Quba Rayon Mərkəzi Xəstəxanası 4 aylıq körpənin ölümü ilə bağlı məlumat yayıb.
Xəstəxanadan Bizim.Media-ya bildirilib ki, 17.04.2026-cı il tarixində saat 07:50 radələrində 2025-ci il təvəllüdlü körpə (kişi cinsli) Quba Rayon Mərkəzi Xəstəxanasının Rustov Kənd Tibb Məntəqəsinə hospitalizasiya olunub.
İlkin müayinə nəticəsində körpədə həyat əlamətlərinin olmadığı müəyyən edilib.
Körpə valideynləri tərəfindən saat 08:30 radələrində Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Zəruri müayinələrlə körpənin bioloji ölüm faktı təsdiqlənib.
Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsinə təhvil verilib.
Bizim.Media