Şəkidə musiqi texnikumu qəzalı VƏZİYYƏTDƏDİR - Tarixi bina niyə BƏRPA olunmur? – FOTO

Şəkidə tarixi binanın bərpa olunub yenidən sənət adamlarının istifadəsinə verilməsi xahiş olunur.    

Maraqlı təkliflərdən də biri ondan ibarətdir ki, tarixi bina bərpa olunaraq ya Musiqi Akademiyasının, ya da Milli Konservatoriyanın filialı kimi fəaliyyət göstərsin. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Şəki Azərbaycanın tarix və mədəniyyət mərkəzlərindən biri hesab olunur.
 

Bu qədim diyarın tarixi abidələri kimi mədəniyyət sahəsində də onlarla yerli və dünya səviyyəli tanınmış musiqiçi, eləcə də bəstəkarlar var. Bu mədəniyyət xadimlərinin təhsil alıb yetişməsində müstəsna xidmətləri olan keçmiş musiqi texnikumu hazırda qəzalı vəziyyətdə, yəni dağılmaq üzrədir.


Şəki tarix və memarlıq abidələri ilə zəngin bir şəhərdir. Təkcə “Yuxarı baş” Milli Tarix Memarlıq Qoruğu ərazisində 84 belə abidə qeydiyyatdadır. Həmin abidələrin bir çoxunda ölkədə ilk məktəblər, mədəniyyət ocaqları fəaliyyət göstərib. Belə tarixi binalardan biri, hazırda Fətəli Xan Xoyski küçəsində yerləşən keçmiş musiqi texnikumudur. Bir zamanlar bu binadan musiqi sədaları, muğam və sinfoniyalar eşidildiyi halda bu gün onu adi gözlə seyr etmək olduqca ağırdır.

Tədqiqatçı, muzeyşünas Aydın Məmmədov tarixi bina haqda apardığı araşdırmaları belə xarakterizə edir. Bu bina əvvəlcə karvansaray olub. 

Sonradan ya yanğın, ya hansısa səbəbdən ikinci mərtəbə əlavə olunub. İkinci mərtəbə 1911-ci ildə tikilib yəni birinci mərtəbə daha qədimdir:

“Bu bina Nikolayın vaxtında bank kimi fəaliyyət göstərib. Sonra 1940-cı illərdə Müəllimlər İnstitutunun korpusu olub. 1958-ci ildə 2 illik Müəllimlər İnstitutu bağlanır və ondan sonra burada musiqi məktəbi açılır və bu 90-cı illərə qədər davam edir” deyən Aydın Məmmədov keçmiş musiqi məktəbi binasının belə hala düşməsinin heç də ürəkaçan olmadığını bildirib.  

Ali təhsilli musiqiçi, 10 ilə yaxın Şəki Musiqi Texnikumuna rəhbərlik edən Namiq Həmidov bu mədəniyyət ocağında keçmişdə bir çox musiqiçi və bəstəkarların yetişməsində mühüm rol oynadığını və onun göz-görə görə məhv olmasını narahatlıqla izlədiklərini bildirir.

Namiq müəllimin bununla bağlı maraqlı təklifləri var:

“Ürək ağrısı ilə deyə bilərəm ki, zona üzrə, respublikada 2-ci olan musiqi texnikumunun binası bu günkü gündə bu vəziyyətə düşüb. Yaxşı olardı ki, bu bina tarixi abidə kimi bərpa olunardı və Şəki musiqişilərinin bir evi, məkanı, məskəni kimi, mədəniyyət mərkəzi kimi fəaliyyətə başlayardı. Təklif edərdim k, bu bina bərpa olunsun və burada qədim tarixi abidə kimi Bakı Musiqi Akademiyasının zona üzrə filialı açılsın. Yaxud da Milli Konservatoriyanın filialı kimi fəaliyyətə başlasın” deyə fikirlərini səsləndirir. Namiq müəllim sözlərinə onu da əlavə edir ki, bu addımlar atılarsa, əmindir ki, rayonda və bölgədə yetərincə ixtisaslı kadrlar var.

Şəki Musiqi Texnikumunun keçmiş məzun, rəhbər və müəllimlərinin narahatlığını nəzərə alıb onun gələcək taleyi ilə bağlı məsələni araşdırdıq.

Məsələ ilə əlaqədar Mədəniyyət Nazirliyindən bildirildi ki, Şəki şəhəri qoruq ərazisində, F.X.Xoyski küçəsində yerləşən və XX əsrin əvvəllərində xeyriyyəçi Hacı Məmmədsadıq Əliyev tərəfindən inşa etdirilmiş “Mollaxana” binası şəhərin tarixi-memarlıq irsinin əhəmiyyətli nümunələrindən biridir. Tikili plan quruluşuna görə Şərq hissədən iki, Qərb hissədən isə üç mərtəbəlidir.

Tarixi funksiyasına görə əvvəlcə dini təhsil ocağı kimi fəaliyyət göstərmiş bina sonrakı dövrlərdə Musiqi Texnikumu, “Ziyalılar evi” və M.K.Hacıoğlu adına mədəniyyət evi kimi istifadə olunub.

Uzun müddət istismar olunan tikili hazırda qəzalı vəziyyətdədir, konstruktiv elementlərində ciddi zədələnmələr müşahidə olunur.

Tarixi abidələrin qorunması və prioritetlərə uyğun mərhələli bərpası mədəni irsin qorunmasının əsas istiqamətlərindəndir. Bu çərçivədə sözügedən obyektin texniki vəziyyətinin kompleks qiymətləndirilməsi, bərpa-konservasiya imkanlarının araşdırılması və gələcək istifadəsinə dair konseptual yanaşmanın müəyyənləşdirilməsi nəzərdən keçirilir.






















Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xırdalan sakinlərinin NƏZƏRİNƏ – Su problemi ilə bağlı RƏSMİ AÇIQLAMA

Xırdalan sakinlərinin NƏZƏRİNƏ – Su problemi ilə bağlı RƏSMİ AÇIQLAMA

Qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

Qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

Əziz Ələkbərli: “Pulsuz hüquqi yardım Qərbi azərbaycanlılara da şamil edilsin”

Əziz Ələkbərli: “Pulsuz hüquqi yardım Qərbi azərbaycanlılara da şamil edilsin”

Zelimle Ömər 1/4 finala çıxdı

Zelimle Ömər 1/4 finala çıxdı

Kimya üzrə Nobel mükafatı laureatları MƏLUM OLDU - FOTO

Kimya üzrə Nobel mükafatı laureatları MƏLUM OLDU - FOTO

Evdə pulu olanlara vacib çağırış - MÜSAHİBƏ

Evdə pulu olanlara vacib çağırış - MÜSAHİBƏ

Məktəblilər Parisi “PARTLADIR” – Etirazlar Fransadakı hansı rəzillikləri ÜZƏ ÇIXARDI?

Məktəblilər Parisi “PARTLADIR” – Etirazlar Fransadakı hansı rəzillikləri ÜZƏ ÇIXARDI?

Oktyabr ayında pul cəlb edəcək 4 BÜRC

Oktyabr ayında pul cəlb edəcək 4 BÜRC

Karlos Teves Türkiyə klubuna baş məşqçi GƏTİRİLİR?

Karlos Teves Türkiyə klubuna baş məşqçi GƏTİRİLİR?

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Qəzənfər Abdullayev vəzifəsindən AZAD EDİLDİ

Qəzənfər Abdullayev vəzifəsindən AZAD EDİLDİ

ABŞ-da İkinci Dünya müharibəsindən bəri güllələnmə yolu ilə İLK EDAM - FOTO

ABŞ-da İkinci Dünya müharibəsindən bəri güllələnmə yolu ilə İLK EDAM - FOTO

Dünya çempionatı: Ömər Rəcəbli 1/8 finalda

Dünya çempionatı: Ömər Rəcəbli 1/8 finalda

Pensiya və müavinətlər bu tarixdə ÖDƏNİLƏCƏK

Pensiya və müavinətlər bu tarixdə ÖDƏNİLƏCƏK

Ov mövsümü başlayır – BU TARİXDƏN

Ov mövsümü başlayır – BU TARİXDƏN

Jurnalistlərin IX qurultayı bu tarixdə keçiriləcək

Jurnalistlərin IX qurultayı bu tarixdə keçiriləcək

Avtomobil dağlıq yolda dərəyə yuvarlandı: ÖLƏN VAR – FOTO

Avtomobil dağlıq yolda dərəyə yuvarlandı: ÖLƏN VAR – FOTO

Gənc kişilər niyə ata olmaq istəmir? – Dəyişən və çökən ailə ANLAYIŞI

Gənc kişilər niyə ata olmaq istəmir? – Dəyişən və çökən ailə ANLAYIŞI

Şəhidimizin adını daşıyan gəminin vurulma anı – VİDEO

Şəhidimizin adını daşıyan gəminin vurulma anı – VİDEO

Dənizkənarı Bulvar İdarəsi işi: İlqar Mustafayevin oğlu məhkəmədə nəyi etiraf etmədi?

Dənizkənarı Bulvar İdarəsi işi: İlqar Mustafayevin oğlu məhkəmədə nəyi etiraf etmədi?

Mehriban Rəhimliyə hökm oxundu

Mehriban Rəhimliyə hökm oxundu

Rosariolu bir oğlandan futbol kralına: Messi dövrünün sonu – VİDEO

Rosariolu bir oğlandan futbol kralına: Messi dövrünün sonu – VİDEO

Ülfət Qurbanovdan işdən çıxma səbəbi ilə bağlı iddialara REAKSİYA – FOTO

Ülfət Qurbanovdan işdən çıxma səbəbi ilə bağlı iddialara REAKSİYA – FOTO

Pakistanda əməliyyat: 13 terrorçu məhv edildi

Pakistanda əməliyyat: 13 terrorçu məhv edildi

End of content

No more pages to load

RADİO