Yeni ixtisas açılır: Keçid balı bu qədər olacaq

2026-2027-ci tədris ilindən etibarən təsnifata yeni əlavə olunmuş “Proqram təminatı mühəndisliyi” ixtisası üzrə kadr hazırlığı həyata keçiriləcək. Bununla bağlı Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Maraqlıdır, yeni yaradılan bu ixtisas hansı universitetlərdə tədris olunacaq? Bu sahəyə abituriyentlərin marağı necə olacaq? Qəbul ballarının neçə olacağı gözlənilir?

Bizim.Media xəbər verir ki, bunu AzEdu.az-a mövzu ilə bağlı fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov deyib.

O qeyd edib ki, bu ixtisasa maraq kifayət qədər yüksək olacaq:

“2026-2027-ci tədris ilindən başlayaraq təsnifata əlavə edilmiş Proqram təminatı mühəndisliyi ixtisası ən müasir istiqamətlərdən biridir və bakalavr səviyyəsində növbəti tədris ilindən yeni təsnifat əsasında məhz bu ixtisas üzrə qəbul həyata keçiriləcək.
 

İlk növbədə, bu ixtisas üzrə tədrisin hansı universitetlərdə aparılacağı və qəbul planına daxil edilməsi məsələsi maraq doğurur. Hesab edirəm ki, Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, ADA Universiteti, Bakı Mühəndislik Universiteti, eləcə də Azərbaycan Dövlət İqtisad Universiteti bu ixtisas üzrə kadr hazırlığını həyata keçirə bilərlər.


Lakin konkret olaraq hansı universitetlərdə qəbulun aparılacağını rəsmi açıqlamadan sonra demək mümkün olacaq. Bununla belə, qeyd etdiyim ali təhsil müəssisələri ölkənin güclü texnoloji bazaya malik universitetləri olduğundan, bu ixtisas üzrə tədrisin təşkili real görünür.

Maraq məsələsinə gəldikdə isə, düşünürəm ki, bu ixtisasa maraq kifayət qədər yüksək olacaq. Bunun bir neçə səbəbi var. Dünyada və Azərbaycanda ən çox tələb olunan və yüksək maaşlı sahələrdən biri məhz proqram təminatı mühəndisliyidir. Abituriyentlər ixtisas seçimi zamanı əmək bazarında özünü reallaşdırmaq imkanlarını nəzərə alırlar və bu sahə həmin baxımdan olduqca cəlbedicidir”.

Yeni ixtisas olduğuna görə ilk illərdə keçid ballarının yüksək ola bilər:

“Bu ixtisas kompüter mühəndisliyinə yaxın olsa da, müəyyən fərqləri var. Proqram təminatı mühəndisliyi birbaşa proqram təminatının hazırlanması mexanizmlərinə - kodlaşdırma, arxitektura quruculuğu, testləşdirmə və s. fokuslanır. Bu isə birbaşa iş imkanları deməkdir.
 

Qəbul ballarına gəldikdə isə hesab edirəm ki, yeni ixtisas olduğuna görə ilkin illərdə keçid balları yüksək ola bilər. Bu ixtisas I qrup üzrə tədris olunacaq. Nüfuzlu universitetlərdə keçid balının 600-dən yuxarı olacağını ehtimal edirəm. Dövlət universitetlərində isə 500-dən yuxarı olacağı qənaətindəyəm.


Təbii ki, bu, sadəcə proqnozdur. Bu ixtisas həm də kompüter elmləri və informasiya təhlükəsizliyi ixtisasları ilə rəqabət aparacaq. Buna yaxın ixtisas üzrə Azərbaycan-Türkiyə Universitetində də qəbul həyata keçirilir.

Ümumilikdə, dünyada bu ixtisasa maraq yalnız yerli deyil, beynəlxalq əmək bazarı baxımından da yüksəkdir. Rəqəmsallaşma və informasiya texnologiyaları ilə bağlı ixtisaslar sürətlə inkişaf edən, yüksək əməkhaqqı vəd edən sahələrdir.

Bu baxımdan rəqabətin güclü olacağı gözləniləndir və gənclərin bu sahəyə marağı kifayət qədər yüksəkdir. Plan yerləri də, əlbəttə, mühüm rol oynayacaq. Ümumilikdə hesab edirəm ki, bu, perspektivli, tövsiyə oluna bilən və yüksək gəlir vəd edən bir ixtisasdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mourinyo Mbappeni müdafiə etdi

Mourinyo Mbappeni müdafiə etdi

Panamadakı zəlzələ 7 ölkədə sunami təhlükəsinə səbəb oldu

Panamadakı zəlzələ 7 ölkədə sunami təhlükəsinə səbəb oldu

Tramp Ağ Evə yeni mətbuat katibini TƏYİN ETDİ

Tramp Ağ Evə yeni mətbuat katibini TƏYİN ETDİ

Xətai rayonu ərazisində yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO

Xətai rayonu ərazisində yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO

Kreml Putin və Trampın telefon danışığının DETALLARINI AÇIQLADI

Kreml Putin və Trampın telefon danışığının DETALLARINI AÇIQLADI

TƏBİB-də yeni təyinat - FOTO

TƏBİB-də yeni təyinat - FOTO

İki ölkə Ukraynaya “Patriot” raketləri verməkdən İMTİNA ETDİ

İki ölkə Ukraynaya “Patriot” raketləri verməkdən İMTİNA ETDİ

Dünyanın ən çox maaş alan məşqçisi oldu

Dünyanın ən çox maaş alan məşqçisi oldu

Bakı-Ankara münasibətlərinə qarşı manipulyasiyaya cəhd edilib - Türkiyədən AÇIQLAMA - FOTO

Bakı-Ankara münasibətlərinə qarşı manipulyasiyaya cəhd edilib - Türkiyədən AÇIQLAMA - FOTO

Çay və qəhvəni çox içənlərin DİQQƏTİNƏ: Bunu mütləq nəzərə alın

Çay və qəhvəni çox içənlərin DİQQƏTİNƏ: Bunu mütləq nəzərə alın

Tovuzda yaşayış binasına ildırım düşdü, yanğın başladı - FOTO/VİDEO

Tovuzda yaşayış binasına ildırım düşdü, yanğın başladı - FOTO/VİDEO

ABŞ Rusiyanın dizel yanacağının satışına İCAZƏ VERDİ

ABŞ Rusiyanın dizel yanacağının satışına İCAZƏ VERDİ

"Ayın qolu"nun müəllifi mükafatlandırıldı

"Ayın qolu"nun müəllifi mükafatlandırıldı

Panamada 8 ballıq zəlzələ oldu – SUNAMİ TƏHLÜKƏSİ

Panamada 8 ballıq zəlzələ oldu – SUNAMİ TƏHLÜKƏSİ

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

BCM rəhbəri: “Məhkəmə xarici təhdidlərə boyun əyməyəcək” - VİDEO

BCM rəhbəri: “Məhkəmə xarici təhdidlərə boyun əyməyəcək” - VİDEO

"Neftçi" "Sabah"la heç-heçə etdi

"Neftçi" "Sabah"la heç-heçə etdi

Flydubai-nin pilotu Təl-Əviv aeroportunda terror PLANLAŞDIRIB

Flydubai-nin pilotu Təl-Əviv aeroportunda terror PLANLAŞDIRIB

Mingəçevirdə 44 yaşlı kişi BIÇAQLANDI

Mingəçevirdə 44 yaşlı kişi BIÇAQLANDI

Netanyahu ABŞ-yə BCM ilə bağlı qərarına görə TƏŞƏKKÜR ETDİ

Netanyahu ABŞ-yə BCM ilə bağlı qərarına görə TƏŞƏKKÜR ETDİ

Süni intellektlə bağlı böyük FƏLAKƏT gözlənilir – Şirkətlər hərəkətə keçdi

Süni intellektlə bağlı böyük FƏLAKƏT gözlənilir – Şirkətlər hərəkətə keçdi

Paşinyanın Zeynəbin mahnısı ilə bağlı paylaşımına açıqlama verildi

Paşinyanın Zeynəbin mahnısı ilə bağlı paylaşımına açıqlama verildi

Tramp demokratları tənqid etdi: “Hər yerdən marixuana iyi gəlir”

Tramp demokratları tənqid etdi: “Hər yerdən marixuana iyi gəlir”

Kubokda 29 ildən sonra rekord TƏKRARLANDI

Kubokda 29 ildən sonra rekord TƏKRARLANDI

End of content

No more pages to load

RADİO