Azərbaycanda maaş sistemi dəyişir - YENİ MODEL

Azərbaycanda əməkhaqqı siyasəti yenidən müzakirə mövzusuna çevrilib. Rəsmi statistikaya görə, 2026-cı ilin ilk iki ayında ölkədə orta aylıq əməkhaqqı 1099 manat təşkil edib.

Lakin bu göstərici ilə minimum əməkhaqqı arasındakı fərq hələ də diqqət çəkir və sosial balans məsələsini gündəmə gətirir.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deputat Vüqar Bayramovun səsləndirdiyi rəqəmlər də göstərir ki, Azərbaycanda minimum əməkhaqqı orta aylıq əməkhaqqının cəmi 36.3 faizinə bərabərdir.

Halbuki beynəlxalq təcrübədə bu nisbət adətən 55-60 faiz civarında qəbul olunur və xüsusilə inkişaf etmiş ölkələrdə daha yüksək səviyyədə saxlanılır.

Son dəyişikliklərə əsasən, minimum əməkhaqqına artıq ildə ən azı bir dəfə yenidən baxılması nəzərdə tutulur ki, bu da prosesin daha sistemli xarakter alacağını göstərir. Bununla belə, əsas müzakirə mövzusu minimum əməkhaqqının hansı səviyyədə müəyyənləşdirilməli olduğu və onun orta əməkhaqqı ilə nisbətinin necə tənzimlənməsidir.

Bəs təklif olunan model – yəni minimum əməkhaqqının orta maaşa nisbətinin artırılması nə dərəcədə effektiv ola bilər?

Bu addım aşağı gəlirli əhalinin sosial rifahına real təsir göstərəcəkmi və minimum əməkhaqqı hansı həddə qədər yüksəldilməlidir?

Bizim.Media
xəbər verir ki, Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Musavat.com-a mövzu ilə bağlı fikirlərini bölüşüb:

“Vüqar Bayramovun dediyi yanaşma beynəlxalq praktikada “Kaitz indeksi” adlanır. Yəni minimum əməkhaqqı orta və ya median əməkhaqqına bağlanır ki, alıcılıq qabiliyyəti qorunsun və əmək bazarında kəskin disbalans yaranmasın. Hazırda Azərbaycanda 2026-cı il üçün minimum əməkhaqqı 400 manatdır.

Dövlət Statistika Komitəsinin son məlumatına görə ölkə üzrə orta aylıq əməkhaqqı təxminən 1020-1050 manat civarındadır. Deməli minimum əməkhaqqı orta əməkhaqqının təxminən 38-39 faizinə bərabərdir.

Avropa İttifaqı 2022-ci ildə direktiv qəbul etdi ki, üzv ölkələr minimum əməkhaqqını müəyyən edəndə orta əməkhaqqının 60 faizi və ya median əməkhaqqının 50 faizi göstəricisini istinad götürsünlər.

Beynəlxalq Əmək Təşkilatı da yoxsulluq həddini azaltmaq üçün 45-60 faiz aralığını tövsiyə edir. Bu məntiqlə Azərbaycanda minimum əməkhaqqı 1020 manatın 50-60 faizi, yəni 510-610 manat arasında olsa, beynəlxalq standarta yaxınlaşar.

Təklifin effekti bir neçə cür ola bilər. Müsbət tərəfi odur ki, aşağı maaşlı təbəqənin gəliri artır, istehlak canlanır, rəsmi məşğulluq stimullaşır, kölgə iqtisadiyyatı azalır. Çünki işəgötürən minimumu rəsmi göstərib qalanı “zərfdə” verməkdə maraqlı olmur. Həm də sosial bərabərsizlik bir az azalır”.

İqtisadçı məsələnin riskli tərəfindən də danışıb:

“Əgər minimum əməkhaqqı çox kəskin qaldırılsa və özəl sektorda məhsuldarlıq o qədər artmayıbsa, kiçik müəssisələr işçiləri ixtisar edə bilər və ya qiymətləri qaldırar. Bu da inflyasiyanı qızışdırar.

Xüsusilə regionlarda və kənd təsərrüfatında orta maaş Bakıdan aşağı olduğu üçün 600 manatlıq minimum bəzi müəssisələri bağlanmağa məcbur edə bilər. Büdcəyə də yük düşür, çünki dövlət sektorunda da maaşlar minimuma bağlı artır. Ona görə ən balanslı variant mərhələli artımdır.

Məsələn, indi 400 manatdırsa, gələn il 480-500 manata, sonra 550-580 manata qaldırmaq və orta əməkhaqqının 50 faizinə çatdırmaq. Belə olanda həm işəgötürən uyğunlaşa bilir, həm də alıcılıq qabiliyyəti qorunur.

Bir sözlə, Vüqar Bayramovun təklifi iqtisadi əsaslıdır və effekti ola bilər, amma artım birdən-birə yox, mərhələ ilə, region fərqləri və inflyasiya nəzərə alınmaqla getməlidir. Minimum əməkhaqqının 510-600 manat aralığı hədəf kimi normal görünür, lakin bunu 1 ilə yox, 2-3 ilə yaymaq daha təhlükəsizdir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Yorğunam, bir az yatım, keçər” deyənlərdənsiniz?!

"Yorğunam, bir az yatım, keçər” deyənlərdənsiniz?!

Qadınlar, yoxsa kişilər daha tez AŞİQ OLUR?

Qadınlar, yoxsa kişilər daha tez AŞİQ OLUR?

Konqoda Ebola xəstələri xəstəxanadan qaçırlar – Ac qaldıqlarına görə...

Konqoda Ebola xəstələri xəstəxanadan qaçırlar – Ac qaldıqlarına görə...

İyun 5 BÜRC üçün ən xoşbəxt ay olacaq

İyun 5 BÜRC üçün ən xoşbəxt ay olacaq

Nadir Qafarzadə ailəsi ilə istirahətdə - FOTO

Nadir Qafarzadə ailəsi ilə istirahətdə - FOTO

Starmer yaxın günlərdə istefa verə bilər - Times

Starmer yaxın günlərdə istefa verə bilər - Times

Bacısı Ronaldonun komanda yoldaşlarını sərt TƏNQİD ETDİ: “Nankorlar...”

Bacısı Ronaldonun komanda yoldaşlarını sərt TƏNQİD ETDİ: “Nankorlar...”

İngiltərədə iki qatar toqquşdu: Yaralananlar var - VİDEO

İngiltərədə iki qatar toqquşdu: Yaralananlar var - VİDEO

BMT kürsüsündən mühüm BƏYANAT: Azərbaycan yardım alan ölkədən donor ölkəyə çevrilib

BMT kürsüsündən mühüm BƏYANAT: Azərbaycan yardım alan ölkədən donor ölkəyə çevrilib

Trampdan Kubaya xəbərdarlıq: Venesueladakı ssenari təkrarlana bilər

Trampdan Kubaya xəbərdarlıq: Venesueladakı ssenari təkrarlana bilər

"Qayalı" marketdə biabırçılıq: Xarab məhsulu zibil qutusuna atıb, məsuliyyətdən qaçmaq istədilər! - VİDEO

"Qayalı" marketdə biabırçılıq: Xarab məhsulu zibil qutusuna atıb, məsuliyyətdən qaçmaq istədilər! - VİDEO

30 manat verməməyə görə evinizi itirə bilərsiniz - Açıqlama

30 manat verməməyə görə evinizi itirə bilərsiniz - Açıqlama

Norveçdə azərbaycanlılar üçün səyyar konsulluq xidməti - FOTO

Norveçdə azərbaycanlılar üçün səyyar konsulluq xidməti - FOTO

BMT Təhlükəsizlik Şurası Ukraynaya görə toplaşır

BMT Təhlükəsizlik Şurası Ukraynaya görə toplaşır

Kəlbəcərdə kişi tüfənglə özünü yaraladı

Kəlbəcərdə kişi tüfənglə özünü yaraladı

Bu, Ukraynadakı münaqişənin qarşısını ala bilərdi - Tramp

Bu, Ukraynadakı münaqişənin qarşısını ala bilərdi - Tramp

Azərbaycanda yumurtanın qiyməti 1 qəpiyə düşdü: Səbəb nədir?

Azərbaycanda yumurtanın qiyməti 1 qəpiyə düşdü: Səbəb nədir?

Əməkdar artist makiyajsız halını paylaşdı - VİDEO

Əməkdar artist makiyajsız halını paylaşdı - VİDEO

Qırğızstanlı qadının Bakıda çəkdiyi video marağa səbəb oldu - VİDEO

Qırğızstanlı qadının Bakıda çəkdiyi video marağa səbəb oldu - VİDEO

İstanbulda metro qatarının niyə relsdən çıxdığı MƏLUM OLDU

İstanbulda metro qatarının niyə relsdən çıxdığı MƏLUM OLDU

DÇ-2026: ABŞ - Avstraliya oyunu başladı - VİDEO

DÇ-2026: ABŞ - Avstraliya oyunu başladı - VİDEO

Şəkidə şəhid atası vəfat edib - FOTO

Şəkidə şəhid atası vəfat edib - FOTO

Polşa Prezidenti Zelenskini ölkənin ən ali mükafatından MƏHRUM ETDİ

Polşa Prezidenti Zelenskini ölkənin ən ali mükafatından MƏHRUM ETDİ

Naxçıvanda bədbəxt HADİSƏ

Naxçıvanda bədbəxt HADİSƏ

End of content

No more pages to load

RADİO