“WUF13 üçün 150-dən çox ölkədən 25 minə yaxın şəxs qeydiyyatdan keçib”.
Bizim.Media xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov "İctimai proseslər media müstəvisində" mövzusunda III Forumun açılış mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycanda şəhərsalma modeli köhnə modeldən çıxıb:
"Ağıllı şəhər və kənd konsepsiyalar həyata keçirilir. Şəhər landşaftının formalaşması, yaşıl zonanın artırılması müasir çağırışlara cavab verir. Azərbaycanın qabaqcıl şəhərsalma modeli dünyada da tanınır. 25 minə yaxın iştirakçının qeydiyyatdan keçməsi ölkəmizdə keçiriləcək bu foruma olan diqqətin göstəricisidir”, - deyə o bildirib.
Naibə Məmmədova, Vüqar Ağayev, Bizim.Media