Bir qadının ərinin səhvən göndərdiyi mesajla xəyanəti öyrənməsi sosial mediada böyük rezonans doğurub. İddiaya görə, kişi başqa birinə göndərmək istədiyi mesajı təsadüfən həyat yoldaşına göndərərək həqiqəti üzə çıxarıb.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, mesajda yer alan “Arvadım rayona gedəndə sənə xəbər verəcəyəm” ifadəsi qadının diqqətini çəkib və şübhələnən qadın ərindən izahat tələb edib.
Sonradan ortaya çıxan yazışmalarda kişinin vəziyyəti düzəltməyə çalışdığı və mesajın yanlış anlaşıldığını iddia etdiyi görünür.
O, “Yanlış başa düşmüsən, evi rəngləməkdən danışırdıq, sən olmayanda bunu etmək istəmişdim” kimi açıqlama verib.
Qadının paylaşdığı yazışmalar qısa zamanda sosial şəbəkələrdə yayılıb və istifadəçilər arasında müzakirələrə səbəb olub. Bir çoxları mesajın açıq şəkildə xəyanətə işarə etdiyini bildirib.


Bizim.Media