"Yeni Klinika"nın direktoru Barat Yusubovun vəzifəsindən azad edilməsi barədə rəsmi məlumat yoxdur.
Bizim.Media xəbər verir ki, bu barədə “trend.az”ın sorğusuna cavab olaraq klinikanın mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, B. Yusubov bu gün saat 17:30-a qədər iş başında olub. Rəsmi məlumat olduğu təqdirdə ictimaiyyətə açıqlama veriləcək.
Xatırladaq ki, Yeni Klinikanın direktoru Barat Yusubovun vəzifəsindən azad edilməsi barədə xəbərlər yayılıb.
Bizim.Media