Küçədən tapılan dəyərli əşya kimindir? — "Mükafat verilə bilər"

Küçədə, ictimai nəqliyyatda, parkda və ya hər hansı məkanda tapılan itirilmiş əşyalarla bağlı insanlar çox vaxt bunun sadəcə vicdan məsələsi olduğunu düşünür. Halbuki qanunvericilik belə hallarda şəxsin hansı addımları atmalı olduğunu dəqiq müəyyənləşdirir.

Tapılan telefonun, pul kisəsinin, sənədin və ya digər qiymətli əşyanın sahibinə qaytarılmaması bəzi hallarda hüquqi məsuliyyətə də səbəb ola bilər.

Bəs şəxs itirilmiş əşya tapdıqda qanuna görə necə davranmalıdır?

Bizim.Media xəbər verir ki, Vəkil Tural Həsənli “demokrat.az”a açqılamasında bildirib ki, itirilmiş əşyanı tapan şəxs tapıntı barədə onu itirmiş şəxsə, onun mülkiyyətçisinə, səlahiyyətli şəxsə və ya əgər mülkiyyətçi məlum deyilsə, polisə dərhal xəbər verməli və həmin əşyanı verməlidir:

“Əşyanı tapan şəxsə mülkiyyətçinin məlum olduğu və ya mülkiyyətçinin əşyaya hüququnun artıq polisə bildirildiyi hallar istisna olmaqla, əşyanı tapan şəxs bu barədə xəbər verdiyi vaxtdan bir illik müddət keçdikdən sonra tapıntıya mülkiyyət hüququ əldə edir. Mülkiyyət hüququnun əldə edilməsi ilə bir vaxtda həmin əşyaya bütün başqa hüquqlara xitam verilir.

Səlahiyyətli şəxs tapılmış əşyanı qəbul edirsə, onu tapan şəxs tapılmış əşyanın dəyərinin beş faizinədək miqdarda bəxşiş tələb edə bilər. Bundan başqa, əşyanı tapan şəxs səlahiyyətli şəxsdən həmin əşyanın saxlanması xərclərinin əvəzini ödəməyi də tələb edə bilər. Əmlakı tapan tapıntı barədə məlumat verməmişsə və ya onu gizlətməyə cəhd göstərmişsə, bəxşiş almaq hüququ əmələ gəlmir”.

Vəkilin sözlərinə görə, qanunvericilik əşyanı tapan şəxslər üçün müəyyən hüquqlar da tanıyır.

Belə ki, mülkiyyətçi məlum olmadıqda və tapıntı barədə rəsmi məlumat verildikdən bir il sonra əşya onu tapan şəxsin mülkiyyətinə keçə bilər. Bundan əlavə, vətəndaş tapdığı əşyanın dəyərinin beş faizinədək miqdarda mükafat və onun saxlanması üçün çəkdiyi xərclərin ödənilməsini tələb etmək hüququna malikdir.

Qeyd edək ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, tapılmış əşyanın gizlədilməsi və ya sahibinə qaytarılmaması hüquqi məsuliyyət yarada bilər. Bu səbəbdən vətəndaş tapıntı barədə dərhal aidiyyəti üzrə məlumat verməli və əşyanı təhvil verməlidir.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Təkərlərdə “2 atmosfer” standartı doğru deyilmiş – Sürücülərin diqqət etməli olduğu MƏQAMLAR

Təkərlərdə “2 atmosfer” standartı doğru deyilmiş – Sürücülərin diqqət etməli olduğu MƏQAMLAR

Bakıda kişi arvadını dişlədi, tava ilə döydü

Bakıda kişi arvadını dişlədi, tava ilə döydü

Rusiyada taun xəstəliyi yayılır? - FOTO

Rusiyada taun xəstəliyi yayılır? - FOTO

BDU-da tələbələrdən pul yığılır? – Təhsil ocağından REAKSİYA

BDU-da tələbələrdən pul yığılır? – Təhsil ocağından REAKSİYA

Pakistanda təcavüzə uğrayan 23 yaşlı Diana Azərbaycana GÖNDƏRİLDİ

Pakistanda təcavüzə uğrayan 23 yaşlı Diana Azərbaycana GÖNDƏRİLDİ

Nazirdən şad xəbər: Bu şəxslərə 20 min manatadək pul verilə bilər

Nazirdən şad xəbər: Bu şəxslərə 20 min manatadək pul verilə bilər

Bakıda tanınmış restoranda biabırçılıq

Bakıda tanınmış restoranda biabırçılıq

Quba-Xınalıq yolu niyə tez-tez sürüşür? – Səbəbi MƏLUM oldu

Quba-Xınalıq yolu niyə tez-tez sürüşür? – Səbəbi MƏLUM oldu

İbrahim Borçalının evində toy olacaq

İbrahim Borçalının evində toy olacaq

Soçinin sabiq meri 15 il müddətinə azadlıqdan məhrum edildi – FOTO

Soçinin sabiq meri 15 il müddətinə azadlıqdan məhrum edildi – FOTO

Turist öz çadırında yandı - FOTO

Turist öz çadırında yandı - FOTO

Quru bəyanatlar, “unudulan” hüquqi öhdəlik... – Paşinyanın “SÜLH” PARADOKSU

Quru bəyanatlar, “unudulan” hüquqi öhdəlik... – Paşinyanın “SÜLH” PARADOKSU

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının ADLARI

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının ADLARI

Zeynəb Xanlarovanın yeni FOTOSU

Zeynəb Xanlarovanın yeni FOTOSU

İnfarkta qarşı yeni dövr – “Ürək yamağı” ilk dəfə tətbiq edildi

İnfarkta qarşı yeni dövr – “Ürək yamağı” ilk dəfə tətbiq edildi

"Sabah" - "Slaviya" oyununa 45 minə yaxın bilet satıldı

"Sabah" - "Slaviya" oyununa 45 minə yaxın bilet satıldı

Saxta müalicələrdən milyonlar qazandı – Özünə qızıl örtüklü Cybertruck aldı

Saxta müalicələrdən milyonlar qazandı – Özünə qızıl örtüklü Cybertruck aldı

ABŞ-a getmək istəyənlərin nəzərinə: Ölkəyə giriş qaydaları dəyişir

ABŞ-a getmək istəyənlərin nəzərinə: Ölkəyə giriş qaydaları dəyişir

İlin sonunadək Ağdama nə qədər əhali köçürüləcək?

İlin sonunadək Ağdama nə qədər əhali köçürüləcək?

Astanada Qarabağ atının heykəlinin açılışı oldu – FOTO

Astanada Qarabağ atının heykəlinin açılışı oldu – FOTO

Emin Hüseynov Ağdamdan sahibkarlara SƏSLƏNDİ: “Gəlin, 24 min hektar əkinəyararlı torpaq istifadə üçün hazırdır”

Emin Hüseynov Ağdamdan sahibkarlara SƏSLƏNDİ: “Gəlin, 24 min hektar əkinəyararlı torpaq istifadə üçün hazırdır”

Vəzifəyə təyin olunması xəbərinə aydınlıq gətirdi

Vəzifəyə təyin olunması xəbərinə aydınlıq gətirdi

Bakıda məktəbin qarşısında dəhşət: 18 yaşlı gənc öldürüldü - VİDEO

Bakıda məktəbin qarşısında dəhşət: 18 yaşlı gənc öldürüldü - VİDEO

Bakının hansı ərazilərində kanat yolu YARADILACAQ?

Bakının hansı ərazilərində kanat yolu YARADILACAQ?

End of content

No more pages to load

RADİO