“Yaşıdlarım nəvə sevinci yaşayır...”- 23 il sonra gələn möcüzə - Video

Masallıdan Bakıya üz tutan Əzizovlar ailəsinin 23 illik övlad həsrətinə Dövlət Sərhəd Xidmətinin hərbi hospitalında son qoyulub. 

Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, hospitalın Doğum şöbəsinin rəisi, cərrah mama-ginekoloq Yeganə Əliyeva tərəfindən həyata keçirilmiş qeysəriyyə əməliyyatında 2770 qramlıq oğlan uşağı doğulub. 

56 yaşlı Səlim Əzizov və 40 yaşlı həyat yoldaşı Sədaqət Əzizova ötən gün ilk dəfə valideyn olmanın sevincini yaşayıblar.

Atanın sözlərinə görə, uzun illər müalicələri nəticəsiz qalsa da, bu xəstəxanada icra olunan yeni metod onların ümidlərini yenidən canlandırıb: 

“23 ildir ki, övlad həsrəti çəkirdik. Dəfələrlə rayonlarda, Bakıda, hətta İranda da müalicələr almışıq, amma xeyri olmayıb. İnternetdən DSX-nin hərbi hospitalında Yeganə xanım barəsində eşitdim və yanına gəldim. Təqribən 3 il müalicə olunduq. Düşündüm nəticə olmur, istədim uzaqlaşam, amma həkim təkid etdi ki, müalicə olunmalıyam. Genetik problem aşkarlanmışdı, ona görə məni digər həkimə yönləndirdi, 3 ay həmin problemə görə müalicə aldım. Axır ki, nəticə əldə olundu... 

Bu gün mənim yaşıdlarım nəvə sevincini yaşayırlar, şükür Allahın birliyinə ki, bizə bunu qismət etdi. Bütün övladı olmayan ailələrə bu sevinci arzu edirəm. Ailələr bu üzdən dağılmasın, səbirli olsunlar, Allahdan istəsinlər, bir gün yaxşı olacaq. Doğulan oğlan uşağıdır, atamın adını - Yəhya qoymuşam...” 

Mama-ginekoloq Yeganə Əliyeva deyib ki, artıq bu üsulla bir çox ailələr sevinc tapacaq: 

“Ailə eşidib ki, DSX-nin hərbi hospitalında “ROSİ” üsulu ilə azospermiya xəstələrinin problemi həll olunur. Onlar 3 il öncə bizə üz tutanda uzun bir yol keçdilər, səbirli oldular. Hazırda çəkisi 2770 qram, boyu 49 sm olan sağlam oğlan uşağı doğulub.  

Biz “ROSİ” üsulunun təlimini ilk dəfə Yaponiyada keçdik. Hazırda Özbəkistan Respublikası ilə də əməkdaşlıq edirik. Biz embrioloqumuzla artıq bir neçə dəfə Özəbəkistana səfər etmişik. Yaponiyada öyrəndiklərimizi orada da tətbiq edirik. Artıq Özbəkistanda hamilə olan pasiyentlər var. Allah bütün ailələrə övlad qismət eləsin”. 

Hospitalın embrioloqu Yusufcan Bekçi hesab edir ki, bu nəticəyə nail olmaq uzun illər davam edən müalicə və səbirdən keçir: 

“Xəstə bizə müraciət edəndə çoxlu sayda uğursuz əməliyyatlar keçirmişdi. Bizdə bir müddət müalicə olunduqdan sonra nəticə əldə etdik. Artıq əlimizdə belə gözəl körpə - Yəhya balamız var var. Biz bu körpəni çox çətinliklərlə əldə etdik. 3 il çox qısa müddət deyil.

Evliliyin 22-ci ilində hamiləlik xəbərini aldıq və 23-cü ildən sonra isə körpə doğuldu. “ROSİ” üsulu ilə bunu bacardıq. Yaponiyada öyrəndiyimiz bu üsul odur ki, əgər spermlər inkişaf etməyibsə, biz onu özümüz götürüb yumurtanın içərisinə qoyuruq. Bundan sonra da bütün ümidsiz ailələrə ümid olmağa davam edəcəyik”. 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Siyəzəndə ƏMƏLİYYAT: 14 nəfər saxlanıldı – FOTO/VİDEO

Siyəzəndə ƏMƏLİYYAT: 14 nəfər saxlanıldı – FOTO/VİDEO

Pul köçürmələri ilə bağlı YENİLİK – Məbləğ kəskin ARTIRILDI

Pul köçürmələri ilə bağlı YENİLİK – Məbləğ kəskin ARTIRILDI

Qara dənizdə Türkiyə gəmisinə DRON HÜCUMU – Yaralılar var – VİDEO

Qara dənizdə Türkiyə gəmisinə DRON HÜCUMU – Yaralılar var – VİDEO

Elgiz bağ evini nümayiş etdirdi - (Video)

Elgiz bağ evini nümayiş etdirdi - (Video)

Liya Bayramovaya yeni vəzifə verildi

Liya Bayramovaya yeni vəzifə verildi

Bu şəxslər magistraturada dövlət hesabına TƏHSİL ALACAQLAR

Bu şəxslər magistraturada dövlət hesabına TƏHSİL ALACAQLAR

Bakı metrosunun qatar yolundakı su görün nə imiş

Bakı metrosunun qatar yolundakı su görün nə imiş

Azərbaycanda əlavə iş yerləri yaradılacaq

Azərbaycanda əlavə iş yerləri yaradılacaq

Hacıqabulda əməliyyat – Saxlanılan var - FOTO

Hacıqabulda əməliyyat – Saxlanılan var - FOTO

Daşkəsəndə AİLƏ DRAMI – Qayınata kürəkənini qətlə yetirdi - VİDEO

Daşkəsəndə AİLƏ DRAMI – Qayınata kürəkənini qətlə yetirdi - VİDEO

Azərbaycanlıların da olduğu gəmidə batan daha bir nəfərin meyiti tapıldı

Azərbaycanlıların da olduğu gəmidə batan daha bir nəfərin meyiti tapıldı

Təkərlərdə “2 atmosfer” standartı doğru deyilmiş – Sürücülərin diqqət etməli olduğu MƏQAMLAR

Təkərlərdə “2 atmosfer” standartı doğru deyilmiş – Sürücülərin diqqət etməli olduğu MƏQAMLAR

Bakıda kişi arvadını dişlədi – 1 il 8 ay həbsdə yatacaq

Bakıda kişi arvadını dişlədi – 1 il 8 ay həbsdə yatacaq

Rusiyada taun xəstəliyi yayılır? - FOTO

Rusiyada taun xəstəliyi yayılır? - FOTO

BDU-da tələbələrdən pul yığılır? – Təhsil ocağından REAKSİYA

BDU-da tələbələrdən pul yığılır? – Təhsil ocağından REAKSİYA

Pakistanda təcavüzə uğrayan 23 yaşlı Diana Azərbaycana GÖNDƏRİLDİ

Pakistanda təcavüzə uğrayan 23 yaşlı Diana Azərbaycana GÖNDƏRİLDİ

Nazirdən şad xəbər: Bu şəxslərə 20 min manatadək pul verilə bilər

Nazirdən şad xəbər: Bu şəxslərə 20 min manatadək pul verilə bilər

Bakıda tanınmış restoranda biabırçılıq

Bakıda tanınmış restoranda biabırçılıq

Quba-Xınalıq yolu niyə tez-tez sürüşür? – Səbəbi MƏLUM oldu

Quba-Xınalıq yolu niyə tez-tez sürüşür? – Səbəbi MƏLUM oldu

İbrahim Borçalının evində toy olacaq

İbrahim Borçalının evində toy olacaq

Soçinin sabiq meri 15 il müddətinə azadlıqdan məhrum edildi – FOTO

Soçinin sabiq meri 15 il müddətinə azadlıqdan məhrum edildi – FOTO

Turist öz çadırında yandı - FOTO

Turist öz çadırında yandı - FOTO

Quru bəyanatlar, “unudulan” hüquqi öhdəlik... – Paşinyanın “SÜLH” PARADOKSU

Quru bəyanatlar, “unudulan” hüquqi öhdəlik... – Paşinyanın “SÜLH” PARADOKSU

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının ADLARI

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının ADLARI

End of content

No more pages to load

RADİO