Neftdən hazırlanan qidalar: çörək, şokolad, çipsi...

Hamımız neftin əsasən yanacaq sənayesində istifadə olunmasından məlumatlıyıq. Lakin bu xammal müxtəlif məişət əşyaları və hətta qida məhsulları istehsal etmək üçün də istifadə olunur.

Bizim.Media “Axar.az”a istinadla neftdən hazırlanan və sizi təəccübləndirəcək qida və digər məhsulların siyahısını təqdim edir.

Təsəvvür etmək çətindir, amma neft-kimya sənayesi qida məhsullarında geniş şəkildə istifadə olunur.

Hər kəsin tanıdığı və kulinariyada istifadə etdiyi boyalar, qatılaşdırıcılar, ətirləndiricilər və digər qida əlavələri karbohidrogen emalının nəticəsidir. Məsələn, nəfəsi təravətləndirmək üçün nəzərdə tutulan saqqız neft məhsullarından hazırlanır. Saqqızın çeynəmə əsasını neft polimer qatranları, polietilen və parafin təşkil edir.

Konfet, marmelad, şokalad və digər parlaq, rəngli görünüşlərdə olan şirniyyatlarda da neft izləri var. Məsələn, bu məhsullarda Allura Red AC adlı boya, E129 və ya qoruyucu E211 natrium benzoatdan istifadə olunur.

Vanil kremi, vanil lattesi, vanil dondurması, tortlar və şirniyyatlar - bunların hamısı vanilindən hazırlanır. Vanil isə öz növbəsində aromatik karbohidrogen benzoldan hazırlanır.

20-ci əsrin ortalarında amerikalı alimlər bitki və heyvan yağlarına alternativ olan super qida — sıfır kalorili sintetik yağ olestrası hazırlayıblar. İstehsalçılar onu adətən kökəltməyə meyilli olan çipslərə və digər qəlyanaltılara əlavə edirlər. Olestra neftdən istehsal olunan mineral yağdan hazırlanır, ona görə də xarab olmur.

Süni ət bu gün heç kəsi təəccübləndirmir.

ABŞ-da sintetik ət məhsullarının istehsalı üzrə ilk təcrübələr 1990-cı illərdə başlamışdısa, Rusiyada karbohidrogenlərdən zülal istehsalı sahəsində inkişaflar 1960-cı illərdə başlayıb. Bu prosesdə maya biokütləsi yetişdirmək üçün parafin adlı neft məhsulundan istifadə edilir.

Göbələk mikroorqanizmləri parafini udduqda zəhərli olmayan bir protein istehsal edir və bu protein emaldan, filtrasiyadan və təmizlənmədən sonra nə dadı, nə də qoxusu olan vitamin-protein konsentratına - paprinə çevrilir. Bu günlərdə paprin kənd təsərrüfatı sahəsindən qida sənayesinə keçib. İstehsalçılar onu kolbasa üçün qiymə ətinə əlavə edirlər.

Bəzi məlumatlara görə, Almaniya müharibədən əvvəl çörək istehsalında neft məhsullarından istifadə edib. İstehsalat zamanı marqarin yağından istifadə olunduğu iddia olunur. Bu iddia SSRİ üçün də səsləndirilib. Bunun üçün əsaslar da var: 1970-ci illərdə SSRİ neft sərvətlərindən maksimum dərəcədə istifadə etməyə çalışıb və qara qızıldan təkcə benzin, rezin və digər yeyilməz şeylər deyil, həm də qida məhsulları çıxarmağın yollarını axtarıb. O dövrdə marqarin yağının tərkibində neft məhsullarından istifadə olunması barədə məqalələr də dərc olunub.

Əslində, belə bir ideya olsa da, layihənin heç vaxt həyata keçirilmədiyi deyilir. Neftdən marqarin istehsalı bahalı, texnoloji cəhətdən çətin olub.

Bir neçə məhsulun üzərində palma yağından istifadə olunduğu da qeyd olunur. Lakin palma yağının ərsəyə gətirilməsi olduqca bahalı bir proses olduğundan onun tərkibinin də neftdən alınan məhsullardan hazırlandığı iddia olunur.

Əczaçılıq sənayesi də neft komponentlərindən ən çox istifadə edən sahələrdən biridir. Məsələn, fenollar antibiotiklərin, antiseptiklərin, ağrıkəsicilərin, iltihab əleyhinə və qızdırmasalıcı dərmanların, aspirinin istehsalı üçün əsasdır.

Neftin tərkibində birbaşa spirtin olduğunu demək düzgün deyil. Lakin bu xammal emal zamanı yan məhsul qazlarını buraxır, bunlardan biri də etil spirti (etanol) istehsalı üçün törəmə olan etilendir.

Neft və təbii qazdan əldə olunan neft-kimya məhsulları 6000-dən çox gündəlik əşyada istifadə olunaraq yanacaq, kosmetika və məişət sahələrində geniş yer tutur. Zavodlarda xam neftlə yanaşı digər maye komponentlər və qatqılar da istifadə olunur, bu da son məhsulun həcmini və keyfiyyətini artırır.

Neftdən əldə olunan kimyəvi maddələr gündəlik həyatda otaq ətirləri, vazelin (petroleum jelesi), ətir, təraş kremi, diş pastasında istifadə olunur.

Diş məcunlarında və təraş kremlərində polietilen qlikol kimi neft törəmələri tekstura və funksionallıq üçün əlavə olunur. Ətir və otaq spreylərində sintetik aromatik maddələr, boya istehsalında plastik əsaslı komponentlər, bəzi dərmanlarda isə qoruyucu örtüklər neft mənşəli maddələrdən hazırlanır. Vazelin kimi geniş istifadə olunan məhsullar da xam neftin emalı nəticəsində əldə edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ələt dəmir yolu stansiyasında yollar yenilənir - VİDEO

Ələt dəmir yolu stansiyasında yollar yenilənir - VİDEO

Trampdan Britaniya kralına: “Biz olmasaydıq, indi hamınız alman dilində danışırdınız” - VİDEO

Trampdan Britaniya kralına: “Biz olmasaydıq, indi hamınız alman dilində danışırdınız” - VİDEO

Saakaşvili müxalifətin bir hissəsini real mübarizə aparmamaqda ittiham etdi

Saakaşvili müxalifətin bir hissəsini real mübarizə aparmamaqda ittiham etdi

Qeydiyyatdan keçən abituriyentlərin SAYI BİLİNDİ

Qeydiyyatdan keçən abituriyentlərin SAYI BİLİNDİ

Pentaqon və Google arasında kritik süni intellekt sazişi

Pentaqon və Google arasında kritik süni intellekt sazişi

Türkiyədən İsrailin ələ keçirdiyi “Sumud Donanması” ilə bağlı xəbərə REAKSİYA - FOTO

Türkiyədən İsrailin ələ keçirdiyi “Sumud Donanması” ilə bağlı xəbərə REAKSİYA - FOTO

Ukraynadan Perm şəhərinə DRON HÜCUMU - VİDEO

Ukraynadan Perm şəhərinə DRON HÜCUMU - VİDEO

“Arvadla doğuşa girən kişi nəyə lazım?” – Rəşid Mahmudov gənc ataları “TOPA TUTDU”

“Arvadla doğuşa girən kişi nəyə lazım?” – Rəşid Mahmudov gənc ataları “TOPA TUTDU”

İsrail “Sumud Donanması”nın gəmilərini ələ keçirdi – VİDEO

İsrail “Sumud Donanması”nın gəmilərini ələ keçirdi – VİDEO

Qəbul imtahanına qeydiyyat başa çatdı

Qəbul imtahanına qeydiyyat başa çatdı

Ermənistandan dəvət gəldi: Ərdoğan İrəvana gedəcək?

Ermənistandan dəvət gəldi: Ərdoğan İrəvana gedəcək?

"TikTok"da 181 nəfəri aldadan “şirkət rəhbəri” ilə bağlı qərar verildi

"TikTok"da 181 nəfəri aldadan “şirkət rəhbəri” ilə bağlı qərar verildi

Rusiya Odessaya zərbə endirdi: 16 yaralı var – FOTO-VİDEO

Rusiya Odessaya zərbə endirdi: 16 yaralı var – FOTO-VİDEO

İtin paraşütlə tullanmağı trend oldu - VİDEO

İtin paraşütlə tullanmağı trend oldu - VİDEO

Dünyanın ən bahalı şəhəri seçildi

Dünyanın ən bahalı şəhəri seçildi

Tramp: “Putin çoxdan razılaşma əldə etməyə hazır idi” – VİDEO

Tramp: “Putin çoxdan razılaşma əldə etməyə hazır idi” – VİDEO

Əməkhaqqı sistemi DƏYİŞİR – Bu şəxslərin maaşı ARTACAQ – FOTO

Əməkhaqqı sistemi DƏYİŞİR – Bu şəxslərin maaşı ARTACAQ – FOTO

Masallıda ƏMƏLİYYAT: Saxlanılan var – FOTO- VİDEO

Masallıda ƏMƏLİYYAT: Saxlanılan var – FOTO- VİDEO

Bakıda ərzaq məhsullarının topdansatış mağazası bağlandı – FOTO/VİDEO

Bakıda ərzaq məhsullarının topdansatış mağazası bağlandı – FOTO/VİDEO

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

Həmin hərbçilərin yeməkləri müzakirə yaratdı - Fotolar

Həmin hərbçilərin yeməkləri müzakirə yaratdı - Fotolar

Trampın elan etdiyi yeni hərbi gəminin dəyəri 17 milyard dolları keçəcək

Trampın elan etdiyi yeni hərbi gəminin dəyəri 17 milyard dolları keçəcək

Ötən gün dünyada nələr baş verib? – XRONİKA

Ötən gün dünyada nələr baş verib? – XRONİKA

ABŞ İranın 450 milyon dollarlıq kriptovalyutasını ələ keçirdi

ABŞ İranın 450 milyon dollarlıq kriptovalyutasını ələ keçirdi

End of content

No more pages to load

RADİO