Küçədə, ictimai nəqliyyatda öz-özünə danışmaq... – Hansı psixoloji problemin XƏBƏRÇİSİDİR?

Küçədə, ictimai nəqliyyatda və ya iş mühitində öz-özünə danışan insanlara rast gəlirik. Bəzən insanlar hətta emosiyalarına hakim çıxa bilməyərək bu nitqi jest və mimikalarla da bildirirlər.

Xüsusilə, stressli və ya qarışıq vəziyyətlərdə insanın fikirlərini səsli şəkildə ifadə etməsi onun vəziyyəti daha aydın dərk etməsinə şərait yaradır. Bəzi hallarda isə bu, insanın təkliyini kompensasiya etməsi və ya daxili gərginliyi azaltması üçün bir vasitəyə çevrilir.

Cəmiyyət isə çox vaxt bu davranışı yanlış qiymətləndirərək onu qəribə və ya anormal hesab edir.

Görəsən, insanlar niyə özləri ilə danışır və bu nə dərəcədə normal sayılır?  Ümumiyyətlə, öz-özü ilə danışmaq nəyin mesajıdır?

Mövzu ilə bağlı psixoloq Əfsanə Rüstəmova Bizim.Media-ya bidirib ki, insanların mütləq ehtiyaclarından biri də ünsiyyət ehtiyacıdır:

“Ünsiyyət sadəcə, bir tələbat yox, həm də insanların alternativ fikirlər yaratma vasitəsidir. Bəzən elə hadisələr yaşayırıq ki, biz həmin hadisələri bölüşəcək tərəf müqabili tapa bilmirik. Ya həmin hadisəni bizimlə eyni anda müşahidə etmiş, eyni resursa sahib olsun adam olmalıdır ki, onunla müzakirə edək, ya da həmin an kimsə uyğun olmaya bilər. Belə olan halda bizim daxili səsimiz köməkçimizə çevrilir. Bu köməkçi bizimlə onu müzakirə edərək hadisələrə alternativ baxışlar yaratmağı bizə öyrədir”.

Onun sözlərinə görə, adətən, insanlar özləri ilə danışanda dostcasına, dostlaşaraq, təsdiq formasında danışmır:

“İnsan özü ilə danışanda nisbətən daha aqressiv, özünə müxalif tərzdə danışır. Yəni “o niyə belə elədi”, “kaş, orada mən belə deyərdim”, “mən niyə susdum” və s. tipli monoloqdan ibarətdir.
 

Bu sanki eyni anda iki tərəfin də yerində olub hadisəyə baxış bucağımızı fərqli-fərqli rakurslardan görməyimizi təmin edir. Bu həm empati gücümüzün yaxşı olduğunu, həm təxəllüyümüzün yaxşı inkişaf elədiyinə gətirib çıxara bilir. Bu hal yaxşıdır, biz bundan istifadə edərək özümüz özümüzü yaxşı mənada terapiya etmiş oluruq. Amma burada kiçik məqam ola bilər, buna “şeytanı güclü olmaq” deyilir.


Yəni daxili səsimiz elə ola bilər ki, bizi yanlış rakursdan baxmağa və orada möhkəmlənməyə gətirib çıxara bilər. Bizim daxili dialoqları dəstəkləyimizin səbəbi odur ki, insanlar fərqli alternativlər görsünlər və orada onların düşüncəsi daha sağlama yönəlsin”.

Psixoloq bunun qorxulu olmadığını vurğulayıb:

“İnsanların öz-özünə danışması yaşadığı hadisələrin təsir gücünü azaltmaq üçün istifadə olunan metod kimi çox faydalıdır. Hətta bu edilməsi məsləhət görünən bir davranış tipidir. Burada riskli, qorxulu heç nə yoxdur. Təbii ki, bu, digər həyat göstəriciləri normal olan insanlara aiddir. Yəni normalda bu adamın heç bir psixoloji statatusu, heç bir xəstəliyi yoxdur və bunların fonunda adam öz-özünə danışırsa, bu sağlam bir şeydir”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DYP-dən nasaz avtomobillərlə bağlı sürücülərə MÜRACİƏT

DYP-dən nasaz avtomobillərlə bağlı sürücülərə MÜRACİƏT

Ərdoğan Antalyada SpaceX rəhbərləri ilə görüşdü

Ərdoğan Antalyada SpaceX rəhbərləri ilə görüşdü

Bəzi rayonlara yağış yağıb - FAKTİKİ HAVA

Bəzi rayonlara yağış yağıb - FAKTİKİ HAVA

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Təhsil krediti verilən tələbələrin SAYI AÇIQLANDI

Təhsil krediti verilən tələbələrin SAYI AÇIQLANDI

Vensin arvadı körpəsi ilə yıxılmaqdan son anda xilas oldu - Video

Vensin arvadı körpəsi ilə yıxılmaqdan son anda xilas oldu - Video

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Dünya çempionatı: Hidayət Heydərov və daha iki cüdoçumuz mübarizəyə başlayır

Dünya çempionatı: Hidayət Heydərov və daha iki cüdoçumuz mübarizəyə başlayır

Qaxda AĞIR QƏZA – Ölən və yaralılar var

Qaxda AĞIR QƏZA – Ölən və yaralılar var

ŞOK: “The New York Times” qəzeti bağlanacaq? – Trampdan açıqlama

ŞOK: “The New York Times” qəzeti bağlanacaq? – Trampdan açıqlama

Dünya bazarında qızıl ucuzlaşdı

Dünya bazarında qızıl ucuzlaşdı

Britaniyada dizel yanacağı bahalaşdı - Məktəb avtobusları işləməyəcək?

Britaniyada dizel yanacağı bahalaşdı - Məktəb avtobusları işləməyəcək?

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Millətlər Liqası: Fransa Belçikanı məğlub etdi – VİDEO

Millətlər Liqası: Fransa Belçikanı məğlub etdi – VİDEO

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB – VİDEO

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB – VİDEO

Altı il öncə bu gün – 6 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 6 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Bu vətəndaşların kredit borcu silinəcək

Bu vətəndaşların kredit borcu silinəcək

“Bu avtomobil yolu Zəngəzur dəhlizinin alternatividir”

“Bu avtomobil yolu Zəngəzur dəhlizinin alternatividir”

Paytaxtın bəzi əraziləri işıqsız qalacaq – ÜNVANLAR

Paytaxtın bəzi əraziləri işıqsız qalacaq – ÜNVANLAR

YAP tarixində yeni mərhələni diktə edən çağırışlar

YAP tarixində yeni mərhələni diktə edən çağırışlar

Radiatorların qarşısını pərdə ilə tutmaq olmaz – Ustalardan XƏBƏRDARLIQ

Radiatorların qarşısını pərdə ilə tutmaq olmaz – Ustalardan XƏBƏRDARLIQ

Qazaxda yeniyetmələr arasında mübahisə qanla nəticələndi

Qazaxda yeniyetmələr arasında mübahisə qanla nəticələndi

Tovuzda ata oğlunun boğazını bıçaqladı

Tovuzda ata oğlunun boğazını bıçaqladı

Vətən müharibəsinin xronikası: 6 oktyabr – VİDEO

Vətən müharibəsinin xronikası: 6 oktyabr – VİDEO

End of content

No more pages to load

RADİO