DİN-in keçmiş rəis müavini və digərlərinin cinayət işi üzrə məhkəmə istintaqı TAMAMLANDI

Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsinin keçmiş rəis müavini, polkovnik Rasim İldırımzadə, Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri Zaur Mirzəzadə və Balakən rayonu dairə seçki komissiyasının katibi Qoşqar Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb.

Bizim.Media report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə cinayət işi üzrə sənədlər tədqiq edilib.

Sonra çıxışlar mərhələsi başlayıb, dövlət ittihamçısı çıxış üçün vaxt istəyib. Məhkəmə prokurora çıxışa hazırlaşmaq üçün vaxt verib.

Növbəti iclas fevralın 10-a təyin olunub.

İstintaq məlumatlarına görə, Rasim İldırımzadə həbsindən əvvəl istintaqdan yayındığı üçün axtarışda olub.
 

Tutulduqdan sonra isə məhkəmənin qərarı ilə Rasim İldırımzadə, ondan başqa Zaur Mirzəzadə və Qoşqar Məmmədov məhkəmənin qərarı ilə həbs ediliblər. İstintaqın gedişində onlar ev dustaqlığına buraxılıb.


İttihama görə, təqsirləndirilən şəxslər Qurban Piriyevi Bakı şəhərinin rayonlarından birinə icra başçısı təyin olunacağı vədi ilə aldadıblar. Cinayətin əsas təşkilatçısı isə Rasim İldırımzadədir.

O, qurduğu planla zərərçəkmiş şəxsi inandıra bilib. Rasim İldırımzadə qrupun digər üzvü Qoşqar Məmmədovu yalandan Prezident Administrasiyasında işləyən yüksək vəzifəli şəxs kimi təqdim edib, onun bütün məsələləri həll edəcəyini deyib. Zaur Mirzəzadəni isə sözügedən yerdə guya Nihat adlı mötəbər vəzifədə çalışan şəxs kimi təqdim edib.

İşi düzüb-qoşanların nüfuzlu şəxslər olduğuna inanan Qurban Piriyev icra başçısı keçmək üçün Rasim İldırımzadənin adamlarına bir neçə dəfəyə 510 min manat pul, 34 min manatlıq qızıl-zinət əşyaları verib.

Sonradan aldanıldığını bilən zərərçəkmiş polisə şikayət edib.

İlkin istintaq dövründə ona dəymiş 544 min manat ziyanın 85 min manatı Rasim İldırımzadə, 20 min manatı isə Zaur Mirzəzadə və Qoşqar Məmmədov tərəfindən geri qaytarılıb.
 

Qeyd edək ki, Rasim İldırımzadənin qardaşı Xətai rayonunun keçmiş prokuroru Yusif İldırımzadə, digəri isə ləğv olunmuş "Amrahbank"ın təsisçisi Yunus İldırımzadədir.


Digər təqsirləndirilən Zaur Mirzəzadə isə həm də "bakutime.az", "xalq.az" adlı saytların rəhbəridir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Goranboyda qəza olub, xəsarət alanlar var

Goranboyda qəza olub, xəsarət alanlar var

Azərbaycan cüdoçuları dünya çempionatına 7 medalla yekun vurdu

Azərbaycan cüdoçuları dünya çempionatına 7 medalla yekun vurdu

Qəhvəyi mərmər bağacığının Quba-Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Qəhvəyi mərmər bağacığının Quba-Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

"Diplom alım, ömür boyu işləyim" dövrü bitdi"

"Diplom alım, ömür boyu işləyim" dövrü bitdi"

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq – Tarix AÇIQLANDI

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq – Tarix AÇIQLANDI

Dənizin dibində 2 min illik üzük tapıldı

Dənizin dibində 2 min illik üzük tapıldı

Azərbaycanda yarım milyondan çox evi nə gözləyir? – Ekspert AÇIQLADI

Azərbaycanda yarım milyondan çox evi nə gözləyir? – Ekspert AÇIQLADI

Husilər Ər-Riyad hava limanına yenidən zərbə endirdi - VİDEO

Husilər Ər-Riyad hava limanına yenidən zərbə endirdi - VİDEO

Bu şəxslərə verilən pulun məbləği artırıldı – 470 manat alacaqlar

Bu şəxslərə verilən pulun məbləği artırıldı – 470 manat alacaqlar

Özündən 45 yaş kiçik qadınla evlənmək istəyirdi – 170 minlik qızılından oldu – FOTO/VİDEO

Özündən 45 yaş kiçik qadınla evlənmək istəyirdi – 170 minlik qızılından oldu – FOTO/VİDEO

Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - Təfərrüat

Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - Təfərrüat

Tbilisi Dövlət Azərbaycan Dram Teatrına maliyyə vəsaiti artırılacaq

Tbilisi Dövlət Azərbaycan Dram Teatrına maliyyə vəsaiti artırılacaq

Ürək tutmasından ölən müğənninin əri yenidən evləndi – Bu dəfə özü infarkt oldu

Ürək tutmasından ölən müğənninin əri yenidən evləndi – Bu dəfə özü infarkt oldu

Ov etmək istəyənlərin nəzərinə: Bu gündən etibarən…

Ov etmək istəyənlərin nəzərinə: Bu gündən etibarən…

Qocalmanı ləngitməyin çarəsi bu imiş – Dəniz xiyarı!

Qocalmanı ləngitməyin çarəsi bu imiş – Dəniz xiyarı!

Ən çox hörmət qazanan 4 bürc: Danışanda hamı susub onları dinləyir

Ən çox hörmət qazanan 4 bürc: Danışanda hamı susub onları dinləyir

Araq almağa pul verməyən arvadını baltanın sapı ilə döydü

Araq almağa pul verməyən arvadını baltanın sapı ilə döydü

Tramp Nobel Sülh Mükafatını ala bilməməsinə belə etiraz etdi – FOTO

Tramp Nobel Sülh Mükafatını ala bilməməsinə belə etiraz etdi – FOTO

Rusiyaya qarşı tarixin ən böyük sanksiyalar paketi təsdiqlənəcək

Rusiyaya qarşı tarixin ən böyük sanksiyalar paketi təsdiqlənəcək

Kiyevə atılan ballistik raket Azərbaycan restoranını hədəf aldı – FOTO

Kiyevə atılan ballistik raket Azərbaycan restoranını hədəf aldı – FOTO

Dördüncü arvadından da boşandı

Dördüncü arvadından da boşandı

Bağlanan kolleclərin məzunları universitetə qəbul ola biləcəklər?

Bağlanan kolleclərin məzunları universitetə qəbul ola biləcəklər?

Nofəl Əsədov yüksək vəzifəyə təyin olunub

Nofəl Əsədov yüksək vəzifəyə təyin olunub

End of content

No more pages to load

RADİO