İctimai nəqliyyatda güzəştlər bu şəxslərə şamil ediləcək – Açıqlama

“İctimai nəqliyyatda tarif siyasəti yalnız gediş haqqının məbləği ilə məhdudlaşmamalı, sosial ədalət və istifadə intensivliyi prinsiplərinə əsaslanmalıdır. Hazırda ölkədə faktiki olaraq yalnız azyaşlı uşaqlar üçün gediş haqqından azadolma tətbiq olunur”.

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc taksi bazarı üzrə apardığı müqayisəli təhlil zamanı bildirib.

Onun sözlərinə görə, ictimai müzakirələr göstərir ki, tələbələr, təqaüdçülər, aztəminatlı vətəndaşlar, eləcə də gün ərzində nəqliyyatdan dəfələrlə istifadə edən şəxslər üçün əlavə güzəştlərə ciddi ehtiyac var:

“Bu baxımdan ən məqsədəuyğun addımlardan biri aylıq və illik abonement kartlarının tətbiqidir. Belə kartlar həm vətəndaşlar üçün daha sərfəli, həm də dövlət üçün maliyyə baxımından effektiv mexanizmdir. Dünya təcrübəsi göstərir ki, abonement sistemi büdcəyə vəsaitin əvvəlcədən daxil olmasını təmin edir və ictimai nəqliyyatın davamlılığını gücləndirir.

Azərbaycanda bu sistemin indiyədək tətbiq olunmaması nəqliyyat siyasətində ciddi boşluq kimi qiymətləndirilə bilər.

Eyni zamanda tələbələr və təqaüdçülər üçün dövlətin sosial öhdəliklərinə uyğun olaraq diferensial tariflərin tətbiqi zəruridir. Bu, həm sosial müdafiəni gücləndirər, həm də gənclərin və yaşlıların ictimai nəqliyyata çıxışını asanlaşdırar”.

AQC sədri əlavə edib ki, digər mühüm məsələ isə transfer gedişləridir:

“Qonşu Türkiyə və bir sıra Avropa ölkələrində tətbiq edilən sistemə əsasən, müəyyən vaxt intervalı ərzində edilən ikinci və sonrakı gedişlər daha ucuz tariflə hesablanır. Bu modelin Bakı üçün də tətbiqi xüsusilə metro–avtobus və avtobus–avtobus keçidlərində sərnişinlərə ciddi üstünlük verə bilər.

Bununla yanaşı, ictimai nəqliyyatda nağd ödənişlərin tamamilə aradan qaldırılması və bütün sistemin elektron, nağdsız ödəniş üzərindən qurulması artıq müasir şəhər standartlarının tələbidir. Bu, həm şəffaflığı artırar, həm də xidmət keyfiyyətini yüksəldər.

Ümumilikdə aylıq və illik kartların tətbiqi, sosial qruplar üçün güzəştlər, transfer gedişlərində endirimlər və nağdsız ödənişlərin təşviqi ictimai nəqliyyatdan istifadəni daha cəlbedici edə bilər. Bu isə şəxsi avtomobillərdən asılılığın azalmasına, nəticə etibarilə şəhərdə tıxacların mərhələli şəkildə aradan qaldırılmasına real töhfə verə bilər”. (baku.ws)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rəsmi Kiyevin Trampın Ukraynada yeni prezident seçilməsinə cavabı ləngimədi

Rəsmi Kiyevin Trampın Ukraynada yeni prezident seçilməsinə cavabı ləngimədi

Hörmüzdə nəhəng neft tankeri partlayıb

Hörmüzdə nəhəng neft tankeri partlayıb

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu - FOTO

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu - FOTO

Səhraya buraxılan 15 qoyun 35 il sonra imkansızı bacardı

Səhraya buraxılan 15 qoyun 35 il sonra imkansızı bacardı

“Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazandı

“Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazandı

Pələng gənc oğlanı parçaladı - VİDEO

Pələng gənc oğlanı parçaladı - VİDEO

Türkiyənin ən böyük kardioloji xəstəxanası yanır - VİDEO

Türkiyənin ən böyük kardioloji xəstəxanası yanır - VİDEO

Dünya üzrə piylənmə 4 dəfə artıb

Dünya üzrə piylənmə 4 dəfə artıb

Tramp: “Ukraynaya yeni prezident lazımdır” – VİDEO

Tramp: “Ukraynaya yeni prezident lazımdır” – VİDEO

Kofeşoplar çayxanaları necə tarixə QOVUŞDURUR?

Kofeşoplar çayxanaları necə tarixə QOVUŞDURUR?

Zevsin qardaşı məhkəmə zalından azadlığa buraxıldı

Zevsin qardaşı məhkəmə zalından azadlığa buraxıldı

“Toyota Prius” modelləri kəskin bahalaşdı – SƏBƏB?

“Toyota Prius” modelləri kəskin bahalaşdı – SƏBƏB?

Hamı hörükləri ilə tanıyırdı - Timoşenko imicini dəyişdi - VİDEO

Hamı hörükləri ilə tanıyırdı - Timoşenko imicini dəyişdi - VİDEO

Donald Tramp: Zelenski ABŞ və bütün dünya üçün problemlər yaratmaq istəyir - VİDEO

Donald Tramp: Zelenski ABŞ və bütün dünya üçün problemlər yaratmaq istəyir - VİDEO

Lerikə güclü dolu yağdı – VİDEO

Lerikə güclü dolu yağdı – VİDEO

Salyanda kişi balıq bişirməyən arvadını döydü

Salyanda kişi balıq bişirməyən arvadını döydü

4 otaqlı mənzil telefon qiymətinə! - KƏSKİN UCUZLAŞMA

4 otaqlı mənzil telefon qiymətinə! - KƏSKİN UCUZLAŞMA

Sadəcə “ayaq ağrısıdır” deməyin – Qorxunc xəstəliyin əlaməti ola bilər

Sadəcə “ayaq ağrısıdır” deməyin – Qorxunc xəstəliyin əlaməti ola bilər

Müğənni Lətifə aparıcı olacaq

Müğənni Lətifə aparıcı olacaq

Yeni qayda pensiya məbləğlərinə necə təsir edəcək? - Video

Yeni qayda pensiya məbləğlərinə necə təsir edəcək? - Video

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Goranboyda qəza olub, xəsarət alanlar var

Goranboyda qəza olub, xəsarət alanlar var

Azərbaycan cüdoçuları dünya çempionatına 7 medalla yekun vurdu

Azərbaycan cüdoçuları dünya çempionatına 7 medalla yekun vurdu

Qəhvəyi mərmər bağacığının Quba-Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Qəhvəyi mərmər bağacığının Quba-Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

End of content

No more pages to load

RADİO