İctimai nəqliyyatda tələbələrə hansı güzəştlər edilə bilər?

Son illər dünyada baş verən iqtisadi dəyişikliklər, xüsusilə qlobal bahalaşma, artıq hər bir ölkənin, o cümlədən Azərbaycanın da sosial və iqtisadi həyatına təsir göstərir. Ərzaq məhsullarından tutmuş nəqliyyat xərclərinə, kitab və dəftər qiymətlərinə qədər bahalaşma dalğası aztəminatlı təbəqə,  xüsusilə də pensiyaçılar və tələbələr tərəfindən daha çox hiss olunur.
 

Digər tərəfdən, hökumətin sosialyönümlü addımları, məsələn, ictimai nəqliyyatda tələbələr və pensiyaçılar üçün nəzərdə tutulan mümkün güzəştlər, cəmiyyətin bu dəyişikliklərə daha asan uyğunlaşmasına xidmət edir.


Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, məhz bu mövzular ətrafında sualları deputat, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Vüqar müəllim, dünyada gedən qlobal bahalaşma ölkəmizdən də yan keçmir, bunu bir tələbə kimi aldığımız kitab-dəftərin qiymətində, gedişhaqlarının artırılmasında daha çox hiss edirik. Sizcə bu bahalaşma nə ilə bağlıdır?


- Azərbaycanda qiymət artımlarının səbəblərindən biri də məhz idxal inflyasiyasıdır. Biz qlobal və regional bazarlarda qiymət artımından sonra ölkəyə idxal edilən məhsulların qiymətlərində də artımlar müşahidə edirik.
 

Amma dövlət Statiska Komitəsinin rəsmi məlumatları göstərir ki, qiymət artımı daha çox ərzaq məhsullarında özünü göstərir. 2025-ci ildə əvvəlki illərə nisbətən qiymətlər 5-7 faiz artıb. Qida məhsullarında 7-9 faiz, qeyri-qida məhsullarında isə 2-4 faiz artım müşahidə edilib.


Bu göstəricilər qida məhsullarında olan artımın qeyri-qida məhsullarından daha yüksək olduğunu göstərir. Bu isə Azərbaycana məhsul idxal edən ölkələrdə ərzaq məhsulların qiymətlərinin artması ilə bağlıdır.

- Bu yaxınlarda açıqlanan rəsmi məlumatlara əsasən, ictimai nəqliyyatda tələbələrə güzəştlər edilməsi nəzərdə tutulub. Sizcə bu güzəştlər nə ola bilər?

- Bəli, hazırda ictimai nəqliyyatda güzəştlərin tətbiq edilməsi istiqamətində qiymətləndirmələr aparılır. Bir sıra inkişaf etmiş ölkələrdə olduğu kimi, tələbələr və pensiyaçılar üçün ictimai nəqliyyatda güzəşlərin tətbiq edilməsini təklif edirik. Çünki nəticə etibarilə belə güzəştlərin tətbiqi xüsusilə tələbələrin daha aşağı qiymətlə ictimai nəqliyyatdan istifadəsinə imkan yaradar.
 

İnkiaf etmiş ölkələrdə belə dəstəklər var. Ona görə də belə dəstəklər tələbələrin sosial xərclərinin azaldıması baxımından vacibdir. Bu kontekstdən güzəştlərin tətbiqinin həyata keçirilməsi gözlənilir.


Bununla bağlı müvafiq dövlət qurumu tərəfindən yeni mexanizmlər hazırlanır. Dəqiq məlumatlar məhz bu mexanizmlərlə bağlı ictimaiyyətə məlumat verildiyi halda məlum olacaq.

- Maraqlıdır, növbəti mərhələdə Azərbaycanda hansı iqtisadi addımların atılması gözlənilir?

- Azərbaycanda dayanıqlı iqtisadi inkişaf templərinin qorunub saxlanması əsas hədəflərdəndir. Biz son dövlər bütövlükdə islahatların dərinləşməsini müşahidə edirik. Proseslər, xüsusilə də iqtisadiyyatın ağardılmasına xidmət edir və bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.
 

Ən vacib məqamlardan biri xüsusilə neftdən asılılığın aradan qaldırılmasıdır və qeyri-neft sektorunun inkişaf etdirilməsidir. Bu baxımdan iqtisadiyyatın diversifikasiyası ilə bağlı islahatlar daha prioritetdir. Son dövlər bu istiqamətdə irəliləyiş və uğurlar əldə edilib.


Bütün bunlarla yanaşı, ixracatda qeyri-neft sektorunun payının artırılması olduqca vacibdir. Bu, valyuta həcminin artmasına, nəticə etibarilə büdcəyə daha çox valyutanın daxil olmasına gətirib çıxarır.

- Son olaraq, dünyada baş verən müharibələrin iqtisadi proseslərə təsirindən danışmanızı istərdik…

- Regional müharibələr, bütün istiqamətlərə, xüsusilə də iqtisadiyyata təsir göstərir. Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra praktik olaraq qiymətlərin artmasını müşahidə etdik. Bu isə dünyada, eləcə də Azərbaycanda istehlak bazarında qiymət artımına gətirib çıxardı.
 

Müharibələr birmənalı şəkildə region bazarında qiymətlərə təsir göstərir, bəzi məhsulların qıtlığını yaradır, nəticə etibarilə idxal inflyasiyasının sürətlənməsinə gətirib çıxarır. Bu baxımdan idxal inflyasiyası müharibə başladıqdan sonra daha da sürətlənib.


Azərbaycanda xüsusilə xarici iqtisadi faktorların minimallaşdırılması ilə bağlı tədbirlər görülür, ərzaq ehtiyatları yaradılır. Bütövlükdə əsas məqsəd ondan ibarətdir ki, strateji məhsulların qiymətlərində dəyişikliklər baş verdikdə bu, Azərbaycanın istehlak bazarına daha az təsir etsin. Bütün hallarda müharibələr region və milli iqtisadiyyatlara təsir göstərir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Siyəzəndə ƏMƏLİYYAT: 14 nəfər saxlanıldı – FOTO/VİDEO

Siyəzəndə ƏMƏLİYYAT: 14 nəfər saxlanıldı – FOTO/VİDEO

Pul köçürmələri ilə bağlı YENİLİK – Məbləğ kəskin ARTIRILDI

Pul köçürmələri ilə bağlı YENİLİK – Məbləğ kəskin ARTIRILDI

Qara dənizdə Türkiyə gəmisinə DRON HÜCUMU – Yaralılar var – VİDEO

Qara dənizdə Türkiyə gəmisinə DRON HÜCUMU – Yaralılar var – VİDEO

Elgiz bağ evini nümayiş etdirdi - (Video)

Elgiz bağ evini nümayiş etdirdi - (Video)

Liya Bayramovaya yeni vəzifə verildi

Liya Bayramovaya yeni vəzifə verildi

Bu şəxslər magistraturada dövlət hesabına TƏHSİL ALACAQLAR

Bu şəxslər magistraturada dövlət hesabına TƏHSİL ALACAQLAR

Bakı metrosunun qatar yolundakı su görün nə imiş

Bakı metrosunun qatar yolundakı su görün nə imiş

Azərbaycanda əlavə iş yerləri yaradılacaq

Azərbaycanda əlavə iş yerləri yaradılacaq

Hacıqabulda əməliyyat – Saxlanılan var - FOTO

Hacıqabulda əməliyyat – Saxlanılan var - FOTO

Daşkəsəndə AİLƏ DRAMI – Qayınata kürəkənini qətlə yetirdi - VİDEO

Daşkəsəndə AİLƏ DRAMI – Qayınata kürəkənini qətlə yetirdi - VİDEO

Azərbaycanlıların da olduğu gəmidə batan daha bir nəfərin meyiti tapıldı

Azərbaycanlıların da olduğu gəmidə batan daha bir nəfərin meyiti tapıldı

Təkərlərdə “2 atmosfer” standartı doğru deyilmiş – Sürücülərin diqqət etməli olduğu MƏQAMLAR

Təkərlərdə “2 atmosfer” standartı doğru deyilmiş – Sürücülərin diqqət etməli olduğu MƏQAMLAR

Bakıda kişi arvadını dişlədi – 1 il 8 ay həbsdə yatacaq

Bakıda kişi arvadını dişlədi – 1 il 8 ay həbsdə yatacaq

Rusiyada taun xəstəliyi yayılır? - FOTO

Rusiyada taun xəstəliyi yayılır? - FOTO

BDU-da tələbələrdən pul yığılır? – Təhsil ocağından REAKSİYA

BDU-da tələbələrdən pul yığılır? – Təhsil ocağından REAKSİYA

Pakistanda təcavüzə uğrayan 23 yaşlı Diana Azərbaycana GÖNDƏRİLDİ

Pakistanda təcavüzə uğrayan 23 yaşlı Diana Azərbaycana GÖNDƏRİLDİ

Nazirdən şad xəbər: Bu şəxslərə 20 min manatadək pul verilə bilər

Nazirdən şad xəbər: Bu şəxslərə 20 min manatadək pul verilə bilər

Bakıda tanınmış restoranda biabırçılıq

Bakıda tanınmış restoranda biabırçılıq

Quba-Xınalıq yolu niyə tez-tez sürüşür? – Səbəbi MƏLUM oldu

Quba-Xınalıq yolu niyə tez-tez sürüşür? – Səbəbi MƏLUM oldu

İbrahim Borçalının evində toy olacaq

İbrahim Borçalının evində toy olacaq

Soçinin sabiq meri 15 il müddətinə azadlıqdan məhrum edildi – FOTO

Soçinin sabiq meri 15 il müddətinə azadlıqdan məhrum edildi – FOTO

Turist öz çadırında yandı - FOTO

Turist öz çadırında yandı - FOTO

Quru bəyanatlar, “unudulan” hüquqi öhdəlik... – Paşinyanın “SÜLH” PARADOKSU

Quru bəyanatlar, “unudulan” hüquqi öhdəlik... – Paşinyanın “SÜLH” PARADOKSU

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının ADLARI

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının ADLARI

End of content

No more pages to load

RADİO