Yaş artdıqca yaddaş zəifləməsi, diqqət dağınıqlığı və unutqanlıq bir çox insanda müşahidə olunur. Mütəxəssislər isə bildirirlər ki, beynin qocalma prosesini müəyyən qədər ləngitmək mümkündür.
Bizim.Media xarici mediada yayımlanan araşdırmaya istinadla xəbər verir ki, gündəlik həyatda edilən bəzi sadə vərdişlər beynin daha uzun müddət sağlam və aktiv qalmasına kömək edir.
Araşdırmada beyin fəaliyyətini qorumaq üçün ən faydalı hesab olunan 3 məşğuliyyət xüsusilə vurğulanıb:
1) Naviqatora az baxın – Gedəcəyiniz yeri yadda saxlamağa və yolu özünüz tapmağa çalışın. Bu, beynin yaddaş və istiqamət tapma funksiyalarını gücləndirir.
2) Daha çox ünsiyyət qurun – Dostlarla görüşmək, söhbət etmək və sosial olmaq beyin fəaliyyətini aktiv saxlayır. Araşdırmalara görə, tənhalıq zehni zəifləməni sürətləndirə bilər.
3) Yeni hobbilər öyrənin – Yeni dil, hobbi və ya bacarıq öyrənmək beynin işləməsinə kömək edir. Mütəxəssislər deyirlər ki, beyin də əzələ kimidir, işlədikcə güclənir.
Qeyd olunub ki, bu vərdişlər yaddaşın zəifləməsi və yaşla bağlı beyin problemlərinin riskini azaltmağa kömək edə bilər.
Bizim.Media