Vardanyan Azərbaycanda əsgərlikdən necə qaçıb?

Əsl soyadı Keşiş Balyan olan erməni separatçı indi ölkəmizdə 20 il həbs cəzası çəkməyə məhkumdur...

Fevralın 17-də Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə açıq məhkəmə iclasında yekun məhkəmə qərarı elan olunub.

Bizim.Media xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında R.Vardanyan 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Xatırladaq ki, məhkəmə iclasında dövlət ittihamını müdafiə edən prokuror təqsirləndirilən R.Vardanyanın ömürlük azadlıqdan məhrum olunmasını təklif etmişdi.

Orta məktəbi qızıl medalla bitirən, Lomonosov adına Moskva Dövlət Universitetini qırmızı diplomla başa vuran, Harvardda, İtaliyada master-klass öyrənən, nəhayət, uğurlu bir biznesmen həyatında “dönüş” edərək qanunsuz olaraq Qarabağa gələn Vardanyanın “müstəqil artsax uğrunda mübarizəsi”nin sonu 20 illik həbs cəzası ilə nəticələndi.
 

“Rusiyanın adamı” olması haqda onun burnu Xankəndində görünəndən deyilirdi, sonra rəsmi şəkildə də bəyan edildi. O isə bu ittihamları Rusiya vətəndaşlığından imtina etməklə “təmizləmək” istədi, sonra Azərbaycan onun istefasına da nail oldu. Bu artıq ona xəbərdarlıq olmalı idi, amma Vardanyan getmədi və Azərbaycana qarşı revanşist bəyanatlar verməkdə davam etdi. Yalnız antiterror əməliyyatdan 1 ay, ayyarım əvvəl Vardanyan artıq isterik vəziyyətdə idi və gah Paşinyanı, gah separatçıları günahlandırırdı. Bu artıq Vardanyanın aqoniyası idi. Ən son açıqlamasını antiterror əməliyyatından sonra vermişdi. Vardanyan demişdi ki, “erməni silahlıları az qala şir kimi döyüşürdülər, döyüşəcəklər də”.


Vardanyanla Azərbaycanı bağlayan maraqlı faktlar var. Məsələn, Vardanyan MDU-nun birinci kursunu bitirəndən sonra əsgərliyə çağırılıb və Azərbaycanda hərbi hissələrin birinə düşüb.

Özü vaxtilə bu barədə belə danışıb: “Mən Moskva Dövlət Universitetinə qəbul olmuşdum. Birinsi kursdan sonra başqa uşaqlar kimi məni də orduyu götürdülər. Mən Azərbaycana düşdüm. Onda Azərbaycanla Ermənistan arasında müharibə yox idi, amma münasibətlər artıq gərgin idi. Bakıda məni bir erməni praporşik qarşıladı və dedi: ”Ermənistanda xidmət eləmək istəyirsən?" Mən dedim: “İstəyirəm”. O dedi: “300 rubl ver, gedərsən”. Mən: “Yanımda bu qədər pul yoxdur”. O dedi: “Yaxşı, 50 bəsdir”. Cavab verdim: “Mənim yalnız 27 rubl pulum var”. O isə “Bu artıq həyasızlıqdır” dedi və getdi. Onda mənimlə birlikdə qatarda gələn uşaqlar mənə dedilər: “Biz hərəmiz üç rubldan yığmışıq. Götür bu pulu və get Ermənistanda xidmət elə”. Mən həmin 23 rublu bütün həyatım boyu unutmaram".

Beləliklə, Vardanyanın xidmət yerini Ermənistana dəyişiblər. SSRİ dövründə öz ölkəndə xidmət etmək nadir hallarda ola bilərdi, necə olubsa, Vardanyana bu qismət olub.
 

İkinci maraqlı fakt onun soyadı ilə bağlıdır, bunu da özü açıqlayıb. Vardanyanın dediyinə görə, ana tərəfdən gürcü qanı var. Babası və babasının bacısı Türkiyədən köçürüləndə kiçik yaşlı olublar və bir erməni kəndinə gəlib çıxıblar. Onlardan soruşublar ki, atanızın adı nədir, onlar da “Vardan” deyiblər. Vardanyanlar belə artıb, amma özü deyib ki, sonralar kökünü axtarmağa çalışıb. Öyrənib ki, soyadları əslində Keşiş-Balyandır...


Beləcə, Azərbaycanda əsgərlikdən yayınan Keşiş Balyan indi 20 il həbs cəzasını çəkməyə məhkumdur... (“Yeni Müsavat”)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mourinyo Mbappeni müdafiə etdi

Mourinyo Mbappeni müdafiə etdi

Panamadakı zəlzələ 7 ölkədə sunami təhlükəsinə səbəb oldu

Panamadakı zəlzələ 7 ölkədə sunami təhlükəsinə səbəb oldu

Tramp Ağ Evə yeni mətbuat katibini TƏYİN ETDİ

Tramp Ağ Evə yeni mətbuat katibini TƏYİN ETDİ

Xətai rayonu ərazisində yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO

Xətai rayonu ərazisində yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO

Kreml Putin və Trampın telefon danışığının DETALLARINI AÇIQLADI

Kreml Putin və Trampın telefon danışığının DETALLARINI AÇIQLADI

TƏBİB-də yeni təyinat - FOTO

TƏBİB-də yeni təyinat - FOTO

İki ölkə Ukraynaya “Patriot” raketləri verməkdən İMTİNA ETDİ

İki ölkə Ukraynaya “Patriot” raketləri verməkdən İMTİNA ETDİ

Dünyanın ən çox maaş alan məşqçisi oldu

Dünyanın ən çox maaş alan məşqçisi oldu

Bakı-Ankara münasibətlərinə qarşı manipulyasiyaya cəhd edilib - Türkiyədən AÇIQLAMA - FOTO

Bakı-Ankara münasibətlərinə qarşı manipulyasiyaya cəhd edilib - Türkiyədən AÇIQLAMA - FOTO

Çay və qəhvəni çox içənlərin DİQQƏTİNƏ: Bunu mütləq nəzərə alın

Çay və qəhvəni çox içənlərin DİQQƏTİNƏ: Bunu mütləq nəzərə alın

Tovuzda yaşayış binasına ildırım düşdü, yanğın başladı - FOTO/VİDEO

Tovuzda yaşayış binasına ildırım düşdü, yanğın başladı - FOTO/VİDEO

ABŞ Rusiyanın dizel yanacağının satışına İCAZƏ VERDİ

ABŞ Rusiyanın dizel yanacağının satışına İCAZƏ VERDİ

"Ayın qolu"nun müəllifi mükafatlandırıldı

"Ayın qolu"nun müəllifi mükafatlandırıldı

Panamada 8 ballıq zəlzələ oldu – SUNAMİ TƏHLÜKƏSİ

Panamada 8 ballıq zəlzələ oldu – SUNAMİ TƏHLÜKƏSİ

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

BCM rəhbəri: “Məhkəmə xarici təhdidlərə boyun əyməyəcək” - VİDEO

BCM rəhbəri: “Məhkəmə xarici təhdidlərə boyun əyməyəcək” - VİDEO

"Neftçi" "Sabah"la heç-heçə etdi

"Neftçi" "Sabah"la heç-heçə etdi

Flydubai-nin pilotu Təl-Əviv aeroportunda terror PLANLAŞDIRIB

Flydubai-nin pilotu Təl-Əviv aeroportunda terror PLANLAŞDIRIB

Mingəçevirdə 44 yaşlı kişi BIÇAQLANDI

Mingəçevirdə 44 yaşlı kişi BIÇAQLANDI

Netanyahu ABŞ-yə BCM ilə bağlı qərarına görə TƏŞƏKKÜR ETDİ

Netanyahu ABŞ-yə BCM ilə bağlı qərarına görə TƏŞƏKKÜR ETDİ

Süni intellektlə bağlı böyük FƏLAKƏT gözlənilir – Şirkətlər hərəkətə keçdi

Süni intellektlə bağlı böyük FƏLAKƏT gözlənilir – Şirkətlər hərəkətə keçdi

Paşinyanın Zeynəbin mahnısı ilə bağlı paylaşımına açıqlama verildi

Paşinyanın Zeynəbin mahnısı ilə bağlı paylaşımına açıqlama verildi

Tramp demokratları tənqid etdi: “Hər yerdən marixuana iyi gəlir”

Tramp demokratları tənqid etdi: “Hər yerdən marixuana iyi gəlir”

Kubokda 29 ildən sonra rekord TƏKRARLANDI

Kubokda 29 ildən sonra rekord TƏKRARLANDI

End of content

No more pages to load

RADİO