"Gənc həmkarlarla inkişafa doğru" tədbiri keçirildi – FOTO

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyi tərəfindən 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Gənc həmkarlarla inkişafa doğru” tədbiri keçirilib.

Bizim.Media xəbər verir ki, Səməd Vurğun adına Sağlamlıq və İstirahət Mərkəzində təşkil olunan tədbirdə AHİK-in və dövlət qurumlarının nümayəndələri, həmkarlar ittifaqlarının gənc üzvləri iştirak ediblər.
 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov Ulu Öndər Heydər Əliyevin uğurlu gənclər siyasətindən, cənab Prezident İlham Əliyevin Azərbaycan gəncliyinə göstərdiyi xüsusi diqqət və qayğıdan bəhs edib, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyevin Fondunun reallaşdırdığı sosial, mədəni və humanitar layihələrin gənclərin inkişafına və cəmiyyətdə rolunun artırılmasına mühüm töhfə verdiyini vurğulayıb.

Konfederasiya sədri ölkəmizdə həyata keçirilən gənclər siyasətinə dəstək olaraq AHİK-in həyata keçirdiyi məqsədyönlü və sistemli tədbirləri də qeyd edib.

Gənclər və idman nazirinin müavini İndira Hacıyeva çıxışında ölkəmizdə gənclərin fiziki, mənəvi və sosial inkişafının təmin olunması məqsədilə həyata keçirilən dövlət proqramları və layihələrdən danışıb.

Nazir müavini gənclərin sağlam həyat tərzinin təşviq olunmasının, idman infrastrukturlarının genişləndirilməsinin, onların cəmiyyətin ictimai-siyasi və sosial həyatında fəal iştirakının təmin edilməsinin gənclər siyasətinin əsas istiqamətlərindən olduğunu qeyd edib.

Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə gənclərin inkişafında təhsilin strateji roluna toxunaraq bildirib ki, Azərbaycanın müasir təhsil sistemi gənclərin bilik və bacarıqlarının, yaradıcılıq qabiliyyətinin və peşəkar kadr potensialının formalaşmasına xidmət edir, onları məsuliyyətli vətəndaş kimi yetişməyə yönəldir.

Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev isə gənclərin təşəbbüslərinin stimullaşdırılması, onların sosial, innovativ və ictimai əhəmiyyət daşıyan ideyalarının layihələr vasitəsilə dəstəklənməsi istiqamətində görülən işlərdən danışıb, Fondun gənclərin fəallığının artırılmasına, liderlik bacarıqlarının inkişafına və onların cəmiyyətin müxtəlif sahələrində daha aktiv iştirakına verdiyi töhfəni qeyd edib.

Tədbir çərçivəsində AHİK tərəfindən həmkarlar ittifaqları sistemində aparılan islahatları, həyata keçirilən layihələri və tətbiq olunan yenilikləri əks etdirən videoçarx nümayiş olunub.

Daha sonra gənclər - “Uğur yolu” müsabiqəsinin qalibi, İqtisadiyyat Nazirliyinin İnsan resurslarının inkişafı şöbəsinin əməkdaşı Hüriyyə Məmmədova, 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi, Mərkəzi Bankın şöbə rəisi İlahə Baxışova Tahirli və Yeni Azərbaycan Partiyası Həmkarlar İttifaqı Komitəsinin əməkdaşı Camo Əliyev çıxış edərək uğur hekayələrini iştirakçılarla bölüşüblər.

Sonra “Rəqəmsallaşma və innovasiyaların tətbiqində gənclərin rolu” mövzusunda panel müzakirə aparılıb.

Tədbir bədii hissə ilə davam edib.























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rəsmi Kiyevin Trampın Ukraynada yeni prezident seçilməsinə cavabı ləngimədi

Rəsmi Kiyevin Trampın Ukraynada yeni prezident seçilməsinə cavabı ləngimədi

Hörmüzdə nəhəng neft tankeri partlayıb

Hörmüzdə nəhəng neft tankeri partlayıb

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu - FOTO

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu - FOTO

Səhraya buraxılan 15 qoyun 35 il sonra imkansızı bacardı

Səhraya buraxılan 15 qoyun 35 il sonra imkansızı bacardı

“Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazandı

“Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazandı

Pələng gənc oğlanı parçaladı - VİDEO

Pələng gənc oğlanı parçaladı - VİDEO

Türkiyənin ən böyük kardioloji xəstəxanası yanır - VİDEO

Türkiyənin ən böyük kardioloji xəstəxanası yanır - VİDEO

Dünya üzrə piylənmə 4 dəfə artıb

Dünya üzrə piylənmə 4 dəfə artıb

Tramp: “Ukraynaya yeni prezident lazımdır” – VİDEO

Tramp: “Ukraynaya yeni prezident lazımdır” – VİDEO

Kofeşoplar çayxanaları necə tarixə QOVUŞDURUR?

Kofeşoplar çayxanaları necə tarixə QOVUŞDURUR?

Zevsin qardaşı məhkəmə zalından azadlığa buraxıldı

Zevsin qardaşı məhkəmə zalından azadlığa buraxıldı

“Toyota Prius” modelləri kəskin bahalaşdı – SƏBƏB?

“Toyota Prius” modelləri kəskin bahalaşdı – SƏBƏB?

Hamı hörükləri ilə tanıyırdı - Timoşenko imicini dəyişdi - VİDEO

Hamı hörükləri ilə tanıyırdı - Timoşenko imicini dəyişdi - VİDEO

Donald Tramp: Zelenski ABŞ və bütün dünya üçün problemlər yaratmaq istəyir - VİDEO

Donald Tramp: Zelenski ABŞ və bütün dünya üçün problemlər yaratmaq istəyir - VİDEO

Lerikə güclü dolu yağdı – VİDEO

Lerikə güclü dolu yağdı – VİDEO

Salyanda kişi balıq bişirməyən arvadını döydü

Salyanda kişi balıq bişirməyən arvadını döydü

4 otaqlı mənzil telefon qiymətinə! - KƏSKİN UCUZLAŞMA

4 otaqlı mənzil telefon qiymətinə! - KƏSKİN UCUZLAŞMA

Sadəcə “ayaq ağrısıdır” deməyin – Qorxunc xəstəliyin əlaməti ola bilər

Sadəcə “ayaq ağrısıdır” deməyin – Qorxunc xəstəliyin əlaməti ola bilər

Müğənni Lətifə aparıcı olacaq

Müğənni Lətifə aparıcı olacaq

Yeni qayda pensiya məbləğlərinə necə təsir edəcək? - Video

Yeni qayda pensiya məbləğlərinə necə təsir edəcək? - Video

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Goranboyda qəza olub, xəsarət alanlar var

Goranboyda qəza olub, xəsarət alanlar var

Azərbaycan cüdoçuları dünya çempionatına 7 medalla yekun vurdu

Azərbaycan cüdoçuları dünya çempionatına 7 medalla yekun vurdu

Qəhvəyi mərmər bağacığının Quba-Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Qəhvəyi mərmər bağacığının Quba-Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

End of content

No more pages to load

RADİO