“Hicaba görə uşaqları təhsildən yayındırmırıq, sadəcə qanuna riayət etməyə çağırırıq”

Son günlər Azərbaycanda məktəbli forması və hicab məsələsi yenidən ictimai müzakirələrin əsas mövzusuna çevrilib. Bu mövzu təkcə geyim qaydaları ilə məhdudlaşmır, eyni zamanda məktəbin funksiyası, tərbiyə prosesi və valideyn məsuliyyəti kimi daha geniş sualları gündəmə gətirir. Uzun illərdir Azərbaycanda məktəblərdə vahid geyim formaları tətbiq olunur. 

Bizim.Media xəbər verir ki, bu qərarın verilməsi iki əsas faktorla – sosial bərabərlik və uşaqların dərslərinə fokuslanması ilə birbaşa bağlıdır. 

Məsələ ilə bağlı qanunvericilikdə də müəyyən tələblər mövcuddur. “Təhsil haqqında” Qanuna əsasən, təhsil alanların geyim forması məktəbin nizamnaməsi ilə müəyyən edilir. Lakin bəzi hallarda valideynlərin münasibəti fərqli yanaşmaların ortaya çıxmasına səbəb olur.

Bəs məktəbdə vahid forma qaydaları və hicab məsələsi ilə bağlı məsuliyyət kimlərin üzərinə düşür?

Mövzu ilə bağlı “Qafqazinfo”ya danışan təhsil eksperti Elçin Əfəndi hesab edir ki, bu məsələdə bir neçə detala diqqət yetirilməlidir:

“İlk növbədə təbii ki, dini etiqad azadlığı haqqında Azərbaycan Respublikasının Qanununu nəzərə çatdırmaq istəyirəm. Burada nəzərdə tutulan ondan ibarətdir ki, dini etiqad azadlığı yalnız qanunda nəzərdə tutulan demokratik cəmiyyətdə zəruri olur. İctimai təhlükəsizlik mənafeləri üçün ictimai qaydanın təmin edilməsi sağlamlığın və ya mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. Gördüyünüz kimi, bizdə dini etiqad azadlığına imkan verilir. Amma digər aspektdən yanaşsaq, “Uşaq Hüquqları” haqqında Qanunda uşaqların vicdan, fikir və söz azadlığı təsdiq edilir. Qanunun 14-cü maddəsində qeyd olunub ki, hər bir uşağın vicdan, söz və fikir azadlığı var. Əlbəttə, bu amil icazə verir ki, biz uşaqlara özlərinin dini etiqadlarını seçməsinə imkan yaradaq. Onları hər hansı şiddət, zorakılıq, məcburiyyət və yaxud öz istəklərimiz əsasında bu prosesə cəlb etməyək. Bu prinsiplə yanaşan valideynlər “Uşaq Hüquqları” haqqında Azərbaycan Respublikasının Qanununu bir növ saymazdan gəlirlər. Bu da təbii ki, qanunvericiliyin pozulması deməkdir”.


Ekspertin sözlərinə görə, hazırkı vəziyyətdə Nazirlər Kabinetinin qərarlarında, eyni zamanda “Təhsil haqqında” qanunvericilikdə qeyd olunub ki, müvafiq olaraq şagirdlərin vahid geyim forması var və bu vahid geyim forması bütün şagirdlər üçün keçərlidir:

“Vahid geyim forması ümumi hər bir təhsilalanın bərabər hüquqlarının olması deməkdir. Ona görə də hər hansı bir dini daşıyıcını üzərində daşımaq, dini elementləri təbliğ etmək məsələlərinə diqqət olunmalıdır. Valideynlərin diqtəsi ilə uşağın dini etiqad azadlığı tanınmayıbsa və o, hansısa bir üsulla dinə cəlb olunubsa, belə artıq təhsil müəssisəsinə baş vurmaq da doğru deyil.

Bizdə hicabla bağlı qanunvericilikdə hansısa qadağa nəzərdə tutulmayıb. Amma dini etiqad azadlığı haqqında qanunvericilikdə qeyd edilib ki, bəzi hallarda, məhz qanunvericiliyimizdə nəzərdə tutulan hallarda məhdudlaşdırıla bilər. İmkan verməliyik ki, uşaqlar yetkinlik yaşına çatdıqda bu istiqamətdə qərar versinlər.

Əgər vahid məktəbli forması bərabər hüquqları özündə əks etdirən bir amildirsə, bu zaman burada kiminsə fərqli geyim forması, istər açıq-saçıq geyim olsun, istər dini geyim olsun, bu şəkildə təhsil ocağına girmək əlbəttə ki, təhsil haqqında qanunvericiliyin tələblərinin pozulması deməkdir. Biz bu məsələlərdə, xüsusilə də valideynləri nəzərdə tuturam, diqqətli olmalıyıq. Çalışmalıyq ki, “Uşaq Hüquqları” haqqında Qanunu pozmayaq. Uşaqların təhsil alma hüququ var. İstənilən halda geyimə görə uşaqları təhsildən yayındırmırıq. Sadəcə mövcud qanunvericiliyin tələblərinə riayət etməyə çağırırıq”.


Məsələyə təhsil eksperti Elmin Nuri də münasibət bildirib. Mövzu ilə bağlı danışan E.Nuri qeyd edib ki, məktəblilər üçün vahid formalar dörd tərzdə təqdim olunur:


“Təbii ki, forma etibarı ilə bir-birinə oxşayan tərzlərdir. Orta ümumtəhsil müəssisələrinin Pedaqoji Şurası həmin tərzlərdən birini təsdiq edərək bunu məktəbin şagirdləri üçün ümumi bir qaydaya çevirir. Yəni biz diqqət etməliyik ki, məktəbli formaları ilə bağlı məsələlər və qadağalar birbaşa təhsil, tədris mexanizmidir. Bunu başqa bir aspektdən dəyərləndirmək, ya da başqa aspektdən neqativ olay kimi yanaşmaq doğru olmaz. Bu gün məktəblərdə hicab ona görə qadağa ola bilər ki, onun nümunəsi təsdiqlənmiş vahid məktəbli formalarında yoxdur. Bu nümunə olmadığına görə qanunvericilik prinsipi ilə tövsiyələr səpkisində, siyahı prizmasından təsdiq olunması inandırıcı görünmür.

Dini motivləri kənara qoyub bu prizmadan baxdıqda düşünürük ki, hicab qadağası ola bilər. Necə ki, qaydalar toplusunda digər geyim formaları qadağa olunur. Yəni biz məsələni dini faktordan da çox məktəbdə təsdiq olunmuş vahid məktəbli forması qaydaları prinsipinə görə dəyərləndirməliyik. İstər hicab, istər məktəblilər üçün təsdiqlənən nümunələrdə əksini tapmayan digər formaların qadağası gözləniləndir. Müəyyən xətlər var - təhsil-tədris xətti və din xətti. Məsələnin ikinci tərəfi də elə budur və bu xətlər pozulmamalıdır. Yenə də tədris prinsipinə olan ali baxışın göstəricisidir. Təbii ki, inanclı insanlara hörmətlə yanaşırıq, amma “təhsil təhsildir, tədris tədrisdir” prinsipi məktəb vizionunda daha ön planda olmalıdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zelenskidən ABŞ-ın Rusiya dizelinə sanksiyaları yumşaltmasına REAKSİYA

Zelenskidən ABŞ-ın Rusiya dizelinə sanksiyaları yumşaltmasına REAKSİYA

Mourinyo Mbappeni müdafiə etdi

Mourinyo Mbappeni müdafiə etdi

Panamadakı zəlzələ 7 ölkədə sunami təhlükəsinə səbəb oldu

Panamadakı zəlzələ 7 ölkədə sunami təhlükəsinə səbəb oldu

Tramp Ağ Evə yeni mətbuat katibini TƏYİN ETDİ

Tramp Ağ Evə yeni mətbuat katibini TƏYİN ETDİ

Xətai rayonu ərazisində yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO

Xətai rayonu ərazisində yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO

Kreml Putin və Trampın telefon danışığının DETALLARINI AÇIQLADI

Kreml Putin və Trampın telefon danışığının DETALLARINI AÇIQLADI

TƏBİB-də yeni təyinat - FOTO

TƏBİB-də yeni təyinat - FOTO

İki ölkə Ukraynaya “Patriot” raketləri verməkdən İMTİNA ETDİ

İki ölkə Ukraynaya “Patriot” raketləri verməkdən İMTİNA ETDİ

Dünyanın ən çox maaş alan məşqçisi oldu

Dünyanın ən çox maaş alan məşqçisi oldu

Bakı-Ankara münasibətlərinə qarşı manipulyasiyaya cəhd edilib - Türkiyədən AÇIQLAMA - FOTO

Bakı-Ankara münasibətlərinə qarşı manipulyasiyaya cəhd edilib - Türkiyədən AÇIQLAMA - FOTO

Çay və qəhvəni çox içənlərin DİQQƏTİNƏ: Bunu mütləq nəzərə alın

Çay və qəhvəni çox içənlərin DİQQƏTİNƏ: Bunu mütləq nəzərə alın

Tovuzda yaşayış binasına ildırım düşdü, yanğın başladı - FOTO/VİDEO

Tovuzda yaşayış binasına ildırım düşdü, yanğın başladı - FOTO/VİDEO

ABŞ Rusiyanın dizel yanacağının satışına İCAZƏ VERDİ

ABŞ Rusiyanın dizel yanacağının satışına İCAZƏ VERDİ

"Ayın qolu"nun müəllifi mükafatlandırıldı

"Ayın qolu"nun müəllifi mükafatlandırıldı

Panamada 8 ballıq zəlzələ oldu – SUNAMİ TƏHLÜKƏSİ

Panamada 8 ballıq zəlzələ oldu – SUNAMİ TƏHLÜKƏSİ

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

BCM rəhbəri: “Məhkəmə xarici təhdidlərə boyun əyməyəcək” - VİDEO

BCM rəhbəri: “Məhkəmə xarici təhdidlərə boyun əyməyəcək” - VİDEO

"Neftçi" "Sabah"la heç-heçə etdi

"Neftçi" "Sabah"la heç-heçə etdi

Flydubai-nin pilotu Təl-Əviv aeroportunda terror PLANLAŞDIRIB

Flydubai-nin pilotu Təl-Əviv aeroportunda terror PLANLAŞDIRIB

Mingəçevirdə 44 yaşlı kişi BIÇAQLANDI

Mingəçevirdə 44 yaşlı kişi BIÇAQLANDI

Netanyahu ABŞ-yə BCM ilə bağlı qərarına görə TƏŞƏKKÜR ETDİ

Netanyahu ABŞ-yə BCM ilə bağlı qərarına görə TƏŞƏKKÜR ETDİ

Süni intellektlə bağlı böyük FƏLAKƏT gözlənilir – Şirkətlər hərəkətə keçdi

Süni intellektlə bağlı böyük FƏLAKƏT gözlənilir – Şirkətlər hərəkətə keçdi

Paşinyanın Zeynəbin mahnısı ilə bağlı paylaşımına açıqlama verildi

Paşinyanın Zeynəbin mahnısı ilə bağlı paylaşımına açıqlama verildi

Tramp demokratları tənqid etdi: “Hər yerdən marixuana iyi gəlir”

Tramp demokratları tənqid etdi: “Hər yerdən marixuana iyi gəlir”

End of content

No more pages to load

RADİO