Baş nazirdən aeroportlarla bağlı QƏRAR

“Hava limanları və aerodromların təhlükəsizlik zonalarında binaların, qurğuların və obyektlərin yerləşdirilməsinə razılıq verilməsi Qaydası” təsdiqlənib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Bu Qayda hava limanları və aerodromların təhlükəsizlik zonaları daxilində tikintisinə icazə tələb olunan binaların, qurğuların və obyektlərin yerləşdirilməsinə mülki aviasiyaya münasibətdə İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi, dövlət aviasiyasına münasibətdə isə Müdafiə Nazirliyi tərəfindən razılıq verilməsinə dair tələbləri müəyyən edir.

Hava gəmilərinin uçuşlarının təhlükəsizliyi məqsədilə sertifikatlaşdırılmış hava limanlarının (və ya aerodromların), o cümlədən yeni hava limanlarının (və ya aerodromların) istismarçıları tərəfindən hava limanları və aerodromların təhlükəsizlik zonasını müəyyən edən maneə sxemləri (xəritələr) hazırlanır.

Maneə sxemləri hazırlandıqdan sonra təsdiq edilməsi üçün 5 (beş) gün müddətində aidiyyəti qurumlara təqdim edilir.

Aidiyyəti qurumlar tərəfindən təsdiq edilmiş maneə sxemləri (xəritələri) Bakı şəhəri və “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanının 1.6-cı və 1.13-cü bəndləri ilə müəyyən edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati əraziləri üzrə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, digər inzibati ərazi vahidləri üzrə yerli icra hakimiyyət orqanlarına, həmçinin Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə həyata keçirilən tikinti niyyətlərinə münasibətdə həmin Agentliyə bu Qaydada göstərilən sorğunun göndərilməsinin təmini üçün təqdim edilir.

Razılığın verilməsi məqsədilə tikintiyə icazə verən orqan barəsində icazə tələb olunan bina, qurğu və obyektlər maneə sxemində (xəritədə) müəyyən edilən ölçü və limitləri keçdiyi halda rəy bildirilməsi üçün sorğu göndərilməsini təmin edir.

Aidiyyəti qurumlar tərəfindən sorğuya əsasən təqdim edilmiş sənədlər üzrə aşağıdakı məlumatlar təhlil olunur və uçuşların təhlükəsizliyi üzrə qiymətləndirmə aparılır:

- binaların, qurğuların və ya obyektlərin adı və (və ya) təyinatı (yaşayış binası, istehsalat binası, idman kompleksi, istilikxana, ticarət kompleksi, heyvandarlıq ferması, məişət tullantıları poliqonu, radioötürücü qüllə və s);

- binaların, qurğuların və ya obyektlərin xarici ölçüləri (üfüqi və şaquli) konstruksiya quruluşu və (və ya) tikintidə istifadə edilən qurğular, avadanlıqlar və mexanizmlərin qabaritləri də daxil olmaqla (o cümlədən inşaat kranlarının hündürlüyü);

- Ümumdünya Geodeziya Sistemi – “WGS-84” üzrə “DD°MM'SS.s” formatında obyektin coğrafi koordinatları haqqında informasiya;

- binaların, qurğuların və ya obyektlərin maksimum hündürlüyü; 3.2.5. tikinti ərazisinin orta dəniz səviyyəsinə nisbətən hündürlüyü;

- binaların, qurğuların və ya obyektlərin istismarı zamanı tüstü və ya buxar tullantılarının planlaşdırılması;

- binaların, qurğuların və ya obyektlərin istismarı zamanı zərərli maddələrin, aşındırıcı, radioaktiv buxarların atmosferə buraxılması;

- xüsusi işıqlandırma sistemləri (mövcud olduqda); 3.2.9. elektromaqnit sahələri yaradan güc elektrik cihazlarının olması;

- quşların kütləvi toplanmasına səbəb olan fəaliyyətlər (o cümlədən dəyirmanlar, silos quyuları, saxlanclar, anbarlar, yeraltı anbarlar, poliqonlar üzrə);

- istismarı nəzərdə tutulan binaların, qurğuların və ya obyektlərin konstruktiv quruluşunun ətraflı təsviri (istifadə olunan materiallar göstərilməklə);

- miqyaslı xəritədə və ya sxemdə binaların, qurğuların və ya obyektlərin küçələrə (binalar, qurğular və ya obyektlər yaşayış məntəqəsində yerləşdirilərkən) və ya yaşayış məntəqələrinə (binaların, qurğuların və ya obyektlərin yaşayış məntəqəsindən kənarda yerləşdirildiyi zaman) nəzərən vəziyyəti;

- mühəndis-kommunikasiya təminatı sistemi (obyektin adı, təyinatı, xüsusiyyətləri və hündürlüyü).

Aidiyyəti qurumlar tərəfindən göstərilən sorğuya rəy bildirilməsi həyata keçirilir. Bu müddət ərzində rəy bildirilmədikdə, tikintiyə icazə verən orqan iradların olmaması prezumpsiyasından çıxış edir.
 

Uçuşların təhlükəsizliyi üzrə qiymətləndirmənin nəticəsinə uyğun olaraq binalar, qurğular və ya obyektlərin yerləşdirilməsinə dair razılığın verilməsindən aşağıdakı hallarda imtina edilir:


- uçuşların təhlükəsizliyinə təsir göstərildikdə, hava gəmisi ilə toqquşma ehtimalı olduqda;

- aeronaviqasiya avadanlıqlarına, aeronaviqasiya siqnallarının qəbuluna maneə yaratdıqda, həmçinin obyektin işıqlandırma sistemləri vizual naviqasiyaya və uçuş heyətinin görmə qabiliyyətinə mənfi təsir göstərdikdə;

- obyektin fəaliyyətinin quşların kütləvi toplanmasına şərait yaratma ehtimalı və bu hal hava gəmilərinin quşlarla toqquşma riskini artırdıqda.

İmtina Azərbaycanın aviasiya haqqında qanunvericiliyinə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sənədlərə istinad olunaraq onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır.

Qiymətləndirmə zamanı imtinaya əsas olmayan hallarda müraciətə dair razılıq verilir. Aidiyyəti qurumlar tərəfindən məlumatların təhlili ilə bağlı qiymətləndirmə aparılan müddət ərzində bu fəaliyyətə əlavə ekspertlər və mütəxəssislər cəlb edilə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Aİ-də MÜHÜM DƏYİŞİKLİK: Ölkələrin veto hüququ əllərindən alına bilər

Aİ-də MÜHÜM DƏYİŞİKLİK: Ölkələrin veto hüququ əllərindən alına bilər

Bu iki ayda doğulanların DİQQƏTİNƏ: Çətinliklər geridə qalır

Bu iki ayda doğulanların DİQQƏTİNƏ: Çətinliklər geridə qalır

Zaxarovadan Fransada baş verənlərə REAKSİYA: “Kaya Kallası eşitmirəm, səsinizi çıxarın”

Zaxarovadan Fransada baş verənlərə REAKSİYA: “Kaya Kallası eşitmirəm, səsinizi çıxarın”

“Milan” “Barselona”nın futbolçusuna GÖZ DİKDİ

“Milan” “Barselona”nın futbolçusuna GÖZ DİKDİ

Suriyadan 13 nəfər Azərbaycana repatriasiya EDİLDİ

Suriyadan 13 nəfər Azərbaycana repatriasiya EDİLDİ

Nazir polkovniki vəzifəsindən azad etdi - FOTO

Nazir polkovniki vəzifəsindən azad etdi - FOTO

Məşhur aktrisanın əşyaları HƏRRACA ÇIXARILDI: Ailəsi etiraz etdi

Məşhur aktrisanın əşyaları HƏRRACA ÇIXARILDI: Ailəsi etiraz etdi

Trampdan İDDİA: “İranın neft naziri “heç nəyimiz yoxdur” deyib istefa verdi”

Trampdan İDDİA: “İranın neft naziri “heç nəyimiz yoxdur” deyib istefa verdi”

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Qara dənizdə neft daşıyan tankerə HÜCUM EDİLDİ

Qara dənizdə neft daşıyan tankerə HÜCUM EDİLDİ

Messi fəxri doktor OLDU - FOTO

Messi fəxri doktor OLDU - FOTO

Ölüm xəbəri yayılan Tacir Şahmalıoğlu ilə bağlı AÇIQLAMA

Ölüm xəbəri yayılan Tacir Şahmalıoğlu ilə bağlı AÇIQLAMA

Fransadakı etirazlar İsraili hərəkətə keçirdi: Yəhudilərin kütləvi köç planı HAZIRLANIR

Fransadakı etirazlar İsraili hərəkətə keçirdi: Yəhudilərin kütləvi köç planı HAZIRLANIR

“Futbolu daha çox sevməyimə səbəb oldun”

“Futbolu daha çox sevməyimə səbəb oldun”

Vüsal Aslanov özünə yeni müşavir təyin etdi - FOTO

Vüsal Aslanov özünə yeni müşavir təyin etdi - FOTO

Hər gün bunu içmək insult riskini azalda bilər – ARAŞDIRMA

Hər gün bunu içmək insult riskini azalda bilər – ARAŞDIRMA

Paşinyan: "Şakidə saxlanılan azərbaycanlı hərbçi Ermənistanda qalacaq"

Paşinyan: "Şakidə saxlanılan azərbaycanlı hərbçi Ermənistanda qalacaq"

Ceyran Rəhimovadan aparıcılara İRAD: “Tamaşaçının nəyinə lazımdır?” - VİDEO

Ceyran Rəhimovadan aparıcılara İRAD: “Tamaşaçının nəyinə lazımdır?” - VİDEO

“Rusiya Azərbaycan və Ermənistana öz vasitəçiliyini qəbul etdirməyə çalışmır”

“Rusiya Azərbaycan və Ermənistana öz vasitəçiliyini qəbul etdirməyə çalışmır”

AFFA klub rəsmisini CƏZALANDIRDI

AFFA klub rəsmisini CƏZALANDIRDI

Zelenski Rusiyanı İTTİHAM ETDİ: “Qara dənizi yararsız hala salırlar”

Zelenski Rusiyanı İTTİHAM ETDİ: “Qara dənizi yararsız hala salırlar”

Tehran Parisə NOTA VERDİ: Fransa səfiri XİN-ə çağırıldı

Tehran Parisə NOTA VERDİ: Fransa səfiri XİN-ə çağırıldı

Övladları 1-ci sinfə gedən bir qrup valideyndən ŞİKAYƏT - VİDEO

Övladları 1-ci sinfə gedən bir qrup valideyndən ŞİKAYƏT - VİDEO

Zavodlarda robotlar insanları əvəz edir? – Sənaye robotlarında TARİXİ REKORD

Zavodlarda robotlar insanları əvəz edir? – Sənaye robotlarında TARİXİ REKORD

End of content

No more pages to load

RADİO