“Evimi satıb işçilərin pulunu verdim, cibimdə bir qəpiyim yoxdur”

“Doqquz ildir gördüyüm işin qarşılığını ala bilmirəm, “Aqrar-Tikinti” şirkəti məni elə vəziyyətə saldı ki, cibimdə bir qəpiyim də  yoxdur”.

Bizim.Media xəbər verir ki, bu şikayətlə “qafqazinfo.az”a Gəncə şəhəri, Xaqani küçəsi 33-də yaşayan Rəsul Həsənov müraciət edib.

O bildirib ki, “Aqrar-Tikinti” şirkətinin tərkibində fəaliyyət göstərən “R Servis” şirkəti onunla əməkdaşlıq edərək Gəncə şəhərində görüləcək abadlıq işlərinə cəlb edib: 

“VÖEN əsasında fəaliyyət göstərərək yaratdığım briqada ilə Gəncə şəhərində tamet döşənməsi işlərini görmüşük. Mənimlə birgə çalışan 25 işçi olub. Biz onlarla 15 avqust 2016-cı il tarixdə Gəncə şəhərində görüləcək abadlıq işləri ilə əlaqədar müqavilə bağladıq. Razılaşmaya əsasən, layihə çərçivəsində istifadə olunacaq tikinti materialları Yevlax rayonundakı zavoddan təmin edilib”.

Şikayətçinin sözlərinə görə, o, bir kvadratmetri 10 manat olmaqla ümumilikdə 7000 kvadratmetr (70 min manat dəyərində) tamet alaraq Gəncəyə gətirib: 

“Bundan əlavə materialların daşınması üçün 16 min manat xərc çəkilib. Ancaq bu şirkətlər razılaşmaya əməl etməyərək nə materialın, nə də daşınma xərclərinin pulunu ödəyib. Həmin tametləri Gəncə şəhərində səkilərə və yollara mənim işçilərimə döşətdirdilər. 25 fəhlənin əməyinin qarşılığı olan 29 min 345 manat da verilmədi. Beləliklə, ümumi zərər 115 min 345 manat təşkil edir. İşlədiyimiz vaxtın bütün fakturaları da var, sübutlar mövcuddur. Evimi satıb işçilərin pulunu verdim, indi özüm kirayələrdə bir qəpiksizəm...”

R.Həsənov qeyd edib ki, dəfələrlə qarşı tərəfə müraciət etsə də, problem həll olunmayıb: 

“Aqrar Tikinti” şirkətinin Gəncə filialının müdiri Maqsud mənə deyir ki, “Aqrar Tikinti” şirkətinin sahibi pulu verməlidir ki, ödənişlər edilsin. Mən isə onun qəbuluna düşə bilmirəm. İllərdir müraciət etmədiyim qurum qalmayıb. Məhkəməyə də müraciət etmişdik. İllərdir əziyyət çəkirəm, dələduzluq etdilər və bunu düzəltmədilər”.

İddialarla bağlı qarşı tərəflə - “Aqrar Tikinti” şirkətinin Gəncə filialının müdiri Maqsud Gülməmmədovla əlaqə saxladıq. Lakin o bildirdi ki, Rəsul Həsənov adlı şəxsi tanımır: 

“Mən artıq 7 ildir təqaüdə çıxmışam. Heç bilmirəm nədən, kimdən bəhs edirsiniz. Biz elə bir işçi ilə çalışmamışıq”.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

Ankara və İrəvan Gümrü–Qars elektrik xəttinin işə salınmasına hazırlıq görür

Ankara və İrəvan Gümrü–Qars elektrik xəttinin işə salınmasına hazırlıq görür

Lənkəranda yol qəzası iki kəndi işıqsız qoydu - FOTO

Lənkəranda yol qəzası iki kəndi işıqsız qoydu - FOTO

ABŞ-dan Kiyevdəki səfirliklə bağlı QƏRAR

ABŞ-dan Kiyevdəki səfirliklə bağlı QƏRAR

İtaliya - Türkiyə matçının heyətləri AÇIQLANDI

İtaliya - Türkiyə matçının heyətləri AÇIQLANDI

Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü

Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü

Nazir nigeriyalı həmkarı ilə ölkələrarası münasibətləri MÜZAKİRƏ ETDİ

Nazir nigeriyalı həmkarı ilə ölkələrarası münasibətləri MÜZAKİRƏ ETDİ

Şagird sinif yoldaşını öldürdü: Bakıdakı qətlin YENİ TƏFƏRRÜATLARI

Şagird sinif yoldaşını öldürdü: Bakıdakı qətlin YENİ TƏFƏRRÜATLARI

Prezidentin sosial media hesabında dünya çempionatının açılış mərasimindən VİDEOÇARX paylaşıldı

Prezidentin sosial media hesabında dünya çempionatının açılış mərasimindən VİDEOÇARX paylaşıldı

SON DƏQİQƏ: Polkovnik Əflatun Məmmədov həbs olundu - ÖZƏL

SON DƏQİQƏ: Polkovnik Əflatun Məmmədov həbs olundu - ÖZƏL

Çalhanoğlu geri dönür

Çalhanoğlu geri dönür

29 yaşlı gənc boğazından bıçaqlandı - Şübhəli atasıdır

29 yaşlı gənc boğazından bıçaqlandı - Şübhəli atasıdır

Tramp benzin qiymətlərinin artmasında Ukrayna və demokratları GÜNAHLANDIRDI

Tramp benzin qiymətlərinin artmasında Ukrayna və demokratları GÜNAHLANDIRDI

“Barselona”dan ayrıla bilər

“Barselona”dan ayrıla bilər

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan-ABŞ strateji tərəfdaşlığını müzakirə etdilər

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan-ABŞ strateji tərəfdaşlığını müzakirə etdilər

Pezeşkian Mirzoyanla TRIPP layihəsini müzakirə etdi

Pezeşkian Mirzoyanla TRIPP layihəsini müzakirə etdi

İsrail ordusu Suriya sərhədini keçərək Dəməşq yaxınlığında binanı partlatdı - FOTO

İsrail ordusu Suriya sərhədini keçərək Dəməşq yaxınlığında binanı partlatdı - FOTO

Bu məktəbə xanım direktor təyin olundu

Bu məktəbə xanım direktor təyin olundu

Hansı alkoqol ürək üçün daha təhlükəlidir? – Bunlardan UZAQ DURUN

Hansı alkoqol ürək üçün daha təhlükəlidir? – Bunlardan UZAQ DURUN

Kirayə mənzil almaq istəyənlərin NƏZƏRİNƏ: Müraciətlər dayandırılır

Kirayə mənzil almaq istəyənlərin NƏZƏRİNƏ: Müraciətlər dayandırılır

Rzayi: “Tehran rəqibinə yeni sürprizlər hazırlayır”

Rzayi: “Tehran rəqibinə yeni sürprizlər hazırlayır”

Prezident dünya çempionu olan cüdoçunu təbrik etdi: “Bütün xalqımızı sevindirmisən” - FOTO

Prezident dünya çempionu olan cüdoçunu təbrik etdi: “Bütün xalqımızı sevindirmisən” - FOTO

Bu bürc üçün xəyalların gerçəkləşməsi dövrü BAŞLADI

Bu bürc üçün xəyalların gerçəkləşməsi dövrü BAŞLADI

Həm müqaviləsi uzanır, həm maaşı artır

Həm müqaviləsi uzanır, həm maaşı artır

End of content

No more pages to load

RADİO