Dünən həbs edilən Fidanı bu gün məhkəmə azad etdi- Foto

Dünən həbs edilən SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin qızının anası Fidan Abbasova bu gün sərbəst buraxılıb.

Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi belə qərar çıxarıb.

Yuxarı instansiya şikayəti dərhal icraata götürüb və həbs qərarının əsassız olduğunu elan edib.
Hakim Fidanın atası tərəfindən qəbul edilməyən azyaşlı övladının olmasını da nəzərə alaraq, həbsdən imtina edilməsini qanunauyğun sayıb. Nəticədə, Xətai Rayon Məhkəməsinin hakimi Aynur Abdullayevanın 15 saat əvvəl çıxardığı qərar ləğv edilib, Fidan Abbasova dərhal həbsdən azad olunub.

Fidanın hüquqlarının müdafiəsinə isə tanınmış vəkil Ceyhun Yusifov qoşulub. Məhkəmə sonrası açıqlama verən vəkil ittihamı onsuz da qəbul etmədiklərini, şikayətlərinin qəbul ediləcəyinə inandıqlarını bildirib:
 

“Əsas şikayətçi Orxan İsmayılzadə iddia edir ki, Fidan 9 il əvvəl ondan hədə-qorxu ilə 200 min manat alıb. Əgər belə hal olubsa, niyə 9 il ərzində bununla bağlı müraciət etməyib? Niyə məhz atalıqla bağlı məhkəmə qərarından sonra bu iddia ortaya çıxıb? Bu qədər ziddiyyətli və sübuta yetirilməmiş iddia əsasında şəxsin həbs olunması doğru deyildi. Nəticə etibarilə məhkəmə də yekunda bizim mövqeyimizi əsaslı saydı. Fidan bir gecəlik həbsdən sonra övladının yanına qayıdır. Şübhəsiz ki, ədalət hər zaman yerini tapır”.


Qeyd edək ki, Fidan Abbasova ilə İsmayılovlar ailəsi arasında uzun illərdir məhkəmə çəkişməsi davam edir. Məsələ ondan ibarətdir ki, Fidan Abbasova ilə Orxan İsmayılzadə bir müddət münasibətdə olublar və həmin münasibət dövründə bir uşaq dünyaya gəlib. Lakin O.İsmayılzadə uşağı qəbul etmir və səbəbi tibbi cəhətdən ata olmasının mümkün olmadığını iddia etməsi ilə əsaslandırır.

Buna baxmayaraq, həm birinci instansiya, həm də apellyasiya məhkəməsi təqdim olunan sübutlar əsasında uşağın atasının Orxan İsmayılzadə olduğunu təsdiqləyib. Bununla bağlı son məhkəmə qərarı elə bir neçə gün əvvəl elan olunub.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

Ankara və İrəvan Gümrü–Qars elektrik xəttinin işə salınmasına hazırlıq görür

Ankara və İrəvan Gümrü–Qars elektrik xəttinin işə salınmasına hazırlıq görür

Lənkəranda yol qəzası iki kəndi işıqsız qoydu - FOTO

Lənkəranda yol qəzası iki kəndi işıqsız qoydu - FOTO

ABŞ-dan Kiyevdəki səfirliklə bağlı QƏRAR

ABŞ-dan Kiyevdəki səfirliklə bağlı QƏRAR

İtaliya - Türkiyə matçının heyətləri AÇIQLANDI

İtaliya - Türkiyə matçının heyətləri AÇIQLANDI

Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü

Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü

Nazir nigeriyalı həmkarı ilə ölkələrarası münasibətləri MÜZAKİRƏ ETDİ

Nazir nigeriyalı həmkarı ilə ölkələrarası münasibətləri MÜZAKİRƏ ETDİ

Şagird sinif yoldaşını öldürdü: Bakıdakı qətlin YENİ TƏFƏRRÜATLARI

Şagird sinif yoldaşını öldürdü: Bakıdakı qətlin YENİ TƏFƏRRÜATLARI

Prezidentin sosial media hesabında dünya çempionatının açılış mərasimindən VİDEOÇARX paylaşıldı

Prezidentin sosial media hesabında dünya çempionatının açılış mərasimindən VİDEOÇARX paylaşıldı

SON DƏQİQƏ: Polkovnik Əflatun Məmmədov həbs olundu - ÖZƏL

SON DƏQİQƏ: Polkovnik Əflatun Məmmədov həbs olundu - ÖZƏL

Çalhanoğlu geri dönür

Çalhanoğlu geri dönür

29 yaşlı gənc boğazından bıçaqlandı - Şübhəli atasıdır

29 yaşlı gənc boğazından bıçaqlandı - Şübhəli atasıdır

Tramp benzin qiymətlərinin artmasında Ukrayna və demokratları GÜNAHLANDIRDI

Tramp benzin qiymətlərinin artmasında Ukrayna və demokratları GÜNAHLANDIRDI

“Barselona”dan ayrıla bilər

“Barselona”dan ayrıla bilər

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan-ABŞ strateji tərəfdaşlığını müzakirə etdilər

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan-ABŞ strateji tərəfdaşlığını müzakirə etdilər

Pezeşkian Mirzoyanla TRIPP layihəsini müzakirə etdi

Pezeşkian Mirzoyanla TRIPP layihəsini müzakirə etdi

İsrail ordusu Suriya sərhədini keçərək Dəməşq yaxınlığında binanı partlatdı - FOTO

İsrail ordusu Suriya sərhədini keçərək Dəməşq yaxınlığında binanı partlatdı - FOTO

Bu məktəbə xanım direktor təyin olundu

Bu məktəbə xanım direktor təyin olundu

Hansı alkoqol ürək üçün daha təhlükəlidir? – Bunlardan UZAQ DURUN

Hansı alkoqol ürək üçün daha təhlükəlidir? – Bunlardan UZAQ DURUN

Kirayə mənzil almaq istəyənlərin NƏZƏRİNƏ: Müraciətlər dayandırılır

Kirayə mənzil almaq istəyənlərin NƏZƏRİNƏ: Müraciətlər dayandırılır

Rzayi: “Tehran rəqibinə yeni sürprizlər hazırlayır”

Rzayi: “Tehran rəqibinə yeni sürprizlər hazırlayır”

Prezident dünya çempionu olan cüdoçunu təbrik etdi: “Bütün xalqımızı sevindirmisən” - FOTO

Prezident dünya çempionu olan cüdoçunu təbrik etdi: “Bütün xalqımızı sevindirmisən” - FOTO

Bu bürc üçün xəyalların gerçəkləşməsi dövrü BAŞLADI

Bu bürc üçün xəyalların gerçəkləşməsi dövrü BAŞLADI

Həm müqaviləsi uzanır, həm maaşı artır

Həm müqaviləsi uzanır, həm maaşı artır

End of content

No more pages to load

RADİO