ABŞ Prezidenti Donald Tramp mayın15-i verdiyi açıqlamada ehtimal edib ki, Rusiyanın Kiyevdə 24 nəfərin ölümü ilə nəticələnən yaşayış binasına raket zərbəsi Mosvkanın Ukraynadakı müharibəsini sülh yolu ilə nizamlanması üzrə axtarış səylərini boşa çıxara bilər.
Bizim.Media xəbər verir ki, bu barədə "Reuters" xəbər verir.
Çindən geriyə qayıdarkən təyyarə göyərtəsində jurnalistlərlə söhbəti zamanı, Tramp Rusiya-Ukrayna savaşını indiyədək "mənasız qanlı qırğın" adlandırdığını deyib.
O bu münaqişəni Çin sədri Si Cinpin ilə müzakirə etdiyini və hər iki liderin hərbi əməliyyatların dayandırılmasını istədiklərini bildirib.
"Biz bu məsələnin həll olunmasını istərdik. Dünyada dünən axşama qədər hər şey yaxşı görünürdü, lakin keçən gecə onlar (ukraynalılar-red.) ağır zərbə aldılar. Deməli, bu (müharibənin bitməsi-red.) baş verəcək. Amma bu, rüsvayçılıqdır", – deyə Rusiyanın hücumunu nəzərdə tutan Tramp qeyd edib.
Bizim.Media