Azərbaycanda gözlənilən YENİLİK: minimum maaş 700 manat

Xəbər verildiyi kimi, mayın 12-də Azərbaycanda hökumət, biznes və zəhmətkeşlər arasında ənənəvi illik saziş imzalanıb.

Bizim.Media Fed.az-a istinadən xəbər verir ki, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Sahibkarlar Konfederasiyası arasında 2026-2028-ci illar üzrə, yəni 3 illik müddətə Baş Kollektiv Saziş imzalanıb.

Qeyd edək ki, sözügedən saziş ənənəvidir, adı çəkilən qurumlar belə sazişləri hər 3 ildən bir imzalayır və bu daha çox simvolik sənəd olmaqla daha çox tərəflərin niyyətlərini göstərir.

Təsadüfi deyil ki, bundan əvvəlki baş sazişlərdə də göstərilən tədbirlərin əksəriyyəti həllini tapmayıb və ya yarımçıq yerinə yetirilib. Sadəcə son illər iqtisadi canlanmanın aktivləşməsi, dövlətin qeyri-neft sektorunu inkişaf etdirməsi və biznesə dəstək üzrə addımları indiki sənədə daha ciddi yanaşılacağı ilə bağlı ümidlər yaradır.
 

Sənəddə əmək haqqının artımı, daha dəqiqi əmək haqqının hesablanması ilə bağlı yeni mexanizmlərin yaradılması nəzərdə tutulur. Belə ki, «Əməyin ödənilməsi, əhalinin gəlirləri və həyat səviyyəsi» adlanan hisəsində göstərilir ki, tərəflər minimum saatlıq əmək haqqı tətbiq edilməsinə nail olmaq niyyətindədirlər.


Eləcə də, minimum əmək haqqı məbləğinin mərhələlərlə artırılması istiqamətində işləri davam etdirmək və minimum əmək haqqının ölkə üzrə orta əmək haqqına nisbətinin Avropa Sosial Xartiyasının tələblərinə uyğunlaşdırılması istiqamətində səylər göstərmək nəzərdə tutulur.

Başqa sözlə, sənədə əsasən minimum əmək haqqının Avropa Sosial Xartiyasının tələblərinə uyğunlaşdırılması üçün səylər göstəriləcək.

Bəs Avropa Sosial Xartiyasında minimum əmək haqqı ilə bağlı hansı tələb var?

Avropa Sosial Xartiyası işçilərin ədalətli əməkhaqqı hüququnu təmin etmək üçün konkret iqtisadi meyarlar müəyyən edir. Bu sənəd Avropa Şurası tərəfindən qəbul edilib və dövlətlərin üzərinə sosial öhdəliklər qoyur. Xartiyanın "Ədalətli mükafatlandırma hüququ" hissəsində göstərilir ki, əsas tələb 60% qaydasıdır.
 

Yəni tələbə əsasən ölkədə minimum əsək haqqı orta aylıq əmək haqqının 60%-nə çatdırılmalıdır. Başqa sözlə, hər il orta əmək haqqı artdıqca, minimum əmək haqqı da artmalı və bu paritet qorunmalıdır. Özü də burada söhbət netto məbləğdən, yəni əmək haqqının xalis məbləğindən gedir.


Doğrudur, Xartiyaya əsasən, bəzi hallarda, yəni sosial müavinətlərin güclü olduğu, verginin isə aşağı olduğu ölkələrdə bu nisbət 50% ola bilər, amma bundan az olmamalıdır.

Bu qaydanın tətbiqi Azərbaycan üçün nə deməkdir?

Məlum olduğu kimi, hazırda Azərbaycanda minimum əsək haqqı 400 manat, orta aylıq əmək haqqı isə 1151 manat (aprel 2026-ya olan vəziyyət) təşkil edir. Əgər orta aylıq əmək haqqının bu səviyyəsinə Avropa Sosial Xartiyası tətbiq edilsə, ölkədə minimum əmək haqqı 1151 manatın 60%-i həcmində, yəni 691 manat olmalıdır. Bu indiki səviyyədən 291 manat və ya 73% artıqdır.

Dövlət qurumlarının və sahəvi rəsmi şəxslərin tez-tez səsləndirdiyi rəqəmə istinad etsək, hazırda ölkədə minimum əmsək haqqının artımı birbaşa olaraq 700 min nəfərə şamil edilə bilər.
 

Bundan başqa, xüsusilə bölgələrdə işləyənlərin böyük hissəsi minimum əmək haqqına yaxın məbləğdə maaş alır. Bu mənada minimum əmək haqqını artması milyona yaxın dövlət və özəl sektorda çalışan insanın maaşının artmasına səbəb ola bilər.


Təqribi hesablamalara baxsaq, bu aylıq maaş fondunun 200 milyon manat, illik isə təqribən 2,5 milyard manat böyüməsi deməkdir. Bu indikindən azı 10% artıqdır, və həmin səviyyəyə çatmaq böyük vəsait tələb edir.

Məhz buna görə də, Baş Kollektiv sazişdə minimum əmək haqqının Avropa xartiyasının tələblərinə "uyğunlaşdırılması" deyil, daha ehtiyatlı ifadə - «buna səylərin göstəriləcəyi» barədə öhdəlik götürülür. Sazişi imzalayan 3 dəfərdən 2-si – hökumət və biznes burada öhdəliyi maliyyələşdirən tərəflərdir və maşların artırılması məhz onların xərcinin artırılması deməkdir.
 

Hazırda iqtisadi vəziyyəti, xüsusilə də dünyada neftin qiymətinin azalmasını (İran münaqişəsinin fonunda neftin 100 dolların üzərində olması müvəqqətidir – FED.az), eləcə də ölkədə neft hasilatının tədricə nazalmasını, büdcə üçün fərqli sahələrdən davamlı gəlir mənbələrinin hələ tam formalaşmamasını nəzərə alsaq, hələlik hökumətin minimum əmək haqqı ilə bağlı ciddi planlar quracağı inandırıcı deyil.


Təsadüfi deyil ki, son illər ərzində ilk dəfə olaraq 2026-cı ilin əvvəlində minimum əmək haqqının artması baş vermədi və bu təəccüblü olmadı.

Ona görə də Baş Kolelktiv Sazişdə nəzərdə tutulmasına baxmayaraq həmin addımın yaxın vaxtlarda reallaşması sual altındadır. Yeri gəlmişkən, Avropanın özündə də heç də bütün ölkələr 60% qaydasına əməl eləmirlər.
 

Məsələn, bəzi ölkələr, o cümlədən Fransa və Portuqaliya bu standartı qorumağa çalışsa da, Şərqi Avropa və MDB ölkələrində bu nisbət adətən 35-45% civarında dəyişir – Azərbaycanda da hazırda bu rəqəm 35%-dir. Sazişdəki «mərhələli artım» ifadəsi isə o deməkdir ki, dövlət 60%-lik hədəfə birdən-birə deyil, bir neçə il ərzində bu çatmağı öhdəsinə götürür.


Yeri gəlmişkən, Avropa Sosial Xartiyasının əmək haqqı ilə bağlı tələbləri bununla bitmir.
Məsələn, Xartiya tələb edir ki, minimum əməkhaqqı sadəcə insanın bioloji mövcudluğu (yemək və sığınacaq) deyil, onun cəmiyyətə inteqrasiyasını, mədəni ehtiyaclarını və ailə üzvlərinin saxlanmasını təmin edəcək səviyyədə olmalıdır.

Digər tələb budur ki, minimum əməkhaqqı daim yenilənməlidir, yəni inflyasiya və yaşayış minimumu ilə uzlaşdırılmalı, mütəmadi olaraq (adətən ildə bir dəfə) indeksləşdirilməlidir ki, həmin məbləğin alıcılıq qabiliyyəti aşağı düşməsin.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Siyəzəndə ƏMƏLİYYAT: 14 nəfər saxlanıldı – FOTO/VİDEO

Siyəzəndə ƏMƏLİYYAT: 14 nəfər saxlanıldı – FOTO/VİDEO

Pul köçürmələri ilə bağlı YENİLİK – Məbləğ kəskin ARTIRILDI

Pul köçürmələri ilə bağlı YENİLİK – Məbləğ kəskin ARTIRILDI

Qara dənizdə Türkiyə gəmisinə DRON HÜCUMU – Yaralılar var – VİDEO

Qara dənizdə Türkiyə gəmisinə DRON HÜCUMU – Yaralılar var – VİDEO

Elgiz bağ evini nümayiş etdirdi - (Video)

Elgiz bağ evini nümayiş etdirdi - (Video)

Liya Bayramovaya yeni vəzifə verildi

Liya Bayramovaya yeni vəzifə verildi

Bu şəxslər magistraturada dövlət hesabına TƏHSİL ALACAQLAR

Bu şəxslər magistraturada dövlət hesabına TƏHSİL ALACAQLAR

Bakı metrosunun qatar yolundakı su görün nə imiş

Bakı metrosunun qatar yolundakı su görün nə imiş

Azərbaycanda əlavə iş yerləri yaradılacaq

Azərbaycanda əlavə iş yerləri yaradılacaq

Hacıqabulda əməliyyat – Saxlanılan var - FOTO

Hacıqabulda əməliyyat – Saxlanılan var - FOTO

Daşkəsəndə AİLƏ DRAMI – Qayınata kürəkənini qətlə yetirdi - VİDEO

Daşkəsəndə AİLƏ DRAMI – Qayınata kürəkənini qətlə yetirdi - VİDEO

Azərbaycanlıların da olduğu gəmidə batan daha bir nəfərin meyiti tapıldı

Azərbaycanlıların da olduğu gəmidə batan daha bir nəfərin meyiti tapıldı

Təkərlərdə “2 atmosfer” standartı doğru deyilmiş – Sürücülərin diqqət etməli olduğu MƏQAMLAR

Təkərlərdə “2 atmosfer” standartı doğru deyilmiş – Sürücülərin diqqət etməli olduğu MƏQAMLAR

Bakıda kişi arvadını dişlədi – 1 il 8 ay həbsdə yatacaq

Bakıda kişi arvadını dişlədi – 1 il 8 ay həbsdə yatacaq

Rusiyada taun xəstəliyi yayılır? - FOTO

Rusiyada taun xəstəliyi yayılır? - FOTO

BDU-da tələbələrdən pul yığılır? – Təhsil ocağından REAKSİYA

BDU-da tələbələrdən pul yığılır? – Təhsil ocağından REAKSİYA

Pakistanda təcavüzə uğrayan 23 yaşlı Diana Azərbaycana GÖNDƏRİLDİ

Pakistanda təcavüzə uğrayan 23 yaşlı Diana Azərbaycana GÖNDƏRİLDİ

Nazirdən şad xəbər: Bu şəxslərə 20 min manatadək pul verilə bilər

Nazirdən şad xəbər: Bu şəxslərə 20 min manatadək pul verilə bilər

Bakıda tanınmış restoranda biabırçılıq

Bakıda tanınmış restoranda biabırçılıq

Quba-Xınalıq yolu niyə tez-tez sürüşür? – Səbəbi MƏLUM oldu

Quba-Xınalıq yolu niyə tez-tez sürüşür? – Səbəbi MƏLUM oldu

İbrahim Borçalının evində toy olacaq

İbrahim Borçalının evində toy olacaq

Soçinin sabiq meri 15 il müddətinə azadlıqdan məhrum edildi – FOTO

Soçinin sabiq meri 15 il müddətinə azadlıqdan məhrum edildi – FOTO

Turist öz çadırında yandı - FOTO

Turist öz çadırında yandı - FOTO

Quru bəyanatlar, “unudulan” hüquqi öhdəlik... – Paşinyanın “SÜLH” PARADOKSU

Quru bəyanatlar, “unudulan” hüquqi öhdəlik... – Paşinyanın “SÜLH” PARADOKSU

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının ADLARI

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının ADLARI

End of content

No more pages to load

RADİO