İşdən çıxarılan Rəşad Əhmədalıyevin böyük sərvəti ortaya ÇIXDI - Siyahı adamı heyrətləndirir

Sumqayıtda işdən uzaqlaşdırılan baş memarın malik olduğu sərvətlə bağlı ortaya çıxan iddialar ciddi müzakirələrə səbəb olub.

Bizim.Media xəbər verir ki, onun və yaxın qohumlarının adına rəsmiləşdirilmiş çoxsaylı bahalı avtomobillər və daşınmaz əmlak mövcuddur.

Siyahıda yer alan nəqliyyat vasitələri arasında müxtəlif markalı avtomobillər üstünlük təşkil edir.

Söhbət Sumqayıt şəhər Memarlıq və Şəhərsalma Şöbəsinin müdiri Rəşad Əhmədalıyevdən gedir. Onun adı ötən il Sumqayıtda "alma davası" üzərindən medianın diqqət mərkəzinə düşmüşdü. Rəşad Əhmədalıyev şəhərin mərkəzində, Nizami meydanında keçirilən reyd zamanı bir neçə mağazadan məhsulların müsadirə edilməsinə rəhbərlik etmişdi. Bu isə sakinlər və sahibkarlar arasında ciddi narazılıq yaratmış, nəticə etibarı ilə Rəşad Əhmədalıyev tutduğu postdan uzaqlaşdırılmışdı.


Rəşad Əhmədalıyev haqqında uzun müddətdir ciddi varlanma iddiaları səngimir. Onun mülkləri haqqında şəhərdə söz-söhbətlər geniş yayılıb. Məlumata görə, 3 il ərzində həddindən artıq varlanan Rəşad Əhmədalıyevin müdirliyi dövründə şəhərin açıq hərraca çıxarıldığı deyilir.

Məsələn, köhnə binaların 1-ci mərtəbəsində obyekt qapılarının açılışı üçün icazə 50 min manat olub.

Son 3 il ərzində 100-dən artıq belə obyekt açılıb. Bundan başqa, fərdi ev tikintilərinə məcburi 5 min manat, sənədsiz torpaqlarda tikilən evlər üçünsə 10 min manat alınır. Öz qohum-əqrəbaları, dost tanışları üçünsə xüsusi imtiyazlar var. Başqa bir məlumatda vurğulanır ki, onun bir neçə bahalı maşını, torpaq sahələri, obyektləri var.

Maraqlı iddialardan biri də Rəşad Əhmədalıyevin icra hakimiyyətinin xidməti maşınının qeydiyyat nömrəsini qanunsuz dəyişməsi ilə əlaqədardır. “Volkswagen Passat” markalı avtomobilə məxsus olan 50 AA-007 nömrə nişanını özünə məxsus olan, 2024-cü ildə aldığı şəxsi avtomobili olan “Toyota Camry” markalı maşınına bağlaması ilə əlaqəli idi. Yayılan son məlumatlarda isə Rəşad Əhmədalıyevin 3 illik müdirliyi dövründə topladığı varidat haqda daha müfəssəl məlumatlar var.

Belə ki, qeyd olunur ki, sabiq baş memarın istifadəsində və ya ailə üzvlərinin adına rəsmiləşdirilmiş “Hyundai Santa Fe”, “Lexus” (yeni model), “Range Rover” (iki fərqli yeni model), T”oyota Camry” və “Chevrolet” markalı cip tipli avtomobillər var. Bildirilir ki, bu avtomobillərin hamısı qara rəngdədir.

Bununla yanaşı, iddialara əsasən, Sumqayıt şəhərində baş memarın yaxınlarının adına rəsmiləşdirilmiş çoxsaylı köşk, ticarət obyektləri və mənzillər də mövcuddur.

Sərvətin miqyası ilə bağlı ortaya çıxan bu məlumatlar ictimaiyyətdə ciddi rezonans doğurub. Bu qədər var-dövlət hansı mənbələr hesabına formalaşıb? Mənbələrin iddiasına görə, bu avtomobillərin hamısı qara rəngdədir ki, bu da bir növ “status simvolu” kimi təqdim olunur.


Amma məsələ təkcə avtomobillərlə bitmir. Ən ciddi iddialar daşınmaz əmlakla bağlıdır. Bildirilir ki, Sumqayıt şəhərində keçmiş baş memarın yaxın qohumlarının adına rəsmiləşdirilmiş saysız-hesabsız ticarət köşkləri, "budka" kimi tanınan kiçik obyektlər və müxtəlif ünvanlarda yerləşən mənzillər mövcuddur. Bu obyektlərin bir hissəsinin icarəyə verildiyi, digərlərinin isə kommersiya məqsədilə istifadə olunduğu ehtimal edilir. Maraqlı məqam isə ondan ibarətdir ki, bu əmlakların böyük hissəsinin birbaşa məmurun öz adına deyil, qohumlarının adına rəsmiləşdirildiyi bildirilir.

Bu isə klassik gizli mülkiyyət sxemini yada salır. Yəni rəsmi gəlirlərlə izahı mümkün olmayan sərvətin dolayı yollarla gizlədilməsi cəhdi kimi qəbul olunur.

Xüsusilə də söhbət şəhərsalma və tikinti kimi yüksək korrupsiya riski olan sahədən gedirsə, məsələ daha da ciddiləşir.

Qeyd edək ki, baş memar vəzifəsi şəhərin inkişaf planlarına, tikinti icazələrinə və torpaq bölgüsünə birbaşa təsir imkanları yaradır. Bu səlahiyyətlər isə bəzi hallarda şəxsi maraqlar naminə sui-istifadə riskini artırır. Məhz bu səbəbdən belə vəzifələrdə çalışan şəxslərin maliyyə şəffaflığı daim ictimai nəzarət altında olmalıdır. Hazırda səsləndirilən iddialarla bağlı rəsmi qurumların mövqeyi açıqlanmayıb.

Lakin ortaya çıxan məlumatların miqyası nəzərə alınarsa, hüquq-mühafizə orqanlarının bu məsələyə reaksiya verməsi qaçılmaz görünür. Çünki söhbət təkcə bir məmurun sərvətindən yox, ümumilikdə idarəetmədə şəffaflıq və hesabatlılıq prinsipindən gedir. (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Millimizdən böyükhesablı QƏLƏBƏ

Millimizdən böyükhesablı QƏLƏBƏ

Soçi sahillərində GÜCLÜ YANĞIN başladı - VİDEO

Soçi sahillərində GÜCLÜ YANĞIN başladı - VİDEO

“Səhər hazırlanan yeməyin günorta da təhlükəsiz qalacağına zəmanət yoxdur” – MÜSAHİBƏ

“Səhər hazırlanan yeməyin günorta da təhlükəsiz qalacağına zəmanət yoxdur” – MÜSAHİBƏ

Müəllimlərin NƏZƏRİNƏ: Geyimlə bağlı yeni tələblər qüvvəyə mindi

Müəllimlərin NƏZƏRİNƏ: Geyimlə bağlı yeni tələblər qüvvəyə mindi

Xaçmaz icra nümayəndəliklərində YENİ TƏYİNATLAR

Xaçmaz icra nümayəndəliklərində YENİ TƏYİNATLAR

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlıq MÜZAKİRƏ OLUNDU - FOTO

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlıq MÜZAKİRƏ OLUNDU - FOTO

“Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli razılaşmalar hələ də aktuallığını qoruyur” - Kalugin

“Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli razılaşmalar hələ də aktuallığını qoruyur” - Kalugin

Qanunsuz oynadı, FİFA tədbir görmədi

Qanunsuz oynadı, FİFA tədbir görmədi

Sərnişin stüardessanı diz çökərək üzr istəməyə məcbur etdi – VİDEO

Sərnişin stüardessanı diz çökərək üzr istəməyə məcbur etdi – VİDEO

"Bizi adam ölən günü qurban kəsməkdə ittiham edirlər" - Qonşularını öldürən ər-arvadın İŞİ

"Bizi adam ölən günü qurban kəsməkdə ittiham edirlər" - Qonşularını öldürən ər-arvadın İŞİ

Bu ölkə Avroviziya-2027-dən İMTİNA ETDİ

Bu ölkə Avroviziya-2027-dən İMTİNA ETDİ

Dünya çempionatı: Cüdoçumuz bürünc medal qazandı - VİDEO

Dünya çempionatı: Cüdoçumuz bürünc medal qazandı - VİDEO

Rusiya XİN-dən İrəvana SƏRT İTTİHAM: “Məsuliyyəti Moskvanın üzərinə atırlar”

Rusiya XİN-dən İrəvana SƏRT İTTİHAM: “Məsuliyyəti Moskvanın üzərinə atırlar”

Trampdan seçkilərlə bağlı müəmmalı MESAJ: “Sürprizi gözləyin!”

Trampdan seçkilərlə bağlı müəmmalı MESAJ: “Sürprizi gözləyin!”

Dövlət Xidmətinin külli miqdarda rüşvətdə təqsirləndirilən sabiq vəzifəli şəxsinə HÖKM OXUNDU

Dövlət Xidmətinin külli miqdarda rüşvətdə təqsirləndirilən sabiq vəzifəli şəxsinə HÖKM OXUNDU

XİN başçısı Gürcüstanın yeni təyin olunmuş səfirini qəbul etdi - FOTO

XİN başçısı Gürcüstanın yeni təyin olunmuş səfirini qəbul etdi - FOTO

Fransada ARA QARIŞDI: 250 mindən çox insan yürüş keçirdi - VİDEO

Fransada ARA QARIŞDI: 250 mindən çox insan yürüş keçirdi - VİDEO

Naxçıvanın bəzi ərazilərində işıq OLMAYACAQ

Naxçıvanın bəzi ərazilərində işıq OLMAYACAQ

Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə GÖRÜŞDÜ - FOTO

Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə GÖRÜŞDÜ - FOTO

Türkiyənin Səudiyyə Ərəbistanına qoşun göndərmək qərarı sosial mediada sərt etirazlara səbəb oldu – FOTOFAKT

Türkiyənin Səudiyyə Ərəbistanına qoşun göndərmək qərarı sosial mediada sərt etirazlara səbəb oldu – FOTOFAKT

İstanbulda məktəbə bıçaqlı hücumda bir şagird öldü – FOTO-VİDEO

İstanbulda məktəbə bıçaqlı hücumda bir şagird öldü – FOTO-VİDEO

Meloni deepfake təhlükəsinə qarşı 4 saniyəlik səsini qeydiyyatdan keçirdi

Meloni deepfake təhlükəsinə qarşı 4 saniyəlik səsini qeydiyyatdan keçirdi

Alimlər: Qadınlar kişilərdən daha çox ağrı hiss edirlər

Alimlər: Qadınlar kişilərdən daha çox ağrı hiss edirlər

Trampın keçmiş köməkçisi yeni işə başlayır – FOTO

Trampın keçmiş köməkçisi yeni işə başlayır – FOTO

End of content

No more pages to load

RADİO