Sürücülərin DİQQƏTİNƏ: Mayın 1-də saat 10:00–16:00 aralığında...

Mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) çərçivəsində nəqliyyat axınının təhlükəsiz və səmərəli idarə olunmasını təmin etmək məqsədilə WUF13 Azərbaycan Əməliyyat Şirkəti və aidiyyəti qurumların birgə təşkilatçılığı ilə nəqliyyat vasitələrinin hərəkətinin növbəti monitorinqi həyata keçiriləcək.

Monitorinq çərçivəsində sabah - mayın 1-də saat 10:00–16:00 aralığında Bakı şəhərinin bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkəti üzrə müvəqqəti tənzimləmələr tətbiq olunacaq.

Bizim.Media xəbər verir ki, monitorinq Neftçilər prospekti, Yusif Səfərov küçəsi, qismən Heydər Əliyev prospekti (Sabunçu körpüsünə qədər), Mehdi Hüseyn küçəsi, Xocalı prospekti, Rixard Zorge küçəsi, Zərifə Əliyeva küçəsi, Lermontov küçəsi eləcə də tədbir məkanı olan Bakı Olimpiya Stadionu istiqamətlərini əhatə edəcək.
 

Sürücülərdən və digər yol hərəkəti iştirakçılarından göstərilən tarixdə hərəkətlərini əvvəlcədən planlaşdırmaları, qeyd olunan istiqamətlər üzrə mümkün sıxlığı nəzərə almaları və alternativ yollardan istifadə etmələri xahiş olunur.


Heydər Əliyev Beynəlxalq Aeroportu ilə şəhər mərkəzi arasında hərəkət edən H1 ekspres avtobus marşrutu fəaliyyətini normal və fasiləsiz şəkildə davam etdirəcək.

Eyni zamanda, bu müddət ərzində fərdi nəqliyyat vasitələri və taksilər hava limanı ərazisinə alternativ yollar vasitəsilə sərbəst daxil ola və çıxa biləcəklər.

Gecikmələrin qarşısını almaq məqsədilə səfərlərin öncədən planlaşdırılması tövsiyə olunur.

WUF13 öncəsi keçirilən nəqliyyat vasitələrinin hərəkətinin monitorinqi son on il ərzində Azərbaycanda keçirilən bir sıra qlobal tədbirlərə hazırlıq çərçivəsində də tətbiq olunub və uğurla həyata keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DYP-dən nasaz avtomobillərlə bağlı sürücülərə MÜRACİƏT

DYP-dən nasaz avtomobillərlə bağlı sürücülərə MÜRACİƏT

Ərdoğan Antalyada SpaceX rəhbərləri ilə görüşdü

Ərdoğan Antalyada SpaceX rəhbərləri ilə görüşdü

Bəzi rayonlara yağış yağıb - FAKTİKİ HAVA

Bəzi rayonlara yağış yağıb - FAKTİKİ HAVA

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Təhsil krediti verilən tələbələrin SAYI AÇIQLANDI

Təhsil krediti verilən tələbələrin SAYI AÇIQLANDI

Vensin arvadı körpəsi ilə yıxılmaqdan son anda xilas oldu - Video

Vensin arvadı körpəsi ilə yıxılmaqdan son anda xilas oldu - Video

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Dünya çempionatı: Hidayət Heydərov və daha iki cüdoçumuz mübarizəyə başlayır

Dünya çempionatı: Hidayət Heydərov və daha iki cüdoçumuz mübarizəyə başlayır

Qaxda AĞIR QƏZA – Ölən və yaralılar var

Qaxda AĞIR QƏZA – Ölən və yaralılar var

ŞOK: “The New York Times” qəzeti bağlanacaq? – Trampdan açıqlama

ŞOK: “The New York Times” qəzeti bağlanacaq? – Trampdan açıqlama

Dünya bazarında qızıl ucuzlaşdı

Dünya bazarında qızıl ucuzlaşdı

Britaniyada dizel yanacağı bahalaşdı - Məktəb avtobusları işləməyəcək?

Britaniyada dizel yanacağı bahalaşdı - Məktəb avtobusları işləməyəcək?

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Millətlər Liqası: Fransa Belçikanı məğlub etdi – VİDEO

Millətlər Liqası: Fransa Belçikanı məğlub etdi – VİDEO

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB – VİDEO

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB – VİDEO

Altı il öncə bu gün – 6 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 6 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Bu vətəndaşların kredit borcu silinəcək

Bu vətəndaşların kredit borcu silinəcək

“Bu avtomobil yolu Zəngəzur dəhlizinin alternatividir”

“Bu avtomobil yolu Zəngəzur dəhlizinin alternatividir”

Paytaxtın bəzi əraziləri işıqsız qalacaq – ÜNVANLAR

Paytaxtın bəzi əraziləri işıqsız qalacaq – ÜNVANLAR

YAP tarixində yeni mərhələni diktə edən çağırışlar

YAP tarixində yeni mərhələni diktə edən çağırışlar

Radiatorların qarşısını pərdə ilə tutmaq olmaz – Ustalardan XƏBƏRDARLIQ

Radiatorların qarşısını pərdə ilə tutmaq olmaz – Ustalardan XƏBƏRDARLIQ

Qazaxda yeniyetmələr arasında mübahisə qanla nəticələndi

Qazaxda yeniyetmələr arasında mübahisə qanla nəticələndi

Tovuzda ata oğlunun boğazını bıçaqladı

Tovuzda ata oğlunun boğazını bıçaqladı

Vətən müharibəsinin xronikası: 6 oktyabr – VİDEO

Vətən müharibəsinin xronikası: 6 oktyabr – VİDEO

End of content

No more pages to load

RADİO