Yuduğu maşını qaçırıb qəza törətdi: Digər cinayətinin də üstü açıldı

Soyğunçuluq və talama məqsədi olmadan qanunsuz olaraq avtomobil ələ keçirməkdə təqsirləndirilən Əkrəm Bayramovun (adı, soyadı şərtidir - red.) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Bizim.Media Pravda.az-a istinadən xəbər verir ki, Nizami Rayon Məhkəməsində hakim Emin Axundovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 3 il 5 ay 27 gün müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla həm nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirib, həm də özgənin əmlakını açıq talamaqla soyğunçuluq edib.
 

Müəyyən edilib ki, Əkrəm Bayramov 05 avqust 2025-ci il tarixdə günorta saat 12 radələrində paytaxtın Nizami rayonu ərazisində yerləşən avtoyuma məntəqəsində təmizlənməsi üçün saxlanılan zərərçəkmiş S.S.-ə məxsus "Hyundai Elantra" markalı avtomobilin açarlarını məntəqənin girişində yerləşən qutudan götürərək nəqliyyat vasitəsini qanunsuz olaraq ələ keçirib.


Sürücülük hüququ olmadan avtomobili idarə edən təqsirləndirilən şəxs həmin gün saat 15 radələrində Bakı şəhərinin Suraxanı rayonu ərazisində hərəkətdə olarkən idarəetməni itirib, nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı dəmir boruya çırpılıb.

Hadisə nəticəsində maşına ciddi ziyan dəyib və zərərçəkmiş şəxsə 6 441 manat məbləğində maddi zərər vurulub.

Əkrəm Bayramov talama məqsədi olmadan avtomobili qanunsuz olaraq ələ keçirməkdə (qaçırmaqda) ittiham olunub.

İstintaqla həmçinin müəyyən edilib ki, təqsirləndirilən şəxs 01 oktyabr 2025-ci il tarixdə saat 13 radələrində Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospekti 89 ünvanında yerləşən "8-ci kilometr" bazarında digər cinayət əməlini törədib.

Belə ki, Əkrəm Bayramov mobil telefon aksesuarlarının satışı ilə məşğul olan mağazanın qarşısında yerləşən piştaxtadan "Xiomi Redmi 12" markalı mobil telefonu götürərək hadisə yerindən qaçıb.

Bu əməl nəticəsində zərərçəkmiş şəxsə 400 manat məbləğində maddi ziyan vurulub və təqsirləndirilən şəxsin hərəkətləri soyğunçuluq kimi qiymətləndirilib.

Toplanmış sübutlar əsasında Əkrəm Bayramov əməli Cinayət Məcəlləsinin 180.1-ci (soyğunçuluq) və 185.2.4-cü (talama məqsədi olmadan nəqliyyat vasitəsini qanunsuz ələ keçirmə) maddələri ilə tövsif edilib.
 

Məhkəmə istintaqı zamanı o, elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Əkrəm Bayramov ifadəsində hadisələrin ittiham aktında göstərildiyi kimi baş verdiyini təsdiqləyib.


Təqsirləndirilən şəxs hazırda dəymiş zərəri ödəmək üçün maddi imkanının olmadığını, törətdiyi əməllərdən peşmançılığını bildirib və məhkəmədən barəsində yüngül cəza təyin edilməsini istəyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Devid Bekhem Messiyə görə Buenos-Ayresə getdi - VİDEO

Devid Bekhem Messiyə görə Buenos-Ayresə getdi - VİDEO

Aİ-də MÜHÜM DƏYİŞİKLİK: Ölkələrin veto hüququ əllərindən alına bilər

Aİ-də MÜHÜM DƏYİŞİKLİK: Ölkələrin veto hüququ əllərindən alına bilər

Bu iki ayda doğulanların DİQQƏTİNƏ: Çətinliklər geridə qalır

Bu iki ayda doğulanların DİQQƏTİNƏ: Çətinliklər geridə qalır

Zaxarovadan Fransada baş verənlərə REAKSİYA: “Kaya Kallası eşitmirəm, səsinizi çıxarın”

Zaxarovadan Fransada baş verənlərə REAKSİYA: “Kaya Kallası eşitmirəm, səsinizi çıxarın”

“Milan” “Barselona”nın futbolçusuna GÖZ DİKDİ

“Milan” “Barselona”nın futbolçusuna GÖZ DİKDİ

Suriyadan 13 nəfər Azərbaycana repatriasiya EDİLDİ

Suriyadan 13 nəfər Azərbaycana repatriasiya EDİLDİ

Nazir polkovniki vəzifəsindən azad etdi - FOTO

Nazir polkovniki vəzifəsindən azad etdi - FOTO

Məşhur aktrisanın əşyaları HƏRRACA ÇIXARILDI: Ailəsi etiraz etdi

Məşhur aktrisanın əşyaları HƏRRACA ÇIXARILDI: Ailəsi etiraz etdi

Trampdan İDDİA: “İranın neft naziri “heç nəyimiz yoxdur” deyib istefa verdi”

Trampdan İDDİA: “İranın neft naziri “heç nəyimiz yoxdur” deyib istefa verdi”

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Qara dənizdə neft daşıyan tankerə HÜCUM EDİLDİ

Qara dənizdə neft daşıyan tankerə HÜCUM EDİLDİ

Messi fəxri doktor OLDU - FOTO

Messi fəxri doktor OLDU - FOTO

Ölüm xəbəri yayılan Tacir Şahmalıoğlu ilə bağlı AÇIQLAMA

Ölüm xəbəri yayılan Tacir Şahmalıoğlu ilə bağlı AÇIQLAMA

Fransadakı etirazlar İsraili hərəkətə keçirdi: Yəhudilərin kütləvi köç planı HAZIRLANIR

Fransadakı etirazlar İsraili hərəkətə keçirdi: Yəhudilərin kütləvi köç planı HAZIRLANIR

“Futbolu daha çox sevməyimə səbəb oldun”

“Futbolu daha çox sevməyimə səbəb oldun”

Vüsal Aslanov özünə yeni müşavir təyin etdi - FOTO

Vüsal Aslanov özünə yeni müşavir təyin etdi - FOTO

Hər gün bunu içmək insult riskini azalda bilər – ARAŞDIRMA

Hər gün bunu içmək insult riskini azalda bilər – ARAŞDIRMA

Paşinyan: "Şakidə saxlanılan azərbaycanlı hərbçi Ermənistanda qalacaq"

Paşinyan: "Şakidə saxlanılan azərbaycanlı hərbçi Ermənistanda qalacaq"

Ceyran Rəhimovadan aparıcılara İRAD: “Tamaşaçının nəyinə lazımdır?” - VİDEO

Ceyran Rəhimovadan aparıcılara İRAD: “Tamaşaçının nəyinə lazımdır?” - VİDEO

“Rusiya Azərbaycan və Ermənistana öz vasitəçiliyini qəbul etdirməyə çalışmır”

“Rusiya Azərbaycan və Ermənistana öz vasitəçiliyini qəbul etdirməyə çalışmır”

AFFA klub rəsmisini CƏZALANDIRDI

AFFA klub rəsmisini CƏZALANDIRDI

Zelenski Rusiyanı İTTİHAM ETDİ: “Qara dənizi yararsız hala salırlar”

Zelenski Rusiyanı İTTİHAM ETDİ: “Qara dənizi yararsız hala salırlar”

Tehran Parisə NOTA VERDİ: Fransa səfiri XİN-ə çağırıldı

Tehran Parisə NOTA VERDİ: Fransa səfiri XİN-ə çağırıldı

Övladları 1-ci sinfə gedən bir qrup valideyndən ŞİKAYƏT - VİDEO

Övladları 1-ci sinfə gedən bir qrup valideyndən ŞİKAYƏT - VİDEO

End of content

No more pages to load

RADİO