Kişi arvadını döydü - Pişik saxlayırmış

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Xalid Hacıyevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Bizim.Media xəbər verir ki, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 

Məhkəmənin hökmü ilə onun cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilib və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Xalid Hacıyevin barəsində “qətimkan tədbiri” seçilməməsi nəzərə alınıb.


İttihama görə, hadisə 13 yanvar 2026-cı il tarixdə gecə saat 00:30 radələrində Abşeron rayonu ərazisində qeydə alınıb. Belə ki, Xalid Hacıyev rəsmi nikahda olduğu həyat yoldaşı, zərərçəkmiş Yasəmən Hacıyeva (adı, soyadı şərtidir) arasında ev heyvanı olan pişiyin saxlanılması ilə bağlı fikir ayrılığı yaranıb.

Mübahisə zamanı təqsirləndirilən şəxs arvadının üzərinə hücum edərək qəsdən əl (yumruq) zərbəsi ilə onun baş nahiyəsinə vurub. Nəticədə Yasəmən Hacıyeva başın təpə-ənsə nahiyəsinin hematoması ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarət alıb. Bununla da zərərçəkmişin sağlamlığına qəsdən yüngül zərər vurulub.
 

Bundan əlavə, hadisə zamanı Yasəmən Hacıyeva özünü qorumaq məqsədilə sağ əlini başının qarşısına tutduqda, Xalid tərəfindən endirilən növbəti əl zərbəsi onun sağ əlinin I və V barmaqları nahiyəsinə dəyib. Nəticədə həmin nahiyələrdə sıyrıqlar əmələ gəlib. Ekspertiza rəyinə əsasən, bu xəsarətlər dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər kimi qiymətləndirilib.


İş üzrə məhkəmə iclasında Xalid Hacıyev ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 13 yanvar 2026-cı il tarixdə gecə saatlarında oğlu üçün evə pişik gətirib. Həmin vaxt həyat yoldaşı pişiyin evdə saxlanılmasına etiraz edib, heyvana baxa bilməyəcəyini və evin çirklənəcəyini bildirib. Sonra qadın pişiyin evdən aparılmasını tələb edib.

Təqsirləndirilən şəxs isə pişiyin saxlanılmasının problem yaratmayacağını deyərək etirazını bildirib. Bu səbəbdən tərəflər arasında mübahisə yaranıb. Xalid mübahisə zamanı əsəbiləşərək bir dəfə əli ilə həyat yoldaşının baş nahiyəsinə zərbə vurduğunu etiraf edib. İkinci dəfə zərbə endirmək istəyərkən, Yasəmən Hacıyeva əlini başının qarşısına tutduğundan zərbə onun əl nahiyəsinə dəyib. Bundan sonra mübahisənin dayandığını bildirib.
 

Təqsirləndirilən şəxs məhkəmədə törətdiyi əməldən peşman olduğunu, cinayət nəticəsində dəymiş ziyanı ödədiyini və zərərçəkmiş şəxslə barışıq əldə etdiyini qeyd edib. O, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialına bəraətverici əsaslar olmadan xitam verilməsini məhkəmədən xahiş edib.


Məhkəmə iclasında iştirak edən Yasəmən Hacıyeva ifadə verməkdən imtina edib və istintaq zamanı verdiyi ifadənin elan edilməsini xahiş edib. O, məhkəməyə ərizə ünvanlayaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Xalid tərəfindən dəymiş ziyanın ödənilməsini, ona qarşı heç bir şikayət və tələbinin olmamasını, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsini xahiş edib. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mourinyo Mbappeni müdafiə etdi

Mourinyo Mbappeni müdafiə etdi

Panamadakı zəlzələ 7 ölkədə sunami təhlükəsinə səbəb oldu

Panamadakı zəlzələ 7 ölkədə sunami təhlükəsinə səbəb oldu

Tramp Ağ Evə yeni mətbuat katibini TƏYİN ETDİ

Tramp Ağ Evə yeni mətbuat katibini TƏYİN ETDİ

Xətai rayonu ərazisində yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO

Xətai rayonu ərazisində yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO

Kreml Putin və Trampın telefon danışığının DETALLARINI AÇIQLADI

Kreml Putin və Trampın telefon danışığının DETALLARINI AÇIQLADI

TƏBİB-də yeni təyinat - FOTO

TƏBİB-də yeni təyinat - FOTO

İki ölkə Ukraynaya “Patriot” raketləri verməkdən İMTİNA ETDİ

İki ölkə Ukraynaya “Patriot” raketləri verməkdən İMTİNA ETDİ

Dünyanın ən çox maaş alan məşqçisi oldu

Dünyanın ən çox maaş alan məşqçisi oldu

Bakı-Ankara münasibətlərinə qarşı manipulyasiyaya cəhd edilib - Türkiyədən AÇIQLAMA - FOTO

Bakı-Ankara münasibətlərinə qarşı manipulyasiyaya cəhd edilib - Türkiyədən AÇIQLAMA - FOTO

Çay və qəhvəni çox içənlərin DİQQƏTİNƏ: Bunu mütləq nəzərə alın

Çay və qəhvəni çox içənlərin DİQQƏTİNƏ: Bunu mütləq nəzərə alın

Tovuzda yaşayış binasına ildırım düşdü, yanğın başladı - FOTO/VİDEO

Tovuzda yaşayış binasına ildırım düşdü, yanğın başladı - FOTO/VİDEO

ABŞ Rusiyanın dizel yanacağının satışına İCAZƏ VERDİ

ABŞ Rusiyanın dizel yanacağının satışına İCAZƏ VERDİ

"Ayın qolu"nun müəllifi mükafatlandırıldı

"Ayın qolu"nun müəllifi mükafatlandırıldı

Panamada 8 ballıq zəlzələ oldu – SUNAMİ TƏHLÜKƏSİ

Panamada 8 ballıq zəlzələ oldu – SUNAMİ TƏHLÜKƏSİ

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

BCM rəhbəri: “Məhkəmə xarici təhdidlərə boyun əyməyəcək” - VİDEO

BCM rəhbəri: “Məhkəmə xarici təhdidlərə boyun əyməyəcək” - VİDEO

"Neftçi" "Sabah"la heç-heçə etdi

"Neftçi" "Sabah"la heç-heçə etdi

Flydubai-nin pilotu Təl-Əviv aeroportunda terror PLANLAŞDIRIB

Flydubai-nin pilotu Təl-Əviv aeroportunda terror PLANLAŞDIRIB

Mingəçevirdə 44 yaşlı kişi BIÇAQLANDI

Mingəçevirdə 44 yaşlı kişi BIÇAQLANDI

Netanyahu ABŞ-yə BCM ilə bağlı qərarına görə TƏŞƏKKÜR ETDİ

Netanyahu ABŞ-yə BCM ilə bağlı qərarına görə TƏŞƏKKÜR ETDİ

Süni intellektlə bağlı böyük FƏLAKƏT gözlənilir – Şirkətlər hərəkətə keçdi

Süni intellektlə bağlı böyük FƏLAKƏT gözlənilir – Şirkətlər hərəkətə keçdi

Paşinyanın Zeynəbin mahnısı ilə bağlı paylaşımına açıqlama verildi

Paşinyanın Zeynəbin mahnısı ilə bağlı paylaşımına açıqlama verildi

Tramp demokratları tənqid etdi: “Hər yerdən marixuana iyi gəlir”

Tramp demokratları tənqid etdi: “Hər yerdən marixuana iyi gəlir”

Kubokda 29 ildən sonra rekord TƏKRARLANDI

Kubokda 29 ildən sonra rekord TƏKRARLANDI

End of content

No more pages to load

RADİO