"Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) yenilənən Kürdəmir stansiyası vasitəsilə Bakı, Ucar, Ləki (Ağdaş), Yevlax, Goran (Goranboy), Gəncə, Dəllər (Şəmkir), Qovlar (Tovuz), Tovuz, Ağstafa və Qazaxa səyahət etmək mümkündür.
Bizim.Media xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Bildirilib ki, bunlarla yanaşı Kürdəmir Dəmiryol Stansiyasından hərəkət edən qatarlarla Şəki, Qax, Zaqatala və Balakən, eyni zamanda, Bərdə və Ağdama, həmçinin Ləkidən tranzitlə Qəbələyə də getmək mümkündür.
Bizim.Media