İstiqlalçı deputat, Lənkəran Dövlət Universitetinin sabiq rektoru Hacıbaba Əzimov vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə keçmiş maliyyə naziri Saleh Məmmədov sosial şəbəkə hesabında məlumat verib.
Hacıbaba Əzimov bu gün saat 12:00-da dünyasını dəyişib.
Mərhumla vida mərasimi bu gün saat 16:00-da Bakı şəhərində yerləşən Təzəpir Məscidində keçiriləcək, daha sonra dəfn mərasimi Yasamal qəbiristanlığında olacaq.

Bizim.Media