Söyüş bloqerlərinin nümayiş etdirdiyi foto saxta çıxdı - FOTO

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan Prezidenti İlham Əliyevin ailəsini şantaj edən şəxsi saxlayıb.

Bizim.Media "İTV"yə istinadən xəbər verir ki, saxlanılan şəxsin telefonunda olan görüntülər 18+ saytlardan götürülüb.
 

MÖVZU İLƏ BAĞLI:

DTX Prezidentin ailəsini şantaj edən şəxsi SAXLADI - VİDEO


Materialda deyilir:

"Kadrda olan isə bu tip saytlarda "Amber Lulu" ləqəbi ilə tanınan qadındır. Onun əsl adı, yaşadığı ünvan istintaqa məlumdur. Həmin qadının açıq sosial media hesablarında kifayət qədər şəkli var. Başqa sözlə, Alena Əliyevaya qarşı aparılan bütün kampaniya böyük yalan üzərində qurulub. Bunu kampaniyanın təşkilatçıları, özlərini bloqer adlandıranlar əlbəttə ki, bilirlər. Onların belə davranışlarına qiyməti qoy hamı öz vicdanına uyğun formada versin. Amma bu işdə hələ bir sıra qaranlıq məqamlar qalır. Bu videoları özünü bloqer adlandıran şəxslərə kim ötürüb? Saxlanılan şəxsin telefonunda tapılan audioyazının daha bir hissəsini təqdim edirik.


Zəki Səlimovun F.S.-ə göndərdiyi səs yazısının mətni:

"Başa düşürəm, başa düşmək lazımdır burda da. Yəni bunu da anlamaq lazımdır ki, düymə hardan basılıb. Yəni haracan icazə verirlər də. Bu məsələnin, məsələn üçün, Mehman tərəfindən ortalığa deyilməsi, qoyulmasına icazə verilib. Başa düşürsən? Bizə də icazə verilib ki, yəni bunu biraz qabardaq, biraz şey eləyək və yayaq məsələn üçün buna can.

Çünki bilirsən ki, yəni ki, burda kimsə nəyisə artıq dərəcədə qoysa ortalığa, o vurulacaq. Yəni bunu sən gözəl başa düşürsən də və gözəl də bilirsən də, yəni ki, aparılan oyunlarda kimə hansı rol verilir və haracan icazə verilir keçməyə məsələsi. Bu çox geniş, dərin bir söhbətdir, ona görə mən belə qısaca üzdən deyirəm, çünki bilirəm ki, sən bunları bilirsən, ona görə səninlə bu barədə söhbət eləyirəm.


Bu günləri biz, yəni ki, o icazə verilən xəttəcən gedirik də. Ordan oyana keçsək, bu çox olduqca çətin bir vəziyyət yaradar.


Çünki bu rejimə artıq yuxarıdan düyməsi basılıb ki, bu rejim dəyişilməlidir. İndi hansı formada, hansı formatda dəyişilməlidir sualı durur ortalıqda. Yəni bizə icazə verəcəklərmi biz dəyişək, ya kimisə gətirəcəklərmi dəyişsinlər? Ona görə mən həmişə söhbətlərimdə nə deyirəm, deyirəm böyük siyasətin içində oyun qurmağı bacarmaq lazımdır. Əgər biz oyun qura bilsək bu böyük siyasətin içərisində, o başqa məsələ, onda biz udarıq. Yox, oyun qura bilməsək, onda başa düşürsən, camaatın gözünün qabağına elə bir insan çıxardacaqlar ki, onun ətəyində namaz hamı qılmağa hazır olacaq."

İcazə verən kimdir? Hakimiyyət dəyişikliyinə qərarı kim verib? Öz təbirlərincə desək, "yuxarıda oturan" kimdir?

Hansısa xaricdə oturan şəxs və qüvvə kimdir ki, Azərbaycanda hakimiyyət dəyişikliyinə qərar versin? Həmin qüvvəni güclü və qalib Azərbaycanın hakimiyyəti niyə qane etmir? Bu artıq tamam başqa bir araşdırmanın mövzusudur.


Sual yarana bilər ki, biz niyə bu mövzuda məhz indi danışmaq qərarına gəldik? Niyə görə biz buna qədər olan bu cür şantaj hallarından danışmamışıq? Əvvəl bu cür videolar peyda olanda sosial şəbəkələrin gücü, müasir texnologiyaların inkişaf səviyyəsi indiki kimi deyildi. Həmin zaman belə mövzunun efirdə işıqlandırılması onun daha geniş yayılması demək idi.

İndi isə sosial şəbəkələrin yayılma səviyyəsi, habelə bu cür videoların quraşdırılması texnologiyası güclü inkişaf edib və indi bu tip şantaj materialları artıq aktiv və geniş yayıla bilir. Məhz buna görə biz bu videonu təkzib edən material hazırladıq. Hesab edirik ki, cəmiyyətdə tutduğu mövqedən, siyasi mənsubiyyətindən, cinsindən asılı olmayaraq heç kimə qarşı belə addımlar atılmamalıdır.

Xüsusilə də qadına qarşı şantaj yolverilməzdir. Qadın Azərbaycan cəmiyyətində daim müqəddəsdir. Qızımızdır, anamızdır, bacımızdır. Bu əsrlər boyu bizim milli dəyərimiz olub. Qadına ləkə atılanda bu palçıq bütün cəmiyyətin üzərinə atılır. Bu gün bir qadının ünvanına atılan iftira və böhtana göz yumacağıqsa, sabah bunun bütün cəmiyyətə yayılacağı ehtimalı var. Bunun qarşısını bu gün hamımız, bütün cəmiyyət olaraq almalıyıq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Jirinovskinin qızı atasının gerçəkləşən dörd proqnozunu açıqladı

Jirinovskinin qızı atasının gerçəkləşən dörd proqnozunu açıqladı

Malayziyalı professor: Bu gün Qarabağ azadlığın nemətindən bəhrələnir

Malayziyalı professor: Bu gün Qarabağ azadlığın nemətindən bəhrələnir

Qarabağ Universitetinin tələbəsi qlobal liderlik proqramının məzunu oldu

Qarabağ Universitetinin tələbəsi qlobal liderlik proqramının məzunu oldu

Binə qəsəbəsində qətl törədən şəxsə məhkəmə AĞIR CƏZA VERDİ

Binə qəsəbəsində qətl törədən şəxsə məhkəmə AĞIR CƏZA VERDİ

Qaya Məmmədovdan Ermənistan nümayəndə heyətinin təxribat xarakterli bəyanatına CAVAB - VİDEO

Qaya Məmmədovdan Ermənistan nümayəndə heyətinin təxribat xarakterli bəyanatına CAVAB - VİDEO

DTX-dən xarici təsirlərə məruz qalan insan qalıqları ilə bağlı AÇIQLAMA

DTX-dən xarici təsirlərə məruz qalan insan qalıqları ilə bağlı AÇIQLAMA

Prezidentin Dövlət Başçılarının 8-ci Məşvərət görüşündəki çıxışından TARİXİ MESAJLAR

Prezidentin Dövlət Başçılarının 8-ci Məşvərət görüşündəki çıxışından TARİXİ MESAJLAR

Qırğızıstanın keçmiş prezidentinin oğlu HƏBS EDİLDİ

Qırğızıstanın keçmiş prezidentinin oğlu HƏBS EDİLDİ

Süni intellekt xəstələrə dərman təyin etməyə başladı

Süni intellekt xəstələrə dərman təyin etməyə başladı

Vüqar Qurbanovun qohumunun bıçaqlanması ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Vüqar Qurbanovun qohumunun bıçaqlanması ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Bu il neçə nəfərə əlillik təyin olunub?

Bu il neçə nəfərə əlillik təyin olunub?

Tacikistan Prezidenti: Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik

Tacikistan Prezidenti: Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik

Dünyaşöhrətli səyahətçilərin növbəti məkanı İSA BULAĞI - FOTO

Dünyaşöhrətli səyahətçilərin növbəti məkanı İSA BULAĞI - FOTO

Paytaxtda daha üç marşrutun hərəkət sxemi dəyişdirildi – SİYAHI

Paytaxtda daha üç marşrutun hərəkət sxemi dəyişdirildi – SİYAHI

Sabah yağış yağacaq – PROQNOZ

Sabah yağış yağacaq – PROQNOZ

Sezen Aksu xəstəxanaya yerləşdirildi

Sezen Aksu xəstəxanaya yerləşdirildi

Xarici səyyahlar Azıx mağarasını ziyarət etdilər - FOTO

Xarici səyyahlar Azıx mağarasını ziyarət etdilər - FOTO

Azərbaycanda avtobus istehsalı son 5 ildə 240 dəfəyə yaxın artıb

Azərbaycanda avtobus istehsalı son 5 ildə 240 dəfəyə yaxın artıb

İstanbulda çökən binanın dağıntıları altından 1 nəfərin meyiti tapıldı - 3 nəfər axtarılır - VİDEO

İstanbulda çökən binanın dağıntıları altından 1 nəfərin meyiti tapıldı - 3 nəfər axtarılır - VİDEO

Bıçaqlanan baş həkimin müavini Vüqar Qurbanovun soyadını dəyişən qohumu imiş

Bıçaqlanan baş həkimin müavini Vüqar Qurbanovun soyadını dəyişən qohumu imiş

Bu sürücülər cərimə edilməyəcək

Bu sürücülər cərimə edilməyəcək

Dövlət Başçılarının 8-ci Məşvərət Görüşünün yekunlarına dair Birgə Bəyanat – TAM MƏTN

Dövlət Başçılarının 8-ci Məşvərət Görüşünün yekunlarına dair Birgə Bəyanat – TAM MƏTN

Oyuncaqlarla bağlı SƏRT TƏLƏBLƏR – Nələrin satışına icazə verilməyəcək?

Oyuncaqlarla bağlı SƏRT TƏLƏBLƏR – Nələrin satışına icazə verilməyəcək?

Paşinyandan Medvedevin Ermənistanın “yeni Ukrayna”ya çevrilməsi ilə bağlı xəbərdarlığına REAKSİYA

Paşinyandan Medvedevin Ermənistanın “yeni Ukrayna”ya çevrilməsi ilə bağlı xəbərdarlığına REAKSİYA

End of content

No more pages to load

RADİO