradır.

Bəs bankomatdan zədəli pul çıxarsa, vətəndaş nə etməlidir?

Bank mütəxəssisi Əkrəm Həsənov mövzu ilə bağlı Bizim.Media-ya bildirdi ki, vətəndaş dərhal bankomatın çekini götürüb, pulun da şəklini çəkərək Mərkəzi Banka şikayət edə bilər.
 

“Şəkil və ya qəbz sonradan sübut kimi vacib olur. Mərkəzi Banka şikayət etməlidirlər, axı bank ümumiyyətlə niyə bankomatında zədəli pullar saxlayır? Marketlər zədəli pulları qəbul etmədiyinə görə, məcburdur yenə də banka getsin. Ya da Mərkəzi Bankın özündə dəyişsin. Digər banklar götürə də, imtina da edə bilər. Yəni kommersiya bankıdır. Sadəcə vətəndaşın hüququ pozulmuş sayılır və şikayət etmək haqqı var”.


Qeyd edək ki, Azərbaycanda dövriyyəyə yararlı olmayan əsginasların dəyişdirilməsi yalnız həmin bankın müştərisi olmaqla məhdudlaşmır. Əsginasın əsas hissəsi qorunubsa, bank onu qəbul edib dəyişməlidir.

Bu qaydalar Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən edilib. Əgər bank imtina edirsə, əvvəlcə bankın özünə, nəticə olmazsa Azərbaycan Mərkəzi Bankına müraciət edilməlidir.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Təkərlərdə “2 atmosfer” standartı doğru deyilmiş – Sürücülərin diqqət etməli olduğu MƏQAMLAR

Təkərlərdə “2 atmosfer” standartı doğru deyilmiş – Sürücülərin diqqət etməli olduğu MƏQAMLAR

Bakıda kişi arvadını dişlədi, tava ilə döydü

Bakıda kişi arvadını dişlədi, tava ilə döydü

Rusiyada taun xəstəliyi yayılır? - FOTO

Rusiyada taun xəstəliyi yayılır? - FOTO

BDU-da tələbələrdən pul yığılır? – Təhsil ocağından REAKSİYA

BDU-da tələbələrdən pul yığılır? – Təhsil ocağından REAKSİYA

Pakistanda təcavüzə uğrayan 23 yaşlı Diana Azərbaycana GÖNDƏRİLDİ

Pakistanda təcavüzə uğrayan 23 yaşlı Diana Azərbaycana GÖNDƏRİLDİ

Nazirdən şad xəbər: Bu şəxslərə 20 min manatadək pul verilə bilər

Nazirdən şad xəbər: Bu şəxslərə 20 min manatadək pul verilə bilər

Bakıda tanınmış restoranda biabırçılıq

Bakıda tanınmış restoranda biabırçılıq

Quba-Xınalıq yolu niyə tez-tez sürüşür? – Səbəbi MƏLUM oldu

Quba-Xınalıq yolu niyə tez-tez sürüşür? – Səbəbi MƏLUM oldu

İbrahim Borçalının evində toy olacaq

İbrahim Borçalının evində toy olacaq

Soçinin sabiq meri 15 il müddətinə azadlıqdan məhrum edildi – FOTO

Soçinin sabiq meri 15 il müddətinə azadlıqdan məhrum edildi – FOTO

Turist öz çadırında yandı - FOTO

Turist öz çadırında yandı - FOTO

Quru bəyanatlar, “unudulan” hüquqi öhdəlik... – Paşinyanın “SÜLH” PARADOKSU

Quru bəyanatlar, “unudulan” hüquqi öhdəlik... – Paşinyanın “SÜLH” PARADOKSU

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının ADLARI

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının ADLARI

Zeynəb Xanlarovanın yeni FOTOSU

Zeynəb Xanlarovanın yeni FOTOSU

İnfarkta qarşı yeni dövr – “Ürək yamağı” ilk dəfə tətbiq edildi

İnfarkta qarşı yeni dövr – “Ürək yamağı” ilk dəfə tətbiq edildi

"Sabah" - "Slaviya" oyununa 45 minə yaxın bilet satıldı

"Sabah" - "Slaviya" oyununa 45 minə yaxın bilet satıldı

Saxta müalicələrdən milyonlar qazandı – Özünə qızıl örtüklü Cybertruck aldı

Saxta müalicələrdən milyonlar qazandı – Özünə qızıl örtüklü Cybertruck aldı

ABŞ-a getmək istəyənlərin nəzərinə: Ölkəyə giriş qaydaları dəyişir

ABŞ-a getmək istəyənlərin nəzərinə: Ölkəyə giriş qaydaları dəyişir

İlin sonunadək Ağdama nə qədər əhali köçürüləcək?

İlin sonunadək Ağdama nə qədər əhali köçürüləcək?

Astanada Qarabağ atının heykəlinin açılışı oldu – FOTO

Astanada Qarabağ atının heykəlinin açılışı oldu – FOTO

Emin Hüseynov Ağdamdan sahibkarlara SƏSLƏNDİ: “Gəlin, 24 min hektar əkinəyararlı torpaq istifadə üçün hazırdır”

Emin Hüseynov Ağdamdan sahibkarlara SƏSLƏNDİ: “Gəlin, 24 min hektar əkinəyararlı torpaq istifadə üçün hazırdır”

Vəzifəyə təyin olunması xəbərinə aydınlıq gətirdi

Vəzifəyə təyin olunması xəbərinə aydınlıq gətirdi

Bakıda məktəbin qarşısında dəhşət: 18 yaşlı gənc öldürüldü - VİDEO

Bakıda məktəbin qarşısında dəhşət: 18 yaşlı gənc öldürüldü - VİDEO

Bakının hansı ərazilərində kanat yolu YARADILACAQ?

Bakının hansı ərazilərində kanat yolu YARADILACAQ?

End of content

No more pages to load

RADİO