BİZİM TƏQVİM: 22 yanvarda baş vermiş tarixi hadisələr

1990-cı ilin bu günü Bakıda qanlı Yanvar faciəsi qurbanlarının – şəhidlərin dəfn mərasimi keçirilib. Fövqəladə vəziyyət rejiminə baxmayaraq milyondan çox adam azadlıq şəhidlərini son mənzilə yola salıb.

Bəs, 22 yanvarda daha hansı mühüm hadisələr baş verib?

1. 1517-ci ilin 22 yanvarından Qahirənin şimalındakı Ridaniyə ərazisində Osmanlı qoşunları ilə  Misir və Suriyanı idarə edən Məmlük dövləti arasında ən şiddətli döyüşlərdən biri baş verdi.

Osmanlı hökmdarı I Sultan Səlim Yavuz Misir sultanı Tumanbayın qoşunlarını darmadağın etdi.  Döyüşü uduzan Məmlük sultanı ölkəsinin içərisinə çəkilərək müqaviməti davam etdirsə də, 4 fevralda Sultan Səlim paytaxt Qahirəyə girdi. Bu zəfərlə Məmlük dövləti yıxıldı, Misir Osmanlı imperatorluğunun tərkibinə daxil edildi, Xəlifəlik mövqeyi də osmanlılara keçdi.

2. 22 yanvar 1863-cü ildə Polşada “Yanvar qiyamı" ilə milli azadlıq hərəkatı başlayıb.

3. 1905-ci ilin 22 yanvarında Rusiyada tarixə "Qanlı bazar" adı ilə düşmüş inqilab baş verib.

4. 22 yanvar 1932-ci ildə türk dilində ilk dəfə “Qurani Kərim” İstanbul məscidlərinin birində uca səslə oxunub.
 

5. 1970-ci ildə Boing 747 təyyarəsi ilk dəfə havaya qalxıb. Kompüter texnologiyasında inqilab sayılan fərdi kompüter "Apple Macintosh" 1984-cü ilin 22 yanvar tarixində reklam kampaniyası vasitəsilə ictimaiyyətə tanıdıldı. 1 dəqiqəlik reklam filmi televiziyada təkcə 1 dəfə göstərildi, amma o qədər izlənmə rekordu qırdı ki, bu günə qədər yenilənə bilmədi. 24 yanvarda satışa təqdim edilən "Apple Macintosh" kompüterlərini istifadəçilərə sevdirən sadə forması və əllə rahat idarə edilə bilən “mouse”un olması idi.


6. Azərbaycanın üçüncü prezidenti Heydər Əliyev 1998-ci ilin 22 yanvarında ölkədə “Ölüm hökmünün ləğv olunması haqqında” təşəbbüs irəli sürdü və bununla əlqədar Milli Məclisə müraciət etdi.  

22 yanvarda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. 1666-cı ilin bu günü Hindistan imperatoru Şah Cahan 74 yaşında Aqrada dünyasını dəyişib. O, həyat yoldaşı Mümtaz xanım üçün ucaltdığı və dünyanın ən möhtəşəm arxitektura nümunələrindən olan Tac Mahal məqbərəsində xanımının yanında dəfn edilib.
 

2. Azərbaycanın görkəmli rəssamlarından olan Bəhruz Kəngərli 1892-ci ilin 22 yanvarında anadan olub.  Azərbaycanda realist dəzgah boyakarlığının təşəkkülü, portret və mənzərənin müstəqil janr kimi formalaşması onun adı ilə bağlıdır. Bəhruz Kəngərli yaradıcılığının ilk dövründə karikatura və satirik rəsmlər, memarlıq abidələri, mənzərə və məişət səhnələrini əks etdirən əsərlər yaradıb. (1892-1922)


3. Nəzəriyyəçi fiziklər məktəbinin banisi, dünyaşöhrətli alim, Nobel mükafatı alan bakılı alim Lev Landau 1908-ci ilin bu günü Bakıda neft mühəndisi ailəsində dünyaya gəlib, orta təhsilini də Azərbaycanın paytaxtında alıb.  Hələ 14 yaşında ikən Bakı Dövlət Universitetinin eyni zamanda 2 – həm fizika, həm kimya fakültələrinə qəbul olunan, sonra təhsilini Leninqradda (Sankt-Peterburq) davam etdirən  L.Landau universiteti bitirdikdən sonra Danimarka, İngiltərə və İsveçrəyə ezam olunub, 1953-cü ildə “Yüksək enerjili hissəciklərin yaranma nəzəriyyəsi” əsərini yazıb.

Amerika, Danimarka, Böyük Britaniya, Fransa və Hollandiya akademiyalarının həqiqi üzvü olan alimin adı 1972-ci ildə kəşf olunan asteroid və Aydakı kraterlərdən birinə verilib.   Bakıda Lev Landaunun yaşadığı evin qarşısına xatirə lövhəsi vurulub və şəhərin küçələrindən biri onun adını daşıyır. (1908-1968)

4. SSRİ tank qoşunları qvardiya general mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov 1910-cu il 22 yanvarda anadan olub. İkinci Dünya Müharibəsinin ilk illərindən döyüşlərdə iştirak edən H.Aslanov 1941-ci ildə Moskva ətrafındakı hərbi əməliyyatlarda göstərdiyi təşkilatçılıq bacarığı və şəxsi igidliyinə görə polkovnik rütbəsi alıb. 1942-ci ildə isə Stalininqrad (Volqoqrad) döyüşündə yüksək komandirlik məharəti ilə daha böyük şöhrət qazanıb.
 

Onun 55-ci əlahiddə tank alayı feldmarşal Manşteynin tank ordusunun darmadağın edilməsində xüsusi hünər göstərib. Bu döyüşdəki rəşadətinə görə Həzi Aslanova Sovet İttifaqı Qəhrəmanı adı verilib.Sonralar onun alayı Rostov, Taqanroq şəhərlərinin azad olunması və Kursk vuruşmasında fəal iştirak edib. İkinci dəfə Sovet ittifaqı Qəhrəmanı adına təqdim edilən Həzi Aslanov 1945-ci il yanvarın 24-də Yelqava şəhəri uğrunda döyüşdə qəhrəmancasına həlak olduqdan sonra erməni general Baqramyanın cəhdi ilə bu məsələ kənarda qalıb. 1991-ci ildə azərbaycanlı tədqiqatçıların səyləri nəticəsində Həzi Aslanova ölümündən sonra ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilib (1910-1945).


5. Azərbaycan Milli Qəhrəmanı Fəxrəddin Şahbazov 1950-ci ilin bu günü dünyaya gəlib. 1973-cü ilin dekabrından Azərbaycan Dövlət Teleradio Şirkətində operator olaraq işə başlayan Fəxrəddin çalışdığı müddətdə məhsuldar fəaliyyəti ilə fərqlənib, 1988-ci ildən qaynar nöqtələrdə çəkilişlər edib. 1991-ci il noyabrın 20-də Qarakənd yaxınlığında erməni quldurlarının atəşə tutduğu vertolyotda həlak olan Azərbaycan ziyalıları və qəhrəman oğulları arasında Fəxrədddin Şahbazov da var idi. (1950-1991)

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Beyləqanda avtomobil elektrik dirəyinə çırpıldı - “Tok” sürücünü öldürdü

Beyləqanda avtomobil elektrik dirəyinə çırpıldı - “Tok” sürücünü öldürdü

Atletlər Xankəndi Zəfər Meydanında finişə çatdı

Atletlər Xankəndi Zəfər Meydanında finişə çatdı

29 yaşlı şəxsin meyiti həyətindəki yarımtikilidə tapıldı

29 yaşlı şəxsin meyiti həyətindəki yarımtikilidə tapıldı

Azərbaycan Ankarada keçirilən Festivalda belə təmsil olundu - FOTO

Azərbaycan Ankarada keçirilən Festivalda belə təmsil olundu - FOTO

Vahid məktəbli formasına şəhər sakinləri belə reaksiya verdi - VİDEO

Vahid məktəbli formasına şəhər sakinləri belə reaksiya verdi - VİDEO

Kasıb yeməyindən baha delikatesə: Həşəratlar necə dünya mətbəxinin bir hissəsinə çevrildi?

Kasıb yeməyindən baha delikatesə: Həşəratlar necə dünya mətbəxinin bir hissəsinə çevrildi?

Köməksiz vəziyyətdə qalan “şəxslər” belə xilas edildi - FOTO/VİDEO

Köməksiz vəziyyətdə qalan “şəxslər” belə xilas edildi - FOTO/VİDEO

Gəncə terrorunun şahidləri: 6 il keçsə də, həmin gecənin ağrısı unudulmayıb - FOTO

Gəncə terrorunun şahidləri: 6 il keçsə də, həmin gecənin ağrısı unudulmayıb - FOTO

Rusiyanın məhdudiyyəti erməni fermerlərə nə qədər ziyan vurub?

Rusiyanın məhdudiyyəti erməni fermerlərə nə qədər ziyan vurub?

Azərbaycanda müğənni əməliyyatdan sonra VƏFAT ETDİ - FOTO

Azərbaycanda müğənni əməliyyatdan sonra VƏFAT ETDİ - FOTO

Cüdo üzrə dünya çempionatı: Azərbaycan millisi Avstriyanı məğlub etdi

Cüdo üzrə dünya çempionatı: Azərbaycan millisi Avstriyanı məğlub etdi

Bu ərazidə 13 min illik insan düşərgələri tapıldı

Bu ərazidə 13 min illik insan düşərgələri tapıldı

Ermənilər Putinlə Paşinyanın bu FOTOSUNU müzakirə edir

Ermənilər Putinlə Paşinyanın bu FOTOSUNU müzakirə edir

Sabunçuda yol problemi: Sürücülər qəza təhlükəsi ilə üz-üzədir - VİDEO

Sabunçuda yol problemi: Sürücülər qəza təhlükəsi ilə üz-üzədir - VİDEO

Trampdan Zelenskiyə daha bir İTTİHAM: Sövdələşmədən imtina edir

Trampdan Zelenskiyə daha bir İTTİHAM: Sövdələşmədən imtina edir

İrəvanda atışma: 3 yaralı var - FOTO

İrəvanda atışma: 3 yaralı var - FOTO

61 yaşlı kanadalı planka üzrə öz dünya rekordunu yenilədi

61 yaşlı kanadalı planka üzrə öz dünya rekordunu yenilədi

Başqalarının qəzəbini görməyə nə mane olur? – Alimlərdən maraqlı kəşf

Başqalarının qəzəbini görməyə nə mane olur? – Alimlərdən maraqlı kəşf

Rusiyaya dron hücumu: “Yandeks”in 80-dən çox xidməti sıradan çıxdı

Rusiyaya dron hücumu: “Yandeks”in 80-dən çox xidməti sıradan çıxdı

Şəmkirdə AİLƏ DRAMI: Qardaşını bıçaqladı

Şəmkirdə AİLƏ DRAMI: Qardaşını bıçaqladı

Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verildi - FOTO

Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verildi - FOTO

Mask Trampın Zelenski barədə dediklərini dəstəklədi

Mask Trampın Zelenski barədə dediklərini dəstəklədi

Səudiyyə Ərəbistanı husilərə dəhşətli cavab VERƏCƏK

Səudiyyə Ərəbistanı husilərə dəhşətli cavab VERƏCƏK

"Ədəbiyyat qəzeti"nin keçmiş baş redaktoru vəfat etdi

"Ədəbiyyat qəzeti"nin keçmiş baş redaktoru vəfat etdi

End of content

No more pages to load

RADİO