Hava kəskin dəyişəcək: temperatur düşə, qar yağa bilər – TARİX

Fevral ayının ortaları olsa da, havalar daha çox yaz fəslini xatırladır. Ötən ilin eyni dövründə isə ölkədə qış öz sərt üzünü göstərir, günlərlə davam edən güclü qar və şaxtalı hava şəraiti müşahidə olunurdu.

Bu il dəyişən nə oldu? Mart ayı qış fəsli kimi keçə bilərmi?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan biomüxtəliflik üzrə ekspert, ekoloq Arzu Mustafayev deyib ki, hazırda Bakıda temperatur 10-12 dərəcə arasında dəyişir və hava əsasən günəşlidir:

“Bu göstəricilər fevral ayı üçün xarakterik deyil, o cümlədən orta aylıq normadan təxminən 5-6 dərəcə yüksəkdir. İqlim üzrə aparıcı beynəlxalq elmi dairələr artıq qlobal temperatur artımının 1,5 dərəcəlik həddi keçdiyini bildirirlər.
 

Bu, iqlim dəyişikliyi baxımından kritik psixoloji və elmi hədd hesab olunurdu. Mövcud vəziyyət göstərir ki, indiyədək müxtəlif dövlətlərin atdığı addımlar gözlənilən effekti tam şəkildə verməyib. Azərbaycanda builki fevral ayının digər illərlə müqayisədə daha isti keçməsi də qlobal iqlim böhranının regional təzahürü kimi qiymətləndirilə bilər.


Sözügedən prosesin əsas təsir istiqamətlərindən biri kənd təsərrüfatıdır. Temperaturun normadan yüksək olması çoxillik bitkilərin vegetasiya mərhələsinə daha tez başlamasına səbəb olur ki, bu da onlar üçün əlavə stress faktoru yaradır”.

Ekspert bildirib ki, fevral və mart aylarında arktik hava kütlələrinin regiona daxil olması real ehtimal olaraq qalır:

“Belə hallarda siklonlar mənfi temperatur, eləcə də qar, sulu qar və yağış kimi yağıntılar gətirə bilər. Bu isə vaxtından əvvəl oyanmış bitkilərə, xüsusilə çərdəkli meyvə ağaclarının çiçəkləmə və meyvəvermə mərhələsinə mənfi təsir göstərə bilər. Nəticə etibarilə bu proses ərzaq təhlükəsizliyinə də təsirsiz ötüşmür. İqlim dəyişiklikləri insan sağlamlığına da təsir edir.
 

Orqanizm kəskin temperatur dəyişmələrinə uyğunlaşmaqda çətinlik çəkir və bu, təkcə psixoloji gərginliklə məhdudlaşmır. Hüceyrə və toxuma səviyyəsində biokimyəvi proseslərə təsir göstərən stress reaksiyaları yaranır ki, bu da ümumi sağlamlıq göstəricilərinə mənfi təsir edə bilər. Həmçinin qarşıdakı dövrdə soyuq hava dalğalarının olmayacağını demək mümkün deyil.


Xalq arasında “boz ay” adlandırılan mart ayında, eləcə də kiçik çillə dövründə temperaturun qısa müddətli də olsa, sıfırdan aşağı enməsi gözlənilir. Bu isə artıq vegetasiya mərhələsinə keçmiş bitkilər və ümumilikdə kənd təsərrüfatı üçün əlavə risklər yarada bilər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mourinyo Mbappeni müdafiə etdi

Mourinyo Mbappeni müdafiə etdi

Panamadakı zəlzələ 7 ölkədə sunami təhlükəsinə səbəb oldu

Panamadakı zəlzələ 7 ölkədə sunami təhlükəsinə səbəb oldu

Tramp Ağ Evə yeni mətbuat katibini TƏYİN ETDİ

Tramp Ağ Evə yeni mətbuat katibini TƏYİN ETDİ

Xətai rayonu ərazisində yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO

Xətai rayonu ərazisində yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO

Kreml Putin və Trampın telefon danışığının DETALLARINI AÇIQLADI

Kreml Putin və Trampın telefon danışığının DETALLARINI AÇIQLADI

TƏBİB-də yeni təyinat - FOTO

TƏBİB-də yeni təyinat - FOTO

İki ölkə Ukraynaya “Patriot” raketləri verməkdən İMTİNA ETDİ

İki ölkə Ukraynaya “Patriot” raketləri verməkdən İMTİNA ETDİ

Dünyanın ən çox maaş alan məşqçisi oldu

Dünyanın ən çox maaş alan məşqçisi oldu

Bakı-Ankara münasibətlərinə qarşı manipulyasiyaya cəhd edilib - Türkiyədən AÇIQLAMA - FOTO

Bakı-Ankara münasibətlərinə qarşı manipulyasiyaya cəhd edilib - Türkiyədən AÇIQLAMA - FOTO

Çay və qəhvəni çox içənlərin DİQQƏTİNƏ: Bunu mütləq nəzərə alın

Çay və qəhvəni çox içənlərin DİQQƏTİNƏ: Bunu mütləq nəzərə alın

Tovuzda yaşayış binasına ildırım düşdü, yanğın başladı - FOTO/VİDEO

Tovuzda yaşayış binasına ildırım düşdü, yanğın başladı - FOTO/VİDEO

ABŞ Rusiyanın dizel yanacağının satışına İCAZƏ VERDİ

ABŞ Rusiyanın dizel yanacağının satışına İCAZƏ VERDİ

"Ayın qolu"nun müəllifi mükafatlandırıldı

"Ayın qolu"nun müəllifi mükafatlandırıldı

Panamada 8 ballıq zəlzələ oldu – SUNAMİ TƏHLÜKƏSİ

Panamada 8 ballıq zəlzələ oldu – SUNAMİ TƏHLÜKƏSİ

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

BCM rəhbəri: “Məhkəmə xarici təhdidlərə boyun əyməyəcək” - VİDEO

BCM rəhbəri: “Məhkəmə xarici təhdidlərə boyun əyməyəcək” - VİDEO

"Neftçi" "Sabah"la heç-heçə etdi

"Neftçi" "Sabah"la heç-heçə etdi

Flydubai-nin pilotu Təl-Əviv aeroportunda terror PLANLAŞDIRIB

Flydubai-nin pilotu Təl-Əviv aeroportunda terror PLANLAŞDIRIB

Mingəçevirdə 44 yaşlı kişi BIÇAQLANDI

Mingəçevirdə 44 yaşlı kişi BIÇAQLANDI

Netanyahu ABŞ-yə BCM ilə bağlı qərarına görə TƏŞƏKKÜR ETDİ

Netanyahu ABŞ-yə BCM ilə bağlı qərarına görə TƏŞƏKKÜR ETDİ

Süni intellektlə bağlı böyük FƏLAKƏT gözlənilir – Şirkətlər hərəkətə keçdi

Süni intellektlə bağlı böyük FƏLAKƏT gözlənilir – Şirkətlər hərəkətə keçdi

Paşinyanın Zeynəbin mahnısı ilə bağlı paylaşımına açıqlama verildi

Paşinyanın Zeynəbin mahnısı ilə bağlı paylaşımına açıqlama verildi

Tramp demokratları tənqid etdi: “Hər yerdən marixuana iyi gəlir”

Tramp demokratları tənqid etdi: “Hər yerdən marixuana iyi gəlir”

Kubokda 29 ildən sonra rekord TƏKRARLANDI

Kubokda 29 ildən sonra rekord TƏKRARLANDI

End of content

No more pages to load

RADİO