Zəfər ruhlu Azərbaycan gəncliyi

Azərbaycan tarixinin son onillikləri sübut etdi ki, güclü dövlətçilik yalnız iqtisadi və hərbi potensialla deyil, ilk növbədə insan kapitalına – xüsusilə gənclərə verilən dəyərlə ölçülür. Məhz, bu strateji baxışın nəticəsidir ki, bu gün Azərbaycan gəncliyi ölkənin ictimai-siyasi, elmi, mədəni və hərbi həyatında aparıcı qüvvə kimi çıxış edir.

Azərbaycanın müasir tarixinə nəzər saldıqda gənc nəslin dövlət quruculuğunda və ölkənin tərəqqisində oynadığı rolun nə qədər həlledici olduğunu görmək mümkündür.

Bu uğurlu yolun təməli Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti ilə qoyulmuşdur. Hələ 1997-ci il fevralın 1-də imzalanmış tarixi Sərəncamla 2 fevralın "Azərbaycan Gəncləri Günü" elan edilməsi, gəncliyə verilən ən böyük dəyərin təzahürü idi. Bu təşəbbüslə Azərbaycan nəinki MDB məkanında, həm də Şərqi Avropada belə bir günü təsis edən ilk ölkə olmuşdur.  
 

Ulu Öndər Heydər Əliyevin "Gənclər bizim gələcəyimizdir" fəlsəfəsi gənc nəslin həm fiziki, həm də mənəvi baxımdan sağlam yetişməsini prioritet vəzifəyə çevirdi. 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması, gənclərin forumlarının təşkili və istedadlı gənclərin "Qızıl kitabı"nın təsis edilməsi bu siyasətin sistemli xarakter daşıdığını göstərirdi.


Heydər Əliyev hər zaman vurğulayırdı ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir və onlar həm fiziki, həm də mənəvi cəhətdən sağlam, yüksək biliyə və əxlaqa malik olmalıdırlar.  

Bu strateji xətt Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni dövrün çağırışlarına uyğun şəkildə davam etdirilir. Dövlət başçısının "qara qızılın insan kapitalına çevrilməsi" istiqamətindəki iradəsi nəticəsində Azərbaycan gəncliyi dünya miqyasında rəqabətədavamlı qüvvəyə çevrilib. Xüsusilə, gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramları çərçivəsində minlərlə gəncimiz dünyanın aparıcı universitetlərində bilikərə yiyələnib. "Yüksəliş" müsabiqəsi kimi təşəbbüslər isə intellektual potensialı yüksək olan gənc kadrların idarəetmədə irəli çəkilməsinə geniş qapılar açır.  

Azərbaycan gəncliyinin tarixi missiyası isə Vətən müharibəsi dövründə daha aydın şəkildə üzə çıxdı.

Müstəqillik dövründə vətənpərvərlik ruhunda yetişən gənclərimiz döyüş meydanında göstərdikləri rəşadətlə 30 illik işğala son qoyaraq Şanlı Zəfərin əsas müəlliflərinə çevrildilər. Onlar həm döyüş meydanında şücaət göstərdi, həm də informasiya müharibəsinin ön cəbhəsində sosial şəbəkələr vasitəsilə Azərbaycanın haqq səsini dünyaya çatdırdılar.  

Azad, müstəqil və özünə güvənən bir ölkədə yaşayan Azərbaycan gəncliyi könüllülük hərəkatından startaplara, beynəlxalq tribunalardan idman arenalarına qədər hər yerdə Azərbaycan bayrağını ucaldır. Bir sözlə, gənclərimiz gələcəyə güvənli baxışımızı formalaşdırır və ölkə əhəmiyyətli uğurlara əminlik yaradır. 

Əlibala Məhərrəmzadə, Milli Məclisin deputatı, professor

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyənin ən böyük kardioloji xəstəxanası yanır - VİDEO

Türkiyənin ən böyük kardioloji xəstəxanası yanır - VİDEO

Dünya üzrə piylənmə 4 dəfə artıb

Dünya üzrə piylənmə 4 dəfə artıb

Tramp: “Ukraynaya yeni prezident lazımdır” – VİDEO

Tramp: “Ukraynaya yeni prezident lazımdır” – VİDEO

Kofeşoplar çayxanaları necə tarixə QOVUŞDURUR?

Kofeşoplar çayxanaları necə tarixə QOVUŞDURUR?

Zevsin qardaşı məhkəmə zalından azadlığa buraxıldı

Zevsin qardaşı məhkəmə zalından azadlığa buraxıldı

“Toyota Prius” modelləri kəskin bahalaşdı – SƏBƏB?

“Toyota Prius” modelləri kəskin bahalaşdı – SƏBƏB?

Hamı hörükləri ilə tanıyırdı - Timoşenko imicini dəyişdi - VİDEO

Hamı hörükləri ilə tanıyırdı - Timoşenko imicini dəyişdi - VİDEO

Donald Tramp: Zelenski ABŞ və bütün dünya üçün problemlər yaratmaq istəyir - VİDEO

Donald Tramp: Zelenski ABŞ və bütün dünya üçün problemlər yaratmaq istəyir - VİDEO

Lerikə güclü dolu yağdı – VİDEO

Lerikə güclü dolu yağdı – VİDEO

Salyanda kişi balıq bişirməyən arvadını döydü

Salyanda kişi balıq bişirməyən arvadını döydü

4 otaqlı mənzil telefon qiymətinə! - KƏSKİN UCUZLAŞMA

4 otaqlı mənzil telefon qiymətinə! - KƏSKİN UCUZLAŞMA

Sadəcə “ayaq ağrısıdır” deməyin – Qorxunc xəstəliyin əlaməti ola bilər

Sadəcə “ayaq ağrısıdır” deməyin – Qorxunc xəstəliyin əlaməti ola bilər

Müğənni Lətifə aparıcı olacaq

Müğənni Lətifə aparıcı olacaq

Yeni qayda pensiya məbləğlərinə necə təsir edəcək? - Video

Yeni qayda pensiya məbləğlərinə necə təsir edəcək? - Video

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Goranboyda qəza olub, xəsarət alanlar var

Goranboyda qəza olub, xəsarət alanlar var

Azərbaycan cüdoçuları dünya çempionatına 7 medalla yekun vurdu

Azərbaycan cüdoçuları dünya çempionatına 7 medalla yekun vurdu

Qəhvəyi mərmər bağacığının Quba-Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Qəhvəyi mərmər bağacığının Quba-Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

"Diplom alım, ömür boyu işləyim" dövrü bitdi"

"Diplom alım, ömür boyu işləyim" dövrü bitdi"

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq – Tarix AÇIQLANDI

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq – Tarix AÇIQLANDI

Dənizin dibində 2 min illik üzük tapıldı

Dənizin dibində 2 min illik üzük tapıldı

Azərbaycanda yarım milyondan çox evi nə gözləyir? – Ekspert AÇIQLADI

Azərbaycanda yarım milyondan çox evi nə gözləyir? – Ekspert AÇIQLADI

Husilər Ər-Riyad hava limanına yenidən zərbə endirdi - VİDEO

Husilər Ər-Riyad hava limanına yenidən zərbə endirdi - VİDEO

Bu şəxslərə verilən pulun məbləği artırıldı – 470 manat alacaqlar

Bu şəxslərə verilən pulun məbləği artırıldı – 470 manat alacaqlar

End of content

No more pages to load

RADİO