Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Bağbanlar qəsəbəsində baş verib.
1956 cı il təvəllüdlü Cavadov Şakirə məxsus yaşayış evində anidən alov başlayıb. Hadisə yerinə FHN-nin yanğınsöndürmə briqadasının avtomobilləri və canlı qüvvəsi cəlb olunub.
Ümumilikdə 228 kvadrat metr ərazisi olan evin 40 kvadrat metrində yanğın olub və yanğınsöndürənlərin köməkliyi alov söndürülüb.
Məqsəd Rəhimov, Bizim.Media , Qərb Bürosu