Fuad Məmmədov: “Türk dövlətlərinin QHT-ləri üçün birgə qrant müsabiqələri elan etməyə hazırıq”

Bu gün Bakıda Azərbaycanın QHT Agentliyinin təşkilatçılığı, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Platformasının tərəfdaşlığı ilə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumu işə başlayıb.

Bizim.Media xəbər verir ki, Forumun açılış mərasimində çıxış edən QHT Agentliyinin Müşahidə Şurasının sədri Fuad Məmmədov bildirib ki, dünən Qazaxıstanda - Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə türk dövlətlərinin liderləri bir daha bütün dünyaya birlik, güc, həmrəylik mesajları verdilər:

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin öz andiçmə nitqində ifadə etdiyi bu cümlələri eyni ilə təkrar etmək istərdim: “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi?”. Bu gün Türk dünyası yüksəliş dövründədir, qarşımızda imkanlar, fürsətlər getdikcə genişlənir. Sülh, təhlükəsizlik, sabitlik, tərəqqi ideyalarına sadiq olan dost və qardaş xalqlarımızı ortaq etnik köklər, tarix, dil, mədəniyyət, ənənələr və dəyərlər birləşdirir”.

O, türk dövlətlərindən olan tərəfdaş qurumları QHT-lər üçün birgə qrant müsabiqələri elan etməyə dəvət edib:

“QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri kimi bu tribunadan elan edirəm ki, biz türk dövlətləri ilə ikitərəfli və çoxtərəfli əsasda QHT-lər üçün birgə qrant müsabiqələri elan etməyə hazırıq. Bu istiqamətdə təşəbbüsləri müzakirə etməyə və qısa müddətdə bu işi təşkil etməyə hazırıq. Birgə qrant müsabiqələrində mexanizm heç də mürəkkəb deyil: tərəflər öz yerli normativ qaydalarına uyğun olaraq, müsabiqəni təşkil edir, QHT qarşısında şərt qoyulur ki, layihələr müvafiq tərəfdaş ölkədə keçirilsin”.

Fuad Məmmədov onu da bildirib ki, yüksək mədəniyyətli cəmiyyətin formalaşdırılması və inkişaf etdirilməsi Türk dünyasının qüdrətini artıracaq:

“Mən ixtisasca kulturoloqam. Ömrünü, akademik elmi fəaliyyətimi mədəniyyət məsələlərinə həsr etmişəm. Yüksək ruhi mədəniyyət, yəni dost və qardaş xalqlarımızın intellektual və mənəvi mədəniyyətinin qovşağı bizim əsas gücümüzdür. Türk sivilizasiyası dünya tarixində özünəməxsus yeri, dərin fəlsəfəsi və dövlətçilik ənənələri olan böyük sivilizasiyadır.
 

Bu xüsusda Azərbaycan Prezidenti cənab İlham Əliyevin Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncamı xüsusi məna daşıdı, tarixi əhəmiyyətli sənəd oldu. Birinci Türkoloji Qurultay türk xalqlarının mədəni inteqrasiyasında yeni mərhələ yaradıb.


Azərbaycan Prezidenti cənab İlham Əliyev Qazaxıstanın Türküstan şəhərində dünən keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə elan etdi ki, türk xalqlarının elmi-mədəni birliyinə böyük töhfə vermiş Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən “Türk dünyası həftəsi” də bu ilin iyun ayında Bakıda keçiriləcək. Bu tədbir xalqlarımızın mədəni həyatında əlamətdar hadisə olacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Siyəzəndə ƏMƏLİYYAT: 14 nəfər saxlanıldı – FOTO/VİDEO

Siyəzəndə ƏMƏLİYYAT: 14 nəfər saxlanıldı – FOTO/VİDEO

Pul köçürmələri ilə bağlı YENİLİK – Məbləğ kəskin ARTIRILDI

Pul köçürmələri ilə bağlı YENİLİK – Məbləğ kəskin ARTIRILDI

Qara dənizdə Türkiyə gəmisinə DRON HÜCUMU – Yaralılar var – VİDEO

Qara dənizdə Türkiyə gəmisinə DRON HÜCUMU – Yaralılar var – VİDEO

Elgiz bağ evini nümayiş etdirdi - (Video)

Elgiz bağ evini nümayiş etdirdi - (Video)

Liya Bayramovaya yeni vəzifə verildi

Liya Bayramovaya yeni vəzifə verildi

Bu şəxslər magistraturada dövlət hesabına TƏHSİL ALACAQLAR

Bu şəxslər magistraturada dövlət hesabına TƏHSİL ALACAQLAR

Bakı metrosunun qatar yolundakı su görün nə imiş

Bakı metrosunun qatar yolundakı su görün nə imiş

Azərbaycanda əlavə iş yerləri yaradılacaq

Azərbaycanda əlavə iş yerləri yaradılacaq

Hacıqabulda əməliyyat – Saxlanılan var - FOTO

Hacıqabulda əməliyyat – Saxlanılan var - FOTO

Daşkəsəndə AİLƏ DRAMI – Qayınata kürəkənini qətlə yetirdi - VİDEO

Daşkəsəndə AİLƏ DRAMI – Qayınata kürəkənini qətlə yetirdi - VİDEO

Azərbaycanlıların da olduğu gəmidə batan daha bir nəfərin meyiti tapıldı

Azərbaycanlıların da olduğu gəmidə batan daha bir nəfərin meyiti tapıldı

Təkərlərdə “2 atmosfer” standartı doğru deyilmiş – Sürücülərin diqqət etməli olduğu MƏQAMLAR

Təkərlərdə “2 atmosfer” standartı doğru deyilmiş – Sürücülərin diqqət etməli olduğu MƏQAMLAR

Bakıda kişi arvadını dişlədi – 1 il 8 ay həbsdə yatacaq

Bakıda kişi arvadını dişlədi – 1 il 8 ay həbsdə yatacaq

Rusiyada taun xəstəliyi yayılır? - FOTO

Rusiyada taun xəstəliyi yayılır? - FOTO

BDU-da tələbələrdən pul yığılır? – Təhsil ocağından REAKSİYA

BDU-da tələbələrdən pul yığılır? – Təhsil ocağından REAKSİYA

Pakistanda təcavüzə uğrayan 23 yaşlı Diana Azərbaycana GÖNDƏRİLDİ

Pakistanda təcavüzə uğrayan 23 yaşlı Diana Azərbaycana GÖNDƏRİLDİ

Nazirdən şad xəbər: Bu şəxslərə 20 min manatadək pul verilə bilər

Nazirdən şad xəbər: Bu şəxslərə 20 min manatadək pul verilə bilər

Bakıda tanınmış restoranda biabırçılıq

Bakıda tanınmış restoranda biabırçılıq

Quba-Xınalıq yolu niyə tez-tez sürüşür? – Səbəbi MƏLUM oldu

Quba-Xınalıq yolu niyə tez-tez sürüşür? – Səbəbi MƏLUM oldu

İbrahim Borçalının evində toy olacaq

İbrahim Borçalının evində toy olacaq

Soçinin sabiq meri 15 il müddətinə azadlıqdan məhrum edildi – FOTO

Soçinin sabiq meri 15 il müddətinə azadlıqdan məhrum edildi – FOTO

Turist öz çadırında yandı - FOTO

Turist öz çadırında yandı - FOTO

Quru bəyanatlar, “unudulan” hüquqi öhdəlik... – Paşinyanın “SÜLH” PARADOKSU

Quru bəyanatlar, “unudulan” hüquqi öhdəlik... – Paşinyanın “SÜLH” PARADOKSU

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının ADLARI

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının ADLARI

End of content

No more pages to load

RADİO