Bakıda kəsilmiş ağacların yerinə yeniləri əkildi - FOTO

Nərimanov rayonu, Faiq Yusifov küçəsi 40 ünvanında quru və təhlükə yaradan ağacların yerinə yeni ağaclar əkilib.

Bizim.Media xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə jurnalistlərə açıqlamasında quru və qəzalı ağacların götürülməsi istənilən ölkədə və şəhərdə baş verən təbii və zəruri proses olduğunu deyib:

“Bildiyiniz kimi, ağaclar canlı aləmə məxsusdur və onların bioloji ömrü mövcuddur. Bundan əlavə, torpağın münbitliyi, aqrotexniki qulluq və digər faktorlar da ağacların vəziyyətinə təsir göstərir. Bu səbəbdən müəyyən dövrlərdə ağacların quruması halları müşahidə olunur”.

Onun sözlərinə görə, qeyd olunan ünvanda vətəndaşlar üçün təhlükə yaradan quru ağacların götürülməsi Nərimanov Bələdiyyəsinin müraciəti əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin rəyi nəzərə alınmaqla həyata keçirilib.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən mövcud prosedur qaydalarına uyğun olaraq quru ağaclar götürülüb və ərazidə onların yerinə yeni ağaclar əkilib.

“Təbii ki, ağaclar götürüldükdən dərhal sonra əvəzləyici əkin aparmaq mümkün olmur. Əvvəlcə kötüklər çıxarılır. Kötüklər çıxarıldıqdan sonra ərazidə yeni ağacların əkilməsi həyata keçirilir. Bu, tam normal prosesdir və şəhərdə yaşıllıq faizinin azalmasından söhbət gedə bilməz. Əksinə, bu tədbirlər yaşıllıq fondunun yenilənməsinə xidmət edir və bütün işlər dövlət nəzarəti altında aparılır”.

Onun sözlərinə görə, sözügedən ünvanda kəsilmiş quru ağaclar 2026-cı il 19 yanvar tarixində identifikasiya kodları ilə qeydiyyata alınaraq etiketlənib, inventarlaşdırılıb və portala daxil edilib.

Hazırda isə həmin ərazidə yeni əkilmiş ağaclar da sistem üzərindən qeydiyyata alınaraq identifikasiya olunub və portala yerləşdirilib.

H. Əlizadə qeyd edib ki, quru ağacların götürülməsi təhlükəsizlik baxımından da mühüm əhəmiyyət daşıyır:

“Son vaxtlar intensiv yağışlar və küləkli hava şəraiti nəticəsində ağacların aşması, insanların və avtomobillərin üzərinə düşməsi kimi hallar baş verir. Bu səbəbdən təhlükə yaradan quru ağacların götürülməsi vacib tədbirlərdən biridir”.

Xidmət rəisi əlavə edib ki, ərazidə aparılan işlər çərçivəsində ağacların inventarlaşdırılması və identifikasiyası da həyata keçirilib.

Belə ki, 2025-ci ildən IDEA İctimai Birliyinin təşəbbüsü və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə şəhər yaşıllıqlarının qeydiyyata alınması və identifikasiyası istiqamətində fəaliyyətə başlanılıb və bu məqsədlə agac.az portalı yaradılıb.

Bu layihənin həyata keçirilməsi şəhər ərazisində yaşıllıqların uçotunun aparılması, görülən işlərin sistemli şəkildə izlənilməsi və bu sahədə şəffaflığın təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Aİ-də MÜHÜM DƏYİŞİKLİK: Ölkələrin veto hüququ əllərindən alına bilər

Aİ-də MÜHÜM DƏYİŞİKLİK: Ölkələrin veto hüququ əllərindən alına bilər

Bu iki ayda doğulanların DİQQƏTİNƏ: Çətinliklər geridə qalır

Bu iki ayda doğulanların DİQQƏTİNƏ: Çətinliklər geridə qalır

Zaxarovadan Fransada baş verənlərə REAKSİYA: “Kaya Kallası eşitmirəm, səsinizi çıxarın”

Zaxarovadan Fransada baş verənlərə REAKSİYA: “Kaya Kallası eşitmirəm, səsinizi çıxarın”

“Milan” “Barselona”nın futbolçusuna GÖZ DİKDİ

“Milan” “Barselona”nın futbolçusuna GÖZ DİKDİ

Suriyadan 13 nəfər Azərbaycana repatriasiya EDİLDİ

Suriyadan 13 nəfər Azərbaycana repatriasiya EDİLDİ

Nazir polkovniki vəzifəsindən azad etdi - FOTO

Nazir polkovniki vəzifəsindən azad etdi - FOTO

Məşhur aktrisanın əşyaları HƏRRACA ÇIXARILDI: Ailəsi etiraz etdi

Məşhur aktrisanın əşyaları HƏRRACA ÇIXARILDI: Ailəsi etiraz etdi

Trampdan İDDİA: “İranın neft naziri “heç nəyimiz yoxdur” deyib istefa verdi”

Trampdan İDDİA: “İranın neft naziri “heç nəyimiz yoxdur” deyib istefa verdi”

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Qara dənizdə neft daşıyan tankerə HÜCUM EDİLDİ

Qara dənizdə neft daşıyan tankerə HÜCUM EDİLDİ

Messi fəxri doktor OLDU - FOTO

Messi fəxri doktor OLDU - FOTO

Ölüm xəbəri yayılan Tacir Şahmalıoğlu ilə bağlı AÇIQLAMA

Ölüm xəbəri yayılan Tacir Şahmalıoğlu ilə bağlı AÇIQLAMA

Fransadakı etirazlar İsraili hərəkətə keçirdi: Yəhudilərin kütləvi köç planı HAZIRLANIR

Fransadakı etirazlar İsraili hərəkətə keçirdi: Yəhudilərin kütləvi köç planı HAZIRLANIR

“Futbolu daha çox sevməyimə səbəb oldun”

“Futbolu daha çox sevməyimə səbəb oldun”

Vüsal Aslanov özünə yeni müşavir təyin etdi - FOTO

Vüsal Aslanov özünə yeni müşavir təyin etdi - FOTO

Hər gün bunu içmək insult riskini azalda bilər – ARAŞDIRMA

Hər gün bunu içmək insult riskini azalda bilər – ARAŞDIRMA

Paşinyan: "Şakidə saxlanılan azərbaycanlı hərbçi Ermənistanda qalacaq"

Paşinyan: "Şakidə saxlanılan azərbaycanlı hərbçi Ermənistanda qalacaq"

Ceyran Rəhimovadan aparıcılara İRAD: “Tamaşaçının nəyinə lazımdır?” - VİDEO

Ceyran Rəhimovadan aparıcılara İRAD: “Tamaşaçının nəyinə lazımdır?” - VİDEO

“Rusiya Azərbaycan və Ermənistana öz vasitəçiliyini qəbul etdirməyə çalışmır”

“Rusiya Azərbaycan və Ermənistana öz vasitəçiliyini qəbul etdirməyə çalışmır”

AFFA klub rəsmisini CƏZALANDIRDI

AFFA klub rəsmisini CƏZALANDIRDI

Zelenski Rusiyanı İTTİHAM ETDİ: “Qara dənizi yararsız hala salırlar”

Zelenski Rusiyanı İTTİHAM ETDİ: “Qara dənizi yararsız hala salırlar”

Tehran Parisə NOTA VERDİ: Fransa səfiri XİN-ə çağırıldı

Tehran Parisə NOTA VERDİ: Fransa səfiri XİN-ə çağırıldı

Övladları 1-ci sinfə gedən bir qrup valideyndən ŞİKAYƏT - VİDEO

Övladları 1-ci sinfə gedən bir qrup valideyndən ŞİKAYƏT - VİDEO

Zavodlarda robotlar insanları əvəz edir? – Sənaye robotlarında TARİXİ REKORD

Zavodlarda robotlar insanları əvəz edir? – Sənaye robotlarında TARİXİ REKORD

End of content

No more pages to load

RADİO