“Şirməmməd Hüseynov mükafatı” səfirə təqdim olundu -xa0FOTO

Bu gün Mətbuat Şurasında "Şirməmməd Hüseynov Mükafatı"nın təqdimat mərasimi olub. 
 
Tədbirdə Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev, Mətbuat Şurasının sədri Rəşad Məcid, mərhum alim, görkəmli mətbuat tədqiqatçısı Şirməmməd Hüseynovun həyat yoldaşı Ülkər xanım, Parlament Jurnalistlər Birliyinin rəhbəri Elşad Eyvazlı, millət vəkilləri Aqil Abbas, Vüqar İskəndərov və media təmsilçiləri iştirak ediblər. 
 
Tədbiri Mətbuat Şurasının sədri Rəşad Məcid giriş nitqi ilə açaraq, Şirməmməd Hüseynovun Azərbaycan mətbuatındakı xidmətlərindən və onun adına təsis edilmiş mükafatın önəmindən danışıb.

O çıxış üçün sözü Şirməmməd Hüseynovun həyat yoldaşı Ülkər Hüseynovaya verib. "Şirməmməd Hüseynovla bağlı mükafatın təsis edilməsi məni sevindirir. Şadam ki, Şirməmməd müəllimin tələbələri onun adını yaşatmaq üçün çalışırlar",- Ülkər xanım söyləyib.
 
Parlament Jurnalistlər Birliyinin sədri, Əməkdar jurnalist Elşad Eyvazlı Şirməmməd Hüseynovun jurnalistlərin sevimli müəllimi olduğunu, onun ölkəmiz üçün böyük işlərə imza atdığını bildirib. 
 
Elşad Eyvazlı, həmçinin səfir Vilayət Quliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, diplomatiyamızın uğuru, tarix və ədəbiyyatın araşdırılması sahəsindəki xidmətlərindən söz açıb. PJB sədri vurğulayıb ki, fəaliyyəti dövründə böyük əmək sərf edən V.Quliyev ciddi nailiyyətlər qazanıb, Azərbaycan dövlətçiliyinə, tarixinə və mənəvi dəyərlərin qorunmasına misilsiz töhfələr verib.
 
"Vilayət Quliyevin həm xarici işlər naziri, həm səfir, həm də tədqiqatçı alim kimi fəaliyyəti, xüsusilə də Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, qurucuları barədə araşdırmaları ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan o, Azərbaycan dövləti və xalqı qarşısında göstərdiyi xidmətlərə görə, Şirməmməd Hüseynov mükafatına layiq görülüb", - deyə Elşad Eyvazlı əlavə edib.

O, daha sonra "Şirməmməd Hüseynov mükafatı"nı Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyevə təqdim edib.
 
Səfir Vilayət Quliyev mükafata görə təşəkkürünü bildirib: "Azərbaycanda dövlət mükafatları da daxil olmaqla bir çox mükafata layiq görülmüşəm. Ancaq mənim üçün bu mükafatın yeri ayrıdır. Hamımız Şirməmməd müəllimin tələbəsiyik. O, yazılarımla maraqlanırdı. Bir dəfə görüşəndə mənim yazımdan bəhs etdi. Dedim ki, vaxtınızı ayırıb, cızma-qaralarıma baxdığınıza görə  təşəkkür edirəm. O isə bildirib ki, "özünü aşağı tutma, sən alimsən".  Mən Polşada Azərbaycan mühacirətini tədqiq etmişdim. Məndə hər zaman istək olub ki, öyrəniləcək məsələləri tədqiq edim. Mükafatlandırmanın olması insana özünü yaxşı hiss etdirir. Çünki bilirsən ki, əməyin boşa getmir, onu dəyərləndirənlər var. Buna görə təşəkkür edirəm, minnətdarlığımı bildirirəm",- səfir deyib. 
 
Daha sonra deputatlar Aqil Abbas və Vüqar İsgəndərov çıxış edərək Vilayət Quliyevin yaradıcılığından danışıblar. Onlar belə bir mükafatın ərsəyə gətirilməsinə görə, PJB sədri Elşad Eyvazlıya təşəkkür ediblər.
 
Əməkdar jurnalist Akif Aşırlı isə qeyd edib ki, Şirməmməd müəllimin Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı tədqiqatları misilsizdir: "Onun adına belə mükafatın təsis edilməsi çox yaxşı haldır. Buna görə Parlament Jurnalistlər Birliyinin rəhbəri Elşad Eyvazlıya təşəkkür edirəm. Vilayət müəllimin yazıları olduqca mühümdür. Bu mükafatın ona verilməsi düzgün qərardır".

Yekunda Parlament Jurnalistlər Birliyinin üzvü Aqil Camal mükafatla bağlı təşkil olunan səsverməyə aydınlıq gətirib. O bildirib ki, səsvermə 50-60 jurnalist arasında keçirilib.

Qeyd edək ki, “Şirməmməd Hüseynov mükafatı” ilə bağlı qərarı Parlament Jurnalistləri Birliyinin İdarə Heyəti 12 noyabr 2019-cu il tarixində qəbul edib. Əsasnamədə qeyd olunub ki, “Şirməmməd Hüseynov mükafatı”nın məqsədi jurnalistika sahəsində xidmətləri olan şəxslərin fəaliyyətini dəyərləndirmək, jurnalistikanın cəmiyyət həyatındakı rolunun artırılmasını stimullaşdırmaqdan ibarətdir.

“Şirməmməd Hüseynov mükafatı” fəaliyyəti və yaradıcılığı ilə jurnalistikanın inkişafında yüksək xidmətləri olmuş, jurnalistikanın tədrisi sahəsində mühüm nailiyyətlər əldə etmiş şəxslərə, peşə prinsiplərinə riayət etməsi ilə fərqlənən jurnalistlərə, ziyalılara verilir.

Təsisçilərin bildirdiyi kimi, mükafat yalnız ölkəmizin hüdudlarını əhatə etməyəcək. Azərbaycanın milli və dövlət maraqlarını beynəlxalq aləmdə layiqincə təmsil edən əcnəbi vətəndaşlar, görkəmli elm xadimləri, tarixi araşdırmaçı və tədqiqatçılar, Azərbaycanın ictimai-ədəbi mühitində nüfuz qazanmış şəxslər, tanınmış mədəniyyət və incəsənət xadimləri də mükafatı qazanmaq üçün namizəd ola bilərlər. Bu mükafatı Azərbaycan dövləti və xalqı qarşısında göstərilmiş xidmətlərin qarşılığında qazanmaq mümkündür.

(Modern.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

KEÇİD BALLARI belə müəyyən olunur - RƏSMİ

KEÇİD BALLARI belə müəyyən olunur - RƏSMİ

Qazaxıstanlıların Yaxın Şərqə səfəri QADAĞAN oluna bilər

Qazaxıstanlıların Yaxın Şərqə səfəri QADAĞAN oluna bilər

Bölgələrdə bir samovar çayının qiyməti 50 manata yüksəldi - VİDEO

Bölgələrdə bir samovar çayının qiyməti 50 manata yüksəldi - VİDEO

Livan və İsrail arasında atəşkəs rejimi UZADILDI

Livan və İsrail arasında atəşkəs rejimi UZADILDI

İranlı generaldan qəribə bəyanat: "Güc mənbəyimiz imandır"

İranlı generaldan qəribə bəyanat: "Güc mənbəyimiz imandır"

BMT-dən İsrailə sərt ittiham: Sülhməramlılara maneələr törədir

BMT-dən İsrailə sərt ittiham: Sülhməramlılara maneələr törədir

Müalicə effekt vermir: Elcana nə olub? – FOTO

Müalicə effekt vermir: Elcana nə olub? – FOTO

Prezidentin Qazaxıstana səfəri başa çatdı - VİDEO

Prezidentin Qazaxıstana səfəri başa çatdı - VİDEO

Müşfiqin Atatürkə yazdığı şeir tapıldı – FOTO

Müşfiqin Atatürkə yazdığı şeir tapıldı – FOTO

Ankarada Azərbaycanın Müstəqillik Gününə həsr olunan tədbir keçirildi - FOTO

Ankarada Azərbaycanın Müstəqillik Gününə həsr olunan tədbir keçirildi - FOTO

ABŞ-da yeniyetmələr daha AZ YATIR - yeni araşdırmanın nəticələri

ABŞ-da yeniyetmələr daha AZ YATIR - yeni araşdırmanın nəticələri

Şəkidə minik avtomobili yanıb

Şəkidə minik avtomobili yanıb

Sumqayıtda 41 yaşlı biznesmenin meyiti tapıldı

Sumqayıtda 41 yaşlı biznesmenin meyiti tapıldı

Süni intellekt sizi işdə əvəz edə bilərmi? - ARAŞDIRMA

Süni intellekt sizi işdə əvəz edə bilərmi? - ARAŞDIRMA

“Araz Naxçıvan” “Kəpəz”ə qalib gəldi – VİDEO

“Araz Naxçıvan” “Kəpəz”ə qalib gəldi – VİDEO

Cabir İmanovun oğlunun görüntüsü YAYILDI - FOTO

Cabir İmanovun oğlunun görüntüsü YAYILDI - FOTO

Prezidentin bugünkü Qazaxıstan səfərindən VİDEOÇARX

Prezidentin bugünkü Qazaxıstan səfərindən VİDEOÇARX

Pezeşkian Firvosinin "Şahnamə"sindən sitat gətirdi: "İran olmasa..." - FOTO

Pezeşkian Firvosinin "Şahnamə"sindən sitat gətirdi: "İran olmasa..." - FOTO

Trampın Kiyevə raket zərbəsinə REAKSİYASI: "Rüsvayçılıqdır!"

Trampın Kiyevə raket zərbəsinə REAKSİYASI: "Rüsvayçılıqdır!"

Azərbaycanda pensiyalarla bağlı YENİLİK

Azərbaycanda pensiyalarla bağlı YENİLİK

Netanyahu rəsmi ETİRAF ETDİ: "İsrail Qəzza zolağının 60 faizinə nəzarət edir"

Netanyahu rəsmi ETİRAF ETDİ: "İsrail Qəzza zolağının 60 faizinə nəzarət edir"

Laynerdə hantavirusa yoluxan əcnəbilər KARANTİNƏ alınacaqlar

Laynerdə hantavirusa yoluxan əcnəbilər KARANTİNƏ alınacaqlar

Xalq artisti Şuşaya gedə bilmədi - FOTO

Xalq artisti Şuşaya gedə bilmədi - FOTO

Trampdan İranda qızlar məktəbinə edilən hücum soruşuldu - VİDEO

Trampdan İranda qızlar məktəbinə edilən hücum soruşuldu - VİDEO

End of content

No more pages to load

RADİO